“Məktəbdaxili idarəetməyə dəstək” adlı layhəsi çərçivəsində təlimlər başa çatıb Gənclər Türkiyə - Azərbaycan gənclərinin könüllülük üzrə mübadilə proqramında iştirak edib Məktəbdaxili idarəetməyə dəstək” adlı layihəsi çərçivəsində təlimlər davam edir (EPIC) layihəsi Mingəçev şəhərində “Ekoloqiya günü”qeyd edib.
Bələdiyyələrdə qadınların təmsilçiliyinin artırılması” adlı maarifləndirmə layihəsinin icrasına başlamışdır “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsiçərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit”mövzusunda seminar həyata keçirilib. Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir
Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı. “Bugün Azərbaycan müstəqillik qazandıqdan bəri ən gözəl dövrünü yaşayır.” –Məhsəti Hüseynova



» » Rusiyada Azərbaycan diasporu birləşir-NƏHAYƏT


Rusiyada Azərbaycan diasporu birləşir-NƏHAYƏT

24-04-2019, 17:30
Oxunma sayı: 470
Rusiyada Azərbaycan diasporu birləşir-NƏHAYƏTAprelin 27-də Rusiyada Azərbaycanlıların Birinci Moskva Forumu keçiriləcək. Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun təşkilatçılığı ilə keçiriləcək Forum paytaxt Moskvada, Prezident otelində baş tutacaq. Forumun Təşkilat Komitəsindən verilən məlumata görə, tədbir iki hissəli olacaq. İlk hissədə Rusiya-Azərbaycan əməkdaşlığı, strateji tərəfdaşlıq məsələləri müzakirə ediləcək. Tədbirdə ictimai siyasi xadimlər, eyni zamanda Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və çoxsaylı qonaqlar iştirak edəcəklər. Forumun ikinci hissəsində önəmli qərarlar qəbul ediləcək. Forum çərçivəsində Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) təsis konfransı keçiriləcək. Konfransda həmçinin RAİ prezidenti və İdarə Heyətinin üzvləri seçiləcək.
Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Füzuli Məmmədov bildirib ki, Forum Azərbaycan diasporunun güclənməsi, daha təkmil və koordinasiyalı formada fəaliyyət göstərməsi üçün önəmli addımdır. Onun sözlərinə görə Rusiyadakı Azərbaycan diasporunun birliyi, daha effektiv fəaliyyət göstərməsi ilə bağlı müzakirələr aparılacaq, önəmli qərarlar qəbul ediləcək: “Atacağımız addımlar Azərbaycan diasporunun daha effektiv fəaliyyətini təmin etmək və dövlətimizin diaspor siyasətinə dəstək verməkdir”.
Rusiyada Azərbaycan diasporu birləşir-NƏHAYƏT
Füzuli Məmmədov Rusiyada fəaliyyət göstərən bütün diaspor təşkilatlarını Rusiya Azərbaycanlıları İttifaqının ətrafında sıx birləşməyə çağırıb: “Bir daha nəzərinizə çatdırıram ki, bu addım dövlətçiliyimizə, Azərbaycanın gələcəyinə, birliyinə, bütövlüyünə və daha da güclənməsinə xidmət edir. Bilirsiniz ki, Rusiyada Azərbaycan diasporunun daxilində olan arzuolunmaz hallara, birliyimizə, milli mənafelərimizə zərbə vuran intriqalara, lazımsız söz-söhbətlərə birdəfəlik son qoyulması vacib şərtdir. Bunun üçün isə bir ideya ətrafında birləşməyimiz olduqca önəmlidir və həlledici əhəmiyyət daşıyır. Bu baxımdan Rusiya Azərbaycanlıları İttifaqı önəmli platformadır. Rusiyada fəaliyyət göstərən hər bir diaspor təşkilatına səslənirəm ki, vahid ideya ətrafında birləşək. Əgər bir olarsaq, daha böyük işlər görə bilər, dövlətimizə və Rusiya-Azərbaycan münasibətlərinə daha ciddi töhfələr verə bilərik”.
Sosial şəbəkələrdə paylaş: