Xalqın xilaskarı mövzusunda elmi-praktik konfrans keçirilib. Sağlam gələcək sağlam qidadan başlayır Ucar rayonunda “Dini radikalizmə və ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans keçirilib Rusiya Azərbaycanlıları İttifaqı: ”Soydaşlarımızı bu faciəvi gündə Azərbaycan dövlətçiliyi ətrafında daha da sıx birləşməyə çağırırıq”
Etna vulkanı yenidən püskürüb Fəaliyyətə başladılar 24media.az SON DƏQİQƏ Hərbi qulluqçumuz şəhid oldu Rusiyada 28 may Respublika Günü möhtəşəm qeyd edilib
Ufuk Aydın: ”Azərbaycan Xalq Cümhuriyyəti türk tarixinin şanlı səhifəsidir” Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq "Siyasi fahişələr" - KÖŞƏ Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumuna qeydiyyat başladı



» » Prezident:"Bu, siyahını hazırlayanların günahıdır!


Prezident:"Bu, siyahını hazırlayanların günahıdır!

5-03-2019, 21:48
Oxunma sayı: 116
Prezident:"Bu, siyahını hazırlayanların günahıdır!

Prezident İlham Əliyev xalq artisti Rasim Balayevlə telefonla danışıb.Respublika İnfo xəbər verir ki, bu barədə “Ölkə.Az”a Rasim Balayev özü məlumat verib.

O bildirib ki, bu gün prezidentlə telefonla danışıb:

“Təxminən on dəqiqə əvvəl cənab Prezident mənimlə telefonda danışdı. Bildirdi ki, bu, siyahını hazırlayanların günahıdır, onun mənə münasibəti deyil. Mən də təşəkkürümü bildirdim.

Cənab prezident həmçinin bu il kino sahəsinə 5 milyon ayrıldığını qeyd edib. Növbəti ildən kinoya vəsait ayrılması büdcəyə salınacaq. Məndən soruşdu ki, görüşdə iştirak etsəydin, nə təklifin olacaqdı? Bildirdim ki, mənim təkliflərim Mehriban Zəkinin fikirləri ilə üst -üstə düşür”.

Xatırladaq ki, R.Balayev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə dəvət edilmədiyi üçün mətbuata açıqlama vermişdi və siyahını hazırlayanların onu nəzərə almadıqlarını vurğulamışdı.

Onu da əlavə edək ki, M. Zəki çıxışında kinoya diqqətin artırılmasını xahiş etmişdi.
Sosial şəbəkələrdə paylaş: