Xalqın xilaskarı mövzusunda elmi-praktik konfrans keçirilib. Sağlam gələcək sağlam qidadan başlayır Ucar rayonunda “Dini radikalizmə və ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans keçirilib Rusiya Azərbaycanlıları İttifaqı: ”Soydaşlarımızı bu faciəvi gündə Azərbaycan dövlətçiliyi ətrafında daha da sıx birləşməyə çağırırıq”
Etna vulkanı yenidən püskürüb Fəaliyyətə başladılar 24media.az SON DƏQİQƏ Hərbi qulluqçumuz şəhid oldu Rusiyada 28 may Respublika Günü möhtəşəm qeyd edilib
Ufuk Aydın: ”Azərbaycan Xalq Cümhuriyyəti türk tarixinin şanlı səhifəsidir” Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq "Siyasi fahişələr" - KÖŞƏ Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumuna qeydiyyat başladı



» » Ucar rayonunda “Dini radikalizmə və ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans keçirilib


Ucar rayonunda “Dini radikalizmə və ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans keçirilib

1-06-2019, 16:11
Oxunma sayı: 243
Ucar rayonunda “Dini radikalizmə və ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans keçirilib
“Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dini radikalizmə və ekstremizmə qarşı mübarizə: “İslam həmrəyliyi” adlı tədbirlərin təşkili” layihəsi çərçivəsində Ucar rayonunda “Dini radikalizmə və ekstremizmə qarşı mübarizə ” mövzusunda konfrans keçirilib.

Ucar rayonu İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Məhəmməd Bayramov tədbiri açaraq rayonda görülən işlərdən, dini qurumlarla, dindarlarla həyata keçirilən tədbirlərdən, dini durumdan danışıb.

Müasir İnkişaf Birliyinin sədri, dialoq.info saytının baş redaktoru Mübariz Göyüşlü ölkədə mövcud olan dövlət-din münasibətlərindən, bu sahəni tənzimləyən qurumların fəaliyyətindən danışıb. Müasitr İnkişaf Birliyinin 14 ilə yaxındır bu mövzuda tədbirlər təşkil etdiyini deyən M.Göyüşlü təşkilatın çalışmalarını qısa olaraq iştirakçılara çatdırıb. O, Konstitutusiyada əksini tapmış din və vicdan azadlığı maddələrindən, eyni zamanda “Dini etiqad azadlığı haqqında” qanundan bəhs edib. Birlik sədri dini fundamentalizmdən, dini radikalizmdən və dini ekstremizmdən danışaraq onu doğuran səbəblər, nəticələr haqqında fikirlərini bölüşüb. M.Göyüşlü radikalizmə və ekstremizmə qarşı İslam həmrəyliyinin qoyulmasını vacib sayaraq tədbir iştirakçılarını radikal qruplara qarşı mübarizədə fəal olmağa səsləyib. O, mövhumata, xurafata, radikalizmə, ekstremizmə qarşı ən effektli mübarizə vasitəsi kimi təhsili, milli-mənəvi dəyərləri təbliğ etməyin, maarifləndirici tədbirlər, aksiyalıar və s. təşkil etməyin önəmli olduğunu qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbə müdiri Əzim Rəfiyev komitənin fəaliyyətindən, rayonda və bölgədə həyata keçirilən çalışmalardan, dini durumdan və s. bəhs edib. Dini radikalizm və ekstremizmin fəsadlarından danışan Ə.Rəfiyev Azərbaycanda, o cümlədən Ucar rayonunda dindarlar arasında münasibətlərin qarşılıqlı anlaşma və hörmətə əsaslandığını, hər hansısa problem yaşanmadığını bildirib.

“Gələcək” intellektual inkişafa yardım ictimai birliyinin sədri Kazım Məmmədov rayonda QHT-lərin maarifləndirmə istiqamətində gördüyü işlərdən, gənclərin radikalizmə və ekstremizmə qarşı mübarizə aparmasının vacibliyindən, İslam dinindən, dindarlar arasında həmrəyliyin vacibliyindən bəhs edib.

Ucar şəhəri “Cami” məscidinin imamı Elnur Rəhimov rayonda dövlət-din münasibətlərinin tənzimlənməsindən, İslamın düzgün təbliğindən, İslam və elm mövzusundan, Azərbaycanda din adıyla qarşıdurma yaratmaq istəyən qüvvələrdən danışıb.
Ucar rayonu Quləbənd kənd məscidinin imamı Aydın Rəsulov İslam dini, onun gözəllikləri, orucluğun faydaları haqqında çıxış edib.

Ucar şəhər “Cami” məscidi dini icmasının sədri Ceyhun Əliyev Azərbaycanda Ramazan bayramı, onun təqvimi, bayram namazının 5 iyun tarixinə müəyyən edilməsi, Qafqaz Müsəlmanları İdarəsinin qəbul etdiyi qərar haqqında danışıb.

Ucar rayonu Qazyan kəndi “Savab” məscidinin imamı Cavid Məmmədov İslam dinindən, burada halallıq prinsiplərindən danışıb.

Ucar şəhər 5 saylı tam orta məktəbin direktoru Hakim Nəcəfov təhsil içilərini, şagirdləri dini radikalizmdən və ekstremizmdən uzaq tutmaq üçün görülməli olan işlərdən də bəhs edib.

Ucar rayonunda “Dini radikalizmə və ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans keçirilib
Ucar rayonunda “Dini radikalizmə və ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans keçirilibUcar rayonunda “Dini radikalizmə və ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans keçirilibUcar rayonunda “Dini radikalizmə və ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans keçirilibUcar rayonunda “Dini radikalizmə və ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans keçirilib
Sosial şəbəkələrdə paylaş: