Vilayət Eyvazov Mübariz Şahbazovu işdən çıxardı İran xəbərdarlıq etdi: Savaş olacaq... ABŞ səfirliyi Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - VİDEO Türkiyəyə S-400 komplekslərinin ikinci partiyası avqust-sentyabrda gətiriləcək
Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək Qurban bayramında avtoqəzaya düşənlərin faciəvi statistikası Zərif Trampla görüşdən imtina edib? - Şok ssenari NATO Rusiyadakı oyunlara niyə qatılmadı? - Şoyqu
Felgenhauer: ABŞ Moskvanı 2-3 dəqiqəyə vura biləcək Prezident bu sahə ilə bağlı ciddi tapşırıqlar verdi - Politoloq Tramp: O, artıq ölüdür və Rusiya ilə... ETİRAF



» » ADTGT Dağlıq Qarabağla bağlı tədbərlər çərçivəsində Avropa ölkəsinin dövlət rəhbərliyi ilə görüşəcək


ADTGT Dağlıq Qarabağla bağlı tədbərlər çərçivəsində Avropa ölkəsinin dövlət rəhbərliyi ilə görüşəcək

10-05-2019, 17:13
Oxunma sayı: 500
ADTGT Dağlıq Qarabağla bağlı tədbərlər çərçivəsində Avropa ölkəsinin dövlət rəhbərliyi ilə görüşəcək
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) növbəti beynəlxalq layihəsinin icrasına başlamışdır. "Avropada Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda tədbirlərin keçirilməsi” adlı təbliğati, beynəlxalq informasiya və ictimai dəstək xarakterli layihə 3 ay - 01 may – 01 avqust 2019-cu il müddətində əsasən, Bosniya və Hersoqovinada icra olunacaqdır.
Layihə çərçivəsində Balkan ölkələrinin siyasi dairələri, millət vəkilləri, hökumət strukturu təmsilçiləri, nüfuzlu QHT, KİV, sosial, internet media qurumları, akademik çevrələri, ekspert və araşdırmaçı mütəxəssisləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin real vəziyyəti, həqiqətləri, işğal və həll yolları haqda məlumatlandırılacaq, ölkəmizin ədaləti mövqeyinin, dünya ictimaiyyətinə yönələn sülh çağırış və təşəbbüslərinin dəstəklənməsi üçün Bosniya və Hersoqovinanın vətəndaş cəmiyyəti institutları, siyasət adamları, tanınmış şəxsləri və əcnəbi tərəfdaşları silsilə PR fəaliyyətlərinə cəlb olunacaqlar. Layihə eyni zamanda hər iki ölkənin QHT sektorunun ikitərəfli və çoxtərəfli ictimai və mədəni-humanitar əməkdaşlığını özündə əks etdirəcəkdir.
Layihə fəaliyyətinin ən uğurlu addımı olaraq iyunun 16 – 20 tarixlərində Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda bu ölkənin millət vəkillərinin, siyasi dairələrinin, hökumət qurumu təmsilçilərinin, ekspert, QHT və KİV təmsilçilərinin iştirakı ilə "Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və həqiqətləri Balkan ictimaiyyətinin baxışında” mövzusunda konfransın keçirilməsi və Avropada son soyqırım yeri kimi tanınan Srebrenitsada Dağlıq Qarabağla bağlı sərginin təşkili nəzərdə tutulur.
ADTGT tərəfindən konfrans iştirakçıları Dağlıq Qarabağ münaqişəsi və həqiqətlərinə dair ingilis dilində hazırlanmış audio-vizual materiallar, kitabça və digər çap məhsulları ilə təmin olunacaqlar.
Səfər çərçivəsində ADTGT rəhbərliyinin Bosniya və Hersoqovina Rəyasət Heyətinin üzvü (dövlət başçısı funksiyasını yerinə yetirən üçlük) Şefik Caferoviçlə, bu ölkənin parlament spikeri, keçmiş dövlət başçısı və hakim partiyanın sədri olan Bakir İzetbeqoviçlə, millət vəkilləri və hökumət üzvləri ilə də Dağlıq Qarabağ münaqişəsi, həqiqətlər, beynəlxalq səviyyədə aparılan danışıqlar, Azərbaycanın ərazi bütövlüyü, ölkəmizin ədalətli mövqeyinin dəstəklənməsi və ikitərəfli münasibətlər mövzusunda görüşləri və müzakirələri də nəzərdə tutulur.

Sosial şəbəkələrdə paylaş: