Vilayət Eyvazov Mübariz Şahbazovu işdən çıxardı İran xəbərdarlıq etdi: Savaş olacaq... ABŞ səfirliyi Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - VİDEO Türkiyəyə S-400 komplekslərinin ikinci partiyası avqust-sentyabrda gətiriləcək
Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək Qurban bayramında avtoqəzaya düşənlərin faciəvi statistikası Zərif Trampla görüşdən imtina edib? - Şok ssenari NATO Rusiyadakı oyunlara niyə qatılmadı? - Şoyqu
Felgenhauer: ABŞ Moskvanı 2-3 dəqiqəyə vura biləcək Prezident bu sahə ilə bağlı ciddi tapşırıqlar verdi - Politoloq Tramp: O, artıq ölüdür və Rusiya ilə... ETİRAF



» » "MÜBARİZ" İdman Klubunun Təqdimatı keçirilib.


"MÜBARİZ" İdman Klubunun Təqdimatı keçirilib.

6-05-2019, 23:17
Oxunma sayı: 638
"MÜBARİZ" İdman Klubunun Təqdimatı keçirilib.
06.05.2019-cu il tarixdə Ucar rayon Gənclər Mərkəzində "Gələcək" İntellektual İnkişafa Yardım İctimai Birliyinin nəzdində təsis edilən "MÜBARİZ" İdman Klubunun təqdimatı keçirilmişdir. Tədbirdə Yeniyetmə İdmançılar, İdman ustaları, Hərbi müəllimləri, Mediya nümayəndələri, yeniyetmə və gənclər iştirak etmişlər. Tədbirdə açılış sözü ilə çıxış edən "Gələcək" İntellektual İnkişafa Yardım İctimai Birliyinin Sədri Kazım Məmmədov "Mübariz" İdman Klubunun regionun yeniyetmə və gənclərinin sağlam, vətənpərvər ruhda inkişafında və idmançıların peşəkarlığının artırılmasında mühüm rol oynayacağını qeyd etdi. Daha sonra O, Klubun Əsasnaməsi ilə tədbir iştirakçılarını tanış etdi.
İctimai Birliyin təsisçisi Vasif Abdullayev qeyd etdi ki, Yeniyetmə və gənclər üçün nəzərdə tutulan bu idman klubu Ucar rayonunda gələcək gəncliyin sağlam inkişafını təmin edəcək layihələrdən biridir .
İctimai Birliyin təsisçisi Oruc Piriyev Gənclərin İdmana istiqamətləndirilməsi özü özlüyündə bir uğurdur, “Mübariz” İdman klubu baxımdan gənclər üçün bir fürsət olacaqdır.
Klub rəhbəri vəzifəsini müvəqqəti icra edən idman ustası Elşən Əhmədli, Klubun İlk yarandığı gündən uğura imza atması, onun gələcək fəaliyyətinin məqsədyönlülüyündən xəbər verdiyini qeyd etdi.
Tədbirdə iştirak edənlər qeyd etdilər ki, Klubun gələcək fəaliyyətinin yeniyetmə və gənclərin narkomaniya, zərərli vərdişlərdən uzaqlaşması və sağlam həyat tərzinə yönəldilməsi baxımından stimul verici olacaq. İnanırıq ki, "MÜBARİZ" İdman klubu gələcəkdə Azərbaycan İdmanına öz töhfəsini verəcəkdir.
Məlumat üçün qeyd edək ki, "MUBARİZ" İdman Klubu 01.05.2019-cu il tarixində təsis edilmişdir və 05.05.2019-cu il tarixində Goranboyda keçirilən Cudo üzrə açıq turnirdə 3 çəki dərəcəsində klubun 3 idmançısından 1-i I yer, 2 si isə II yer tutmuşdur.

"MÜBARİZ" İdman Klubunun Təqdimatı keçirilib."MÜBARİZ" İdman Klubunun Təqdimatı keçirilib."MÜBARİZ" İdman Klubunun Təqdimatı keçirilib."MÜBARİZ" İdman Klubunun Təqdimatı keçirilib."MÜBARİZ" İdman Klubunun Təqdimatı keçirilib."MÜBARİZ" İdman Klubunun Təqdimatı keçirilib."MÜBARİZ" İdman Klubunun Təqdimatı keçirilib."MÜBARİZ" İdman Klubunun Təqdimatı keçirilib.
Sosial şəbəkələrdə paylaş: