“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”, - Anar Həsənov Milli Qəhrəman Zabit Quliyev ziyarət olunub Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi - FOTO İspaniyada Azərbaycan təhsili ilə bağlı görüş keçirilib
Tanınmış jurnalist təltif edildi Gənclər üçün dövlət qulluğu üzrə növbəti regional təlim Qazax rayonunda keçirildi Şair Qəşəm Nəcəfzadə “Xüsusi Xidmətlərə görə” Ordeni ilə təltif edildi “Səfirliklərlə diaspor təşkilatları arasında əməkdaşlıq və tandemdə fəaliyyət arzu olaraq qalmamalıdır”
Gənclərin dövlət qulluğu üzrə növbəti regional təlimi Sabirabadda keçirilir Vikipediyada “Cümhuriyyətin 9 şəkli” filmi haqqında məqalə yaradılıb “Qarabağ tarixi sənədli filmi (rus dilində)” layihəsi çərçivəsində sənədli filmin hazırlanmasını başa çatıb Bakıda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş turnir keçirilib



» » "İslam qardaşlıq dinidir” mövzusunda konfrans keçirilib


"İslam qardaşlıq dinidir” mövzusunda konfrans keçirilib

27-04-2019, 20:14
Oxunma sayı: 382
"İslam qardaşlıq dinidir” mövzusunda konfrans keçirilib
Aprelin 27-də ictimai birliklərin təşkilatçılığı ilə “Azərkitab” Kitab Mərkəzində “İslam qardaşlıq dinidir” mövzusunda konfrans keçirilib. Konfransda bir sıra dövlət qurumlarının, ictimai institutların təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü mövzunun əhəmiyyətindən danışaraq bildirdi ki, bir sıra QHT-nin təşkilatçılığı ilə ərsəyə gələn bu tədbir Azərbaycanda mövcud dövlət - din münasibətlərinə dəstəkdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirdi ki, İslam dininin ümumbəşəri faydaları və prinsipləri haqqında hər bir kəs məlumatlı olsa da, nədənsə müasir internet resurslarında axtarış veriləndə daha çox neqativ, radikalizmlə bağlı informasiyalar çoxluq təşkil edir. Sual olunur. Nə üçün bu prosesin qarşısının alınmasında İslam dünyası fəal iştirak edə bilmir. Çünki biz ilk növbədə dinimizi düzgün və sağlam şəkildə təqdim edərək, hansı məqsədləri ehtiva etdiyini təbliğ etməliyik. Yalnız bundan sonra İslam dini barədə sosial mediada, axtarış sistemlərində daha dolğun informasiyaları çoxalda bilərik.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, ilahiyyatçı-alim Hacı Fuad Nurullayev, İslamda tolerantlığı önə çəkərək bunun əhəmiyyətini vurğuladı. O əsrlərdir ölkəmizdə yəhudi, xristian və müsəlman icmalarının səmimi münasibətlər şəraitində yaşadığını və bunun İslam dininin dinlərarası münasibətlərə önəm verməsindən qaynaqlandığını diqqətə çatdırdı.
Daha sonra, ilahiyyat üzrə fəlsəfə doktoru Vüqar Səmədov, - "Hz. Məhəmməd Peyğəmbər (s) və mədəniyyət" mövzusunda geniş məruzəylə çıxış etdi.
DQİDK-nin Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışaraq, İslam dininin qardaşlıq münasibətlərində rolunu daim diqqətdə saxlamağın vacibliyini vurğuladı.
Bakı İslam Universitetinin kafedra müdiri Elvin Talışinski çıxış edərək bu istiqamətə tədbirlərin keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu vurğuladı.
Müzakirələrdə sosioloq Əhməd Qəşəmoğlu, təşkilatçı QHT rəhbərləri Arzuman Abdulkərimov, Asif Əsgərov, Asim Vəliyev, Azər Zahidov, Kazım Məmmədova Ziba Nəbiyeva və başqaları çıxış edərək İslam dininin Azərbaycan xalqının mənəvi dirçəlişində və həyatında rolunu, İslam alimlərinin dövlətə dəstək göstərməsinin vacibliyini vurğuladılar.
Qeyd edək ki, tədbir "Hilal" Sosial Araşdırmalar İctimai Birliyi, "Gənclərin Töhfəsi" İctimai Birliyi, Azərbaycan Demokrtatik Tələbə Gənclər Təşkilatı, "Müasir İnkişaf" İctimai Birliyi, Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək Birliyi, Soyqırım Həqiqətlərinin Təbliği Birliyi, Oğuz Müstəqil Araşdırmaçılar Qrupu, Gələcək İntellektual İnkişafa Yardım Birliyi, Mübariz Gənclər Birliyi, Dialoq TV-nin birgə təşkilatçılığı ilə həyata keçirilib.


"İslam qardaşlıq dinidir” mövzusunda konfrans keçirilib"İslam qardaşlıq dinidir” mövzusunda konfrans keçirilib"İslam qardaşlıq dinidir” mövzusunda konfrans keçirilib"İslam qardaşlıq dinidir” mövzusunda konfrans keçirilib"İslam qardaşlıq dinidir” mövzusunda konfrans keçirilib"İslam qardaşlıq dinidir” mövzusunda konfrans keçirilib"İslam qardaşlıq dinidir” mövzusunda konfrans keçirilib"İslam qardaşlıq dinidir” mövzusunda konfrans keçirilib"İslam qardaşlıq dinidir” mövzusunda konfrans keçirilib
Sosial şəbəkələrdə paylaş: