Murmanskda "Rusiya bayrağı günü" tədbiri keçirilib - Fotolar Zərdabda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda təlim keçirilib. “Vikipediya”da Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb Vilayət Eyvazov Mübariz Şahbazovu işdən çıxardı
İran xəbərdarlıq etdi: Savaş olacaq... ABŞ səfirliyi Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - VİDEO Türkiyəyə S-400 komplekslərinin ikinci partiyası avqust-sentyabrda gətiriləcək Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
Qurban bayramında avtoqəzaya düşənlərin faciəvi statistikası Zərif Trampla görüşdən imtina edib? - Şok ssenari NATO Rusiyadakı oyunlara niyə qatılmadı? - Şoyqu Felgenhauer: ABŞ Moskvanı 2-3 dəqiqəyə vura biləcək



» » “Kitab xülasələri” layihəsi başa çatıb


“Kitab xülasələri” layihəsi başa çatıb

30-03-2019, 22:17
Oxunma sayı: 346
Azərbaycan Respublikası Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çərçivəsində Tacirə Mahmudovanın “C” kateqoriyası üzrə gənclər arasında bədii ədəbiyyatın təşviq edilməsi və kitab oxumağa marağın artırılması mövzularını əhatə edən “Kitab xülasələri” layihəsinin 13-15-16 mart tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universitetində, Bakı Biznes Universitetində və Azərbaycan Dillər Universitetində təqdimatı keçirilmişdir.
Təqdimat zamanı ilk öncə Azərbaycan Respublikası Gənclər Fondunun fəaliyyəti və qrant müsabiqə barəsində qısa məlumat verilmiş, daha sonra isə gənclərə kitab oxumağın faydaları, kitab əldə etməyin müxtəlif yolları, asudə vaxtın səmərəli istifadəsi, gənclər arasında mütaliəyə marağın artırılması və təşviqi, eləcə də ölkədə və dünyada mütaliə edənlərin statistikası və s. haqqında geniş məlumat verilmişdir. Bundan başqa tədbir iştirakçılarının mövzuyla bağlı sualları cavablandırılaraq onlar arasında anket-sorğu təşkil edilmişdir. Tədbirin sonunda “Kitab xülasələri” layihəsinin yekunlaşdığı elan edilərək sosial-çarx nümayiş olunmuş, daha sonra isə tələbələrlə xatirə şəkli çəkilmişdir.
“Kitab xülasələri” layihəsi başa  çatıb
Sosial şəbəkələrdə paylaş: