Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək 17 yaşlı fenomen GƏNCLİYİN UĞUR SİMVOLU Marsda “pinqvin” tapıldı - FOTO Kəramət Böyükçölü Bakıda kafedə döydülər
İslam Abbasov erməni dünya çempionunu məğlub etdi Məhsəti məlahətli səsi ilə diqqət mərkəzində “Kitab xülasələri” layihəsi başa çatıb Ucarda dəhşətli yanğın:
Rusiya “kor edən” yeni silahını sınaqdan keçirdi ATƏT-dən İlham Əliyev-Paşinyan görüşü barədə - BƏYANAT Prezidentə verilən məktublarda nə yazılıb? Azərbaycanla-İran sərhəddində nə baş verir?



» » Qobustan Daş Salnamələri adlı layihə həyata keçirilib


Qobustan Daş Salnamələri adlı layihə həyata keçirilib

8-03-2019, 23:14
Oxunma sayı: 353
Qobustan Daş Salnamələri adlı layihə həyata keçirilib
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Qobustan Daş Salnamələri adlı layihə baş tutub. Layihə Qobustan rayonunda yerləşən Qobustan dövlət tarixi-bədii qoruğunda qədim tarixi abidələrimiz və daş salnamələri haqqında məlumatlandırma ilə başladı. Layihə rəhbəri bildirdi ki, Qobustan qayaüstü təsvirlərinin rəngarəngliyi ilə dünyanın azsaylı bənzər abidələri sırasında xüsusi yer tutur. Layihənin məqsədi bu böyük abidənin gənclər arasında təbliğini aparmaq və gənclərimizin tarixi keçmişimizə biganə qalmamasını təmin etməkdir. Layihə rəhbəri Bakı Dövlət Universitetinin Tarix fakültəsinin IV kurs tələbəsi Fuad Həbibzadə layihənin keçirilməsində əsas məqsəd olaraq gənclərin tarixmizi daha yaxşı bilməsi, tarixmizin daha da tanınması və təbliğ olunmasıdır. Dövlət qoruğunun gəzintisindən və gənclərin məlumatlandırılmasından sonra coffe-break təşkil olundu. Daha sonra layihə iştirakçıları üçün təlimçi Anar Cəfərov tərəfindən “Tariximizi yaşayaq və yaşadaq” adlı təlim keçirildi. Təlimdə tariximiz haqqında, Qobustan Daş Salnamələri haqqında geniş məlumat verən təlimçi Anar Cəfərov bildirdi ki, tarixin möcüzəsi olan Qobustan qayalarının hələ nə qədər açılmamış sirləri var. Bu anlamda onun araşdırılması, öyrənilməsi və tədqiqi hələ uzun illər davam edəcək. Onu ən qiymətli tarixi dəyərimiz kimi qorumaq və öyrənmək isə hər birimizin vətəndaşlıq borcudur. Təlimin sonunda Qobustan abidəsi haqqında keçirilən layihədə iştirak edən gənclərimizə sertifikatlar verildi. Layihənin sonu marqlı diskusiya və gənclərin məmnunluğu ilə yadda qaldı.

Qobustan Daş Salnamələri adlı layihə həyata keçirilibQobustan Daş Salnamələri adlı layihə həyata keçirilibQobustan Daş Salnamələri adlı layihə həyata keçirilibQobustan Daş Salnamələri adlı layihə həyata keçirilibQobustan Daş Salnamələri adlı layihə həyata keçirilibQobustan Daş Salnamələri adlı layihə həyata keçirilib
Qobustan Daş Salnamələri adlı layihə həyata keçirilibQobustan Daş Salnamələri adlı layihə həyata keçirilibQobustan Daş Salnamələri adlı layihə həyata keçirilibQobustan Daş Salnamələri adlı layihə həyata keçirilib
Sosial şəbəkələrdə paylaş: