Xalqın xilaskarı mövzusunda elmi-praktik konfrans keçirilib. Sağlam gələcək sağlam qidadan başlayır Ucar rayonunda “Dini radikalizmə və ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans keçirilib Rusiya Azərbaycanlıları İttifaqı: ”Soydaşlarımızı bu faciəvi gündə Azərbaycan dövlətçiliyi ətrafında daha da sıx birləşməyə çağırırıq”
Etna vulkanı yenidən püskürüb Fəaliyyətə başladılar 24media.az SON DƏQİQƏ Hərbi qulluqçumuz şəhid oldu Rusiyada 28 may Respublika Günü möhtəşəm qeyd edilib
Ufuk Aydın: ”Azərbaycan Xalq Cümhuriyyəti türk tarixinin şanlı səhifəsidir” Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq "Siyasi fahişələr" - KÖŞƏ Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumuna qeydiyyat başladı



» » Prezident dərhal sərəncam verdi...


Prezident dərhal sərəncam verdi...

5-03-2019, 21:53
Oxunma sayı: 175
Prezident dərhal sərəncam verdi...

İlham Əliyev Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Respublika İnfo Axar.az-a istinadən xəbər verir ki, Azərbaycan teatr xadimlərinin müraciətini nəzərə alan Prezident İlham Əliyev ölkə teatrlarının fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədi ilə Prezidentin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 1,8 milyon (bir milyon səkkiz yüz min) manat vəsait ayırması barədə sərəncam verib.

Belə ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının hər birinə 200,0 (iki yüz) min manat, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının hər birinə 100,0 (yüz) min manat ayrılıb.

Qeyd edək ki, 1 martda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət xadimləri ilə görüşmüşdü.
Sosial şəbəkələrdə paylaş: