Sumqayıtda “İctimai davranış qaydalarının gənclərə təşviq edilməsi” layihəsinin ilk mərhələsi icra olundu Deputatlığa namizəd Mustafayev Elnur Akif oğlunun seçicilərlə möhtəşəm görüşü keçirilib Sumqayıtda “Gənci-Nihan mənəm” adlı bədii qiraət müsabiqəsi keçirildi “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsi Siyəzən rayonunda icra olundu
Mənim səsim – mənim gələcəyimdir” adlı layihə yekunlaşdı Daha bir ictimai fəal deputatlığa namizəd oldu “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsi Xızı rayonunda icra olundu Məşhur Vəkil Adəm Məmmədov Milli Məclis seçkilərinə Zərdab rayonundan namizədliyini irəli sürdü
Asim Vəliyev Seçki ilə bağlı sərt açıqlama yaydı. "Utanın..!" Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti Bərdə rayonunda silsilə təlimlər həyata keçirib. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti - layihə (EPIC) layihəsi Mingəçevir şəhərində açılış mərasimini təşkil olunmuşdur. Gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək layihəsi uğurla yekunlaşdı



» » Azərbaycan-İraq münasibətləri müsbətə doğru irəliləyir.


Azərbaycan-İraq münasibətləri müsbətə doğru irəliləyir.

2-03-2019, 23:05
Oxunma sayı: 569
Azərbaycan-İraq münasibətləri müsbətə doğru irəliləyir.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası çərçivəsində İraqın xarici işlər nazirinin müavini Hazim Al-Yusifi ilə görüşüb.
Respublika İnfo Azərtac-a istinadən bildirir ki:Azərbaycanın Xarici İşlər Nazirliyindən mediaya bildiriblər ki, görüşdə İraqın xarici işlər naziri Mohamed Ali Alhakimin səmimi salamlarını çatdıran Hazim Al-Yusifi ölkələrimiz arasındakı münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsindən məmnunluq duyduğunu vurğuladı. İraqlı nazir müavini Azərbaycanda böyük inkişafın müşahidə olunduğunu, təhlükəsizliyin və sabitliyin yüksək səviyyədə təmin edildiyini, eləcə də mühüm infrastruktur layihələrinin həyata keçirildiyini bildirərək, tərəflər arasında qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdırdı. O, nazir Elmar Məmmədyarovu İraqa səfərə dəvət etdi.

Xalqlarımız arasındakı tarixi dostluq əlaqələrindən danışan nazir Elmar Məmmədyarov bir sıra sahələrdə, o cümlədən turizm və təhsil sahələrində əməkdaşlığın inkişafında nailiyyətlərin əldə olunduğunu xüsusi vurğuladı.

Görüşdə tərəflər arasında ikitərəfli əməkdaşlıq perspektivləri, habelə regional məsələlər müzakirə olundu.
Sosial şəbəkələrdə paylaş: