İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib Xaqani İbrahimov: Büdcə xərclərinin səmərəli istiqamətlərini formalaşdırmaq üçün hökumət əsaslandırlımış büdcə-vergi sistemi həyata keçirir.
Hərəkat “Ordumuz qürurumuzdur” mövzusunda beynəlxalq konfrans keçirib “Bir inci saflığı varsa da suda Artıq içiləndə dərd verir su da..” Azay Quliyev QHT nümayəndələrinə müraciət etdi Ermənistandakı son hadisələr Paşinyan hakimiyyətini ifşa edir
Yeganə çıxış yolumuz yenidən həmrəy olmaq və qaydalara əməl etməkdir. AŞPA pandemiyasının vaksinini... Azərbaycan Vətəndaş Hərəkatının Məclisinin toplantısı keçirilib Sinestezi ilə reallığa fərqli bax



» » Sağlam gələcək sağlam qidadan başlayır


Sağlam gələcək sağlam qidadan başlayır

8-06-2019, 21:46
Oxunma sayı: 480
Sağlam gələcək sağlam qidadan başlayır
“Sağlam qida” könüllülərinin 1-ci respublika forumu keçirilib. İyunun 8-də “Hilton” otelində “Gənclərin töhfəsi” İctimai Birliyi tərəfindən Azərbaycanda ilk dəfə olaraq sağlam qida istehsalçıları ilə qida könüllülərini bir araya gətirən “Sağlam qida” könüllülərinin 1-ci respublika forumu keçirilib. Forum Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclərin töhfəsi” İctimai Birliyi tərəfindən “Sağlam gələcək, sağlam gənclik!” layihəsi çərçivəsində təşkil olunub.

Tədbiri giriş sözü ilə açan “Gənclərin töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev mövzunun cəmiyyətimiz üçün əhəmiyyəti barədə məlumat verərək bildirdi ki, forumun keçirilməsində məqsəd insanları, xüsusilə də yeniyetmə və gəncləri qeyri-sağlam qidalanma nəticəsində düçar olduqları xəstəliklərdən xilas etmək, zərərli vərdişlərdən çəkindirmək, sağlam qidalanma və düzgün həyat tərzililə əlaqədar olaraq ətraflı maarifləndirməkdən ibarətdir.

Sonra layihənin rəhbəri Məhsəti Hüseynova forumun təşkilində məqsəd və gün ərzində baş tutacaq panel müzakirələr barədə çıxış etdi.

Milli Məclisin deputatları Sona Əliyeva, İlham Məmmədov və aidiyyatı üzrə rəsmi qurumların nümayəndələri, forumda qoyulan mövzuların insanlar üçün son dərəcə vacib, gənclərin bu işdə təşəbbüskar olmaları barədə fikirlərini bildirdilər. Bundan sonra qida üzrə peşəkar mütəxəssislərin iştirakı ilə panel müzakirələr keçirildi.

Panellər “Qida təhlükəsizliyi milli təhlükəsizliyimizin tərkib hissəsi , çətinliklər, görülən işlər və hədəflər”, “Sağlam qida sağlam gələcəyin təminatıdır”, “Sağlam həyat tərzinin təbliğində könüllülərin rolu” mövzuları ətrafında keçirildi.

Forum çərçivəsində yeni yaradılmış www.saglamqida.az saytı təqdim olundu. Saytla bağlı bildirildi ki, burada davamlı olaraq sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin ziyanları və ondan xilas olmağın yolları, asudə vaxtlarının səmərəli keçirilməsi, düzgün və sağlam qidalanma rejimi, zərərli və faydalı qidalar, onları ayırd etmə üsulları, bu istiqamətdə fəaliyyət göstərən dövlət və qeyri-dövlət orqanlarının fəaliyyətləri, hesabatlar, görüntülü maarifləndirici videolar yerləşdiriləcəkdir. Forum iştirakçılarına, eyni zamanda, yeni nəşr olunan “Sağlam gələcək sağlam qidadan başlayır” adlı kitab təqdim olundu. Qeyd olundu ki, bu kitab cəmiyyətimizə, xüsusilə də gənclərə sağlam həyat tərzinin formalaşdırılmasında, qida və qida təhlükəsizliyi haqqında, düzgün və sağlam qidalanma rejim, xüsusən müasir dövrümüzün genetik silahı hesab olunan geni dəyişdirilmiş orqanizmlər (GDO) barədə geniş maarifləndirici məlumatlar əldə etməkdə yardımçı olacaqdır.

Sağlam gələcək sağlam qidadan başlayır
Sosial şəbəkələrdə paylaş: