“Yerli insanların dəstəyi Qafqaz İslam Ordusuna böyük ruh verirdi” Ucarda Yeni subsidiya qaydaları və Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda təlim keçirilib. “Açıq hökümət” təşəbbüslərinin təşviqi üçün onlayn -TV yaradılacaq Toy, nişan, nigah və ad günü tədbirlərinizi "Baku Wedding and Events Blog”a əmanət edin-FOTO
"Natelaşvili sərsəm bəyanatları ilə gündəmi dəyişmək istəyir" - Gənc politoloq Murad Muradov “Murmansk Payızı” sənət festivalı keçirilib – FOTOLAR Rusiya Azərbaycanlıları İttifaqının ikinci forumu keçiriləcək Göyçayda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda növbəti təlim keçirilib
Saçlarınızın erkən yaşda ağarmasını istəmirsinizsə bu qidalardan uzaq durun! Azərbaycanlı çempiondan Qarabağla bağlı örnək addım Murmanskda "Rusiya bayrağı günü" tədbiri keçirilib - Fotolar Zərdabda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda təlim keçirilib.



» » “Sağlam Qida” Könüllülərinin I Respublika Forumu keçiriləcək


“Sağlam Qida” Könüllülərinin I Respublika Forumu keçiriləcək

7-05-2019, 21:35
Oxunma sayı: 390
 “Sağlam Qida” Könüllülərinin I Respublika Forumu keçiriləcək
Məlumat üçün bildiririk ki, yaxın günlərdə Azərbaycanda ilk dəfə olaraq sağlam qida istehsalçıları ilə qida könüllülərini bir araya gətirəcək “Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumu keçiriləcəkdir. Forum Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Gənclərin Töhfəsi” İctimai Birliyi təşkilatçılığı ilə “Sağlam Gələcək, Sağlam Gənclik!” adlı layihə çərçivəsində həyata keçiriləcəkdir.
Birliyin sədri Asim Vəliyevin bildirir ki, bu forumun keçirilməsində məqsədimiz insanların, xüsusən də yeniyetmə və gənclərin zərərli vərdişləri və onların qeyri sağlam qidalanma nəticəsində düçar olduqları acımasız xəstəliklərdən, günü-gündən gəncləşən ölümlərdən xilas olmaq üçün zərərli vərdişlərdən çəkindirmək, onlarla mübarizə imkanlarının mümkünlüyü, sağlam qidalanma və düzgün həyat tərzilə əlaqədar olaraq ətraflı şəkildə maarifləndirilməkdən ibarətdir. Forumda aidiyyatı üzrə qurumların rəsmi nümayəndələri və qida üzrə peşəkar mütəxəssislərin iştirakı ilə panel müzakirələr keçiriləcəkdir.
Birliyin icraçı direktoru Məhsəti Hüseynova forum barədə daha geniş məlumat verərək bildirir ki, forum çərçivəsində təqdim olunacaq yeni yaradılmış www.saglamqida.az saytında da davamlı olaraq sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin sağlamlığa vurduğu ziyanlar və ondan xilas olmağın yolları, asudə vaxtlarının səmərəli keçirilməsi, düzgün və sağlam qidalanma rejimi, zərərli və xeyirli qidalar, onları ayırd etmə üsulları, bu istiqamətdə fəaliyyət göstərən dövlət və qeyri-dövlət orqanlarının fəaliyyətləri, hesabatlar, görüntülü maarifləndirici videolar yerləşdiriləcəkdir. Eyni zamanda “Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumu çərçivəsində təqdim olunacaq yeni “Sağlam gələcək sağlam qidadan başlayır” adlı kitab insanların, xüsusilə də gənclərin həyatında sağlam həyat tərzinin formalaşdırılmasında, qida və qida təhlükəsizliyi haqqında, qatqı maddələri, düzgün və sağlam qidalanma rejimi, zərərli və xeyirli qidalar, onları ayırd etmənin üsulları və Müasir dövrümüzün genetik silahı hesab olunan Geni dəyişdirilmiş orqanizmlər – GDO barədə geniş maarifləndirici məlumatlar əldə etməkdə yardımçı olacaq.
Forum keçiriləcək məkan və vaxt yaxın günlərdə mətbuata açıqlanacaqdır.
Sosial şəbəkələrdə paylaş: