Murmanskda "Rusiya bayrağı günü" tədbiri keçirilib - Fotolar Zərdabda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda təlim keçirilib. “Vikipediya”da Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb Vilayət Eyvazov Mübariz Şahbazovu işdən çıxardı
İran xəbərdarlıq etdi: Savaş olacaq... ABŞ səfirliyi Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - VİDEO Türkiyəyə S-400 komplekslərinin ikinci partiyası avqust-sentyabrda gətiriləcək Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
Qurban bayramında avtoqəzaya düşənlərin faciəvi statistikası Zərif Trampla görüşdən imtina edib? - Şok ssenari NATO Rusiyadakı oyunlara niyə qatılmadı? - Şoyqu Felgenhauer: ABŞ Moskvanı 2-3 dəqiqəyə vura biləcək



» » Kəramət Böyükçölü Bakıda kafedə döydülər


Kəramət Böyükçölü Bakıda kafedə döydülər

13-04-2019, 16:16
Oxunma sayı: 144
Kəramət Böyükçölü Bakıda kafedə döydülər

Gənc yazar Kəramət Böyükçölün (Nəcəfov) Bakıda kafedə döyülməsinə aydınlıq gətirilib.

Respublika İnfo xəbər verir ki, Hüquq-mühafizə orqanlarından Oxu.Az-a bildiriblər ki, yazıçının dostu Şamil Paşayev Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə müraciət edib.

O deyib ki, aprelin 11-də dostu Kəramət Böyükçöllə birgə “Port Röyal” kafesində naməlum şəxslər tərəfindən döyülüb.

Polisdən bildiriblər ki, K.Nəcəfov və onun dostu hadisə zamanı içkili olublar. Onlarla kafenin sahibi arasında mübahisə yaranıb. Sonradan mübahisə davaya çevrilib.

Kafe sahibi hadisə yerinə polis əməkdaşlarını çağırıb. Dava iştirakçılarını bölməyə dəvət edib, izahatlarını alıblar. Sonradan onlar sərbəst buraxılıblar.

Xatırladaq ki, Kəramət Böyükçöl bundan əvvəl Azərbaycanın tanınmış şəxsiyyətləri haqqında xoşagəlməz ifadələr işlədərək, sosial şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olub. Əvvəlcə Əbülfəs Elçibəy, daha sonra Xəlil Rza Ulutürk haqqında ağır ifadələr səsləndirərək, onları təhqir edən Kəramət Böyükçöl sonuncu dəfə isə meyxana sənəti və meyxana ustadlarına qarşı hörmətsizlik edib.
Sosial şəbəkələrdə paylaş: