Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı. “Bugün Azərbaycan müstəqillik qazandıqdan bəri ən gözəl dövrünü yaşayır.” –Məhsəti Hüseynova Kikboksçularımız dünya kikboksinq arenasında öz sözlərini deyirlər Ucar rayonunun 80 illiyinə həsr olunmuş Veloyürüş keçirilib.
“RƏNGLİ DÜNYA YARADAQ” layihəsinə start verildi “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi “Vikipediya”da Gəncə haqqında məqalələr zənginləşdirilir Tarix İnstitutunda dəyirmi masa: “Tariximizə sahib çıxaq”



» » Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumuna qeydiyyat başladı


Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumuna qeydiyyat başladı

21-05-2019, 16:19
Oxunma sayı: 421
Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumuna qeydiyyat başladı
“Gənclərin Töhfəsi” İctimai Birliyi tərəfindən Azərbaycanda ilk dəfə olaraq 8 iyun 2019-cu il tarixində Hilton oteldə 1 günlük sağlam qida istehsalçıları ilə qida könüllülərini bir araya gətirəcək “Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumu keçiriləcəkdir. Forum Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi tərəfindən “Sağlam Gələcək, Sağlam Gənclik!” adlı layihə çərçivəsində həyata keçirilir.
Forumda aidiyyatı üzrə qurumların rəsmi nümayəndələri və qida üzrə peşəkar mütəxəssislərin iştirakı ilə panel müzakirələr keçirilməsi nəzərdə tutulmuşdur. Həmçinin, yeni yaradılmış www.saglamqida.az saytı və zamanda yeni “Sağlam gələcək sağlam qidadan başlayır” adlı kitab təqdim olunacaqdır.
Forumun keçirilməsinin məqsədi insanların, xüsusilə də yeniyetmə və gənclərin zərərli vərdişləri və onların qeyri-sağlam qidalanma nəticəsində düçar olduqları acımasız xəstəliklərdən, günü-gündən gəncləşən ölümlərdən xilas olmaq üçün zərərli vərdişlərdən çəkindirmək, onlarla mübarizə imkanlarının mümkünlüyü, sağlam qidalanma və düzgün həyat tərzilə əlaqədar olaraq ətraflı şəkildə maarifləndirilməkdən ibarətdir.
Sizi “Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumunda iştirak etməyə dəvət edirik. Forumda iştirak etmək istəyənlər aşağıda qeyd olunan anket formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Seçilmiş iştirakçılara nəticələrlə bağlı məlumat 06 May 2019-cu il tarixinədək məlumat veriləcək.

Son qeydiyyat tarixi: 05.06.2019, saat 18:00

Ödənişsizdir.

Qeydiyyat üçün daxil olun

#SağlamQida #SağlamQidaKönüllüləri1
#QHTŞurası
#GTİB
#ZeytunBağları
#SafQida
#Progress
#QidaTəhlükəsizliyi
Sosial şəbəkələrdə paylaş: