“ Çimərliklərdə atılan plastik tullantılara birgə qalib gələk” layihəsini həyata keçirilib “Məktəbdaxili idarəetməyə dəstək” adlı layhəsi çərçivəsində təlimlər başa çatıb Gənclər Türkiyə - Azərbaycan gənclərinin könüllülük üzrə mübadilə proqramında iştirak edib Məktəbdaxili idarəetməyə dəstək” adlı layihəsi çərçivəsində təlimlər davam edir
(EPIC) layihəsi Mingəçev şəhərində “Ekoloqiya günü”qeyd edib. Bələdiyyələrdə qadınların təmsilçiliyinin artırılması” adlı maarifləndirmə layihəsinin icrasına başlamışdır “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsiçərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit”mövzusunda seminar həyata keçirilib. Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR
Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı.



» » “Sözümüz sözdür” kitabının təqdimatı keçirilib


“Sözümüz sözdür” kitabının təqdimatı keçirilib

23-04-2019, 22:03
Oxunma sayı: 514
“Sözümüz sözdür” kitabının təqdimatı keçirilibAzərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi Gülnar Səmanın “Sözümüz sözdür” kitabının təqdimat mərasimi keçirilib.

DİA.AZ xəbər verir ki, tədbiri AYB-nin katibi Rəşad Məcid açaraq müəllifin elmi və bədii yaradıcılığı haqqında iştirakçılara məlumat verib.

Daha sonra çıxış edən tədbirin aparıcısı, şair Yusif Nəğməkar nəşrdə Elçin Əfəndiyev, Vilayət Quliyev, Aqil Abbas, Rəşad Məcid, Akif Səməd, Elşən Əzim və digər müəlliflərin kitabları barədə yazılarla yanaşı, Mikayıl Müşfiq, Nəriman Həsənzadə, Fikrət Qoca, Zəlimxan Yaqub, Məmməd Aslan kimi şairlərin poemaları haqqında məqalələrin toplandığını bildirib. O, müəllifə yeni yaradıcılıq uğurları arzulayıb.

Mərasimdə, həmçinin Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd, həmin qurumun əməkdaşları - filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva, Təhminə Vəliyeva və digərləri çıxış edərək kitab barədə təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilən vəsaitin elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmli, rəyçisi filologiya elmləri doktoru Elçin Mehrəliyevdir.
“Sözümüz sözdür” kitabının təqdimatı keçirilib
Sosial şəbəkələrdə paylaş: