“Sağlam Qida” Könüllülərinin Qarabağ və Gəncə Forumu keçirildi Tariximizin qəhrəmanlıq səhifəsi 200 illik işğal və 10 günlük möhlət! - Elməddin Behbud yazır “Sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən daha bacarıqlı müəllimlər.”
Azərbaycan QHT-ləri beynəlxalq media qurumlarına müraciət edib İctimai Nəzarət Qrupu üzvü “GənclərinTöhfəsi” İctimai Birliyi vətənpərvərlik mövzusunda maarifləndirmə işini davam etdirir “Qubadlıya dönüb öz kəndimizdə yaşayacam”- Ukrayna parlamentində vəzifəli soydaşımız... İsmayıl Qacar: Terrorist Paşinyana baş nazir kimi ilk ziyafəti Qoqi Meşveliani verib.
SAHADA KAZANMAK YETMEZ İsmail CİNGÖZ ULUSLARARASI ZEMİNDE KARABAĞ SORUNU . İsmail CİNGÖZ “Bu gün torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda onlarla kikboksçu ordu sıralarında döyüşür” Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək



» » Məcburi köçkünlərin aylıq müavinəti artırılır!


Məcburi köçkünlərin aylıq müavinəti artırılır!

26-02-2019, 21:32
Oxunma sayı: 6550
Məcburi köçkünlərin aylıq müavinəti artırılır!
Respublika İnfo Trendə istinadən xəbər verir ki, Prezident İlham Əliyev fevralın 26-da “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb.
Dövlət başçısının müəyyənləşdirdiyi strategiyaya əsasən, ölkəmizdə sosial müdafiəyə ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin problemləri davamlı şəkildə həll edilir, onların sosial müdafiəsi gücləndirilir.
2018-ci il martın 1-dən müavinətin məbləği, sıx müvəqqəti məskunlaşma yerlərində qazlaşdırma vəziyyətindən asılı olaraq, adambaşına 22 və 40 manat məbləğində müəyyən olunub. Bu il aprelin 1-dən isə həmin məbləğlər, müvafiq olaraq, 33 və 60 manat təşkil edəcəkdir.
Hazırda məcburi köçkünlərdən 81.476 nəfəri 22 manat, 415.081 nəfəri 40 manat məbləğində vahid aylıq müavinət alır.
Sosial şəbəkələrdə paylaş: