Xalqın xilaskarı mövzusunda elmi-praktik konfrans keçirilib. Sağlam gələcək sağlam qidadan başlayır Ucar rayonunda “Dini radikalizmə və ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans keçirilib Rusiya Azərbaycanlıları İttifaqı: ”Soydaşlarımızı bu faciəvi gündə Azərbaycan dövlətçiliyi ətrafında daha da sıx birləşməyə çağırırıq”
Etna vulkanı yenidən püskürüb Fəaliyyətə başladılar 24media.az SON DƏQİQƏ Hərbi qulluqçumuz şəhid oldu Rusiyada 28 may Respublika Günü möhtəşəm qeyd edilib
Ufuk Aydın: ”Azərbaycan Xalq Cümhuriyyəti türk tarixinin şanlı səhifəsidir” Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq "Siyasi fahişələr" - KÖŞƏ Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumuna qeydiyyat başladı



» » Gəncədə “Mini Art” layihəsi çərçivəsində sərginin açılış mərasimi keçirilib


Gəncədə “Mini Art” layihəsi çərçivəsində sərginin açılış mərasimi keçirilib

4-03-2019, 00:05
Oxunma sayı: 313
Gəncədə “Mini Art” layihəsi çərçivəsində sərginin açılış mərasimi keçirilib
27.02.2019 tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Mini Art” layihəsi çərçivəsində Gəncə şəhərində yaşayan gənc rəssamların miniatür üslubda çəkilmiş rəsm əsərlərindən ibarət sərginin açılış mərasimi keçirildi.
Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bəxtiyar Muradov tədbir iştirakçılarını Regional İdarənin rəisi Sənan Hacıyevin adından salamladı. O, Azərbaycan gənclərinə dövlət qayğısından danışaraq qeyd etdi ki, Gənclər Fondunun, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncədə yaşayıb-yaradan, istedadlı gənclər müxtəlif layihələr həyata keçirirlər.
Bu gün miniatür rəsm əsərlərindən ibarət sərginin təqdim olunması N.Gəncəvi adına Tarix-Diyarşünaslıq Muzeyinin elmi işçisi, layihə rəhbəri Fidan Böyükbabalının zəhmətidir.
Çıxış edən Fidan Böyükbabalı “Mini Art” layihəsindən, son illərdə Azərbaycan mədəniyyətinin və tarixinin təbliği istiqamətində həyata keçirilən layihələrdən danışdı, Gənclər Fonduna, ona dəstək olanlara öz təşəkkürünü bildirdi.
Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin direktoru Habil Əzizov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclər sektorunun müdiri Xəyalə Qurbanova layihə rəhbəri Fidan Böyükbabalıya uğurlar arzu etdilər.
Sərgiyə baxış keçirildi. Sonda Gənclər Fondunun maliyyə dəstəyi ilə “Mini Art” bədii sərgisi layihəsi çərçivəsində, müəllifi Fidan Böyükbabalı olan “Azərbaycan miniatür tarixi” kitabı iştirakçılara paylanıldı.
Sərgidə həmçinin F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Dövlət Kamera Orkestrinin kvarteti öz musiqi nömrələrini təqdim etdi.

Gəncədə “Mini Art” layihəsi çərçivəsində sərginin açılış mərasimi keçirilibGəncədə “Mini Art” layihəsi çərçivəsində sərginin açılış mərasimi keçirilibGəncədə “Mini Art” layihəsi çərçivəsində sərginin açılış mərasimi keçirilibGəncədə “Mini Art” layihəsi çərçivəsində sərginin açılış mərasimi keçirilibGəncədə “Mini Art” layihəsi çərçivəsində sərginin açılış mərasimi keçirilibGəncədə “Mini Art” layihəsi çərçivəsində sərginin açılış mərasimi keçirilibGəncədə “Mini Art” layihəsi çərçivəsində sərginin açılış mərasimi keçirilib
Sosial şəbəkələrdə paylaş: