Milli Qəhrəman Zabit Quliyev ziyarət olunub Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi - FOTO İspaniyada Azərbaycan təhsili ilə bağlı görüş keçirilib Tanınmış jurnalist təltif edildi
Gənclər üçün dövlət qulluğu üzrə növbəti regional təlim Qazax rayonunda keçirildi Şair Qəşəm Nəcəfzadə “Xüsusi Xidmətlərə görə” Ordeni ilə təltif edildi “Səfirliklərlə diaspor təşkilatları arasında əməkdaşlıq və tandemdə fəaliyyət arzu olaraq qalmamalıdır” Gənclərin dövlət qulluğu üzrə növbəti regional təlimi Sabirabadda keçirilir
Vikipediyada “Cümhuriyyətin 9 şəkli” filmi haqqında məqalə yaradılıb “Qarabağ tarixi sənədli filmi (rus dilində)” layihəsi çərçivəsində sənədli filmin hazırlanmasını başa çatıb Bakıda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş turnir keçirilib “Milli düşüncəniz yoxdursa, millətin yolundan çəkilin”



» » Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək

21-04-2019, 10:41
Oxunma sayı: 298
22 aprel 2019-cu il tarixində saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Gülnar Səmanın “Sözümüz sözdür” adlı publisistik məqalələrdən ibarət kitabının təqdimat mərasimi və imza günü keçiriləcək.
Gülnar Səma AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisidir. “Sözümüz sözdür” kitabı Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 17 dekabr 2018-ci il 15 saylı qərarı ilə nəşr edilib. Kitabının elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmli, rəyçisi filologiya elmləri doktoru Elçin Mehrəliyevdir. Kitabın üz qabığının fotoqrafı Nofəl Ümiddir. İştirak etmək istəyən hər kəs təqdimata dəvətlidir.
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Ə.Xəqani küçəsi 25.

Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
Sosial şəbəkələrdə paylaş: