Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı. “Bugün Azərbaycan müstəqillik qazandıqdan bəri ən gözəl dövrünü yaşayır.” –Məhsəti Hüseynova Kikboksçularımız dünya kikboksinq arenasında öz sözlərini deyirlər Ucar rayonunun 80 illiyinə həsr olunmuş Veloyürüş keçirilib.
“RƏNGLİ DÜNYA YARADAQ” layihəsinə start verildi “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi “Vikipediya”da Gəncə haqqında məqalələr zənginləşdirilir Tarix İnstitutunda dəyirmi masa: “Tariximizə sahib çıxaq”



» » Məhsəti məlahətli səsi ilə diqqət mərkəzində


Məhsəti məlahətli səsi ilə diqqət mərkəzində

11-04-2019, 13:28
Oxunma sayı: 277
Məhsəti məlahətli səsi ilə diqqət mərkəzində
İctimai sektorda aktiv fəaliyyət göstərən, “Sağlam qidalanma və düzgün həyat tərzi” üzrə mütəxəssis, “Yaşam Koç”u Məhsəti Hüseynova son günlərdə öz şəxsi sosial hesabında paylaşdığı video ilə hər kəsi təəccübləndirdi. Türk müğənnisi Sılanın “ Yabancı” mahnısına müraciət edən Məhsəti məlahətli səsi ilə bu dəfə də diqqət mərkəzində olmağı bacardı.
Qeyd edək ki, özəl şirkətdə qanunvericilik sahəsində çalışmasına baxmayaraq, fərqli sahələrdə bir neçə universiteti bitirib və hər bir sahədə uğurlu layihələrlə yadda qalmışdır. Bundan başqa Azərbaycan dilində ilk dəfə “Qida təhlükəsizliyi və Geni dəyişdirilmiş orqanizmlər” mövzusunda nəşr olunan “Qida təhlükəsizliyi və İnsanı məhvə aparan genetik silah –GDO” adlı 2 hissəli kitabın həmmüəllifidir. Hal-hazırda musiqi üzərində özünü sınayırmı, yoxsa “Şou-biznes”ə qatılacaqmı bilmirik. Musiqi haqqında fikirlərinizi bilmək üçün videonu sizlərlə paylaşırıq və Məhsəti Hüseynovaya da uğurlarının davamlı olmasını arzu edirik.

Sosial şəbəkələrdə paylaş: