Xalqın xilaskarı mövzusunda elmi-praktik konfrans keçirilib. Sağlam gələcək sağlam qidadan başlayır Ucar rayonunda “Dini radikalizmə və ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans keçirilib Rusiya Azərbaycanlıları İttifaqı: ”Soydaşlarımızı bu faciəvi gündə Azərbaycan dövlətçiliyi ətrafında daha da sıx birləşməyə çağırırıq”
Etna vulkanı yenidən püskürüb Fəaliyyətə başladılar 24media.az SON DƏQİQƏ Hərbi qulluqçumuz şəhid oldu Rusiyada 28 may Respublika Günü möhtəşəm qeyd edilib
Ufuk Aydın: ”Azərbaycan Xalq Cümhuriyyəti türk tarixinin şanlı səhifəsidir” Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq "Siyasi fahişələr" - KÖŞƏ Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumuna qeydiyyat başladı



» » Ucarda “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tədbir keçirilib


Ucarda “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tədbir keçirilib

22-02-2019, 22:01
Oxunma sayı: 306
Ucarda “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tədbir keçirilib
Fevralın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Ucar rayonu Çiyni kənd “Hacı Ağamirzə” məscidi dini icması və “Gələcək” İntellektual İnkişafa Yardım İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tədbir keçirilib.

Ucar rayonu Çiyni kənd “Hacı Ağamirzə” məscidində keçirilən tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, "Gələcək” İntellektual İnkişafa Yardım İB-nin sədri Kazım Məmmədov, Ucar Rayon İcra Hakimiyyəti (RİH) başçısının Qaradağlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı Yusif Məmmədov, Ucar rayonu Çiyni kənd “Hacı Ağamirzə” məscidi dini icmasının sədri Zaur Eyvazov, Ucar şəhər “Cami” məscidi dini icmasının sədri Ceyhun Əliyev, din xadimləri, şəhid ailələri, Qarabağ döyüşləri iştirakçıları və gənclər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Çıxış edən natiqlər qeyd ediblər ki, bu gün Azərbaycan dövlətinin haqqın və tarixi ədalətin bərpası yönündə apardığı məqsədyönlü siyasət, dünya azərbaycanlılarının və ictimai təşkilatların dəstəyi ilə həyata keçirilən tədbirlər, o cümlədən “Xocalıya ədalət” kampaniyası Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə yayılmasında önəmli rol oynayır.

Daha sonra çıxış edən din xadimləri bu soyqırımının həm xalqımıza, həm də bütün müsəlmanlara qarşı törədilən faciə olduğunu, Azərbaycan həqiqətlərinin təbliğində din xadimlərinin üzərinə mühüm vəzifə düşdüyünü vurğulayıblar.

Ucarda “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tədbir keçirilibUcarda “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tədbir keçirilibUcarda “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tədbir keçirilibUcarda “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tədbir keçirilibUcarda “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tədbir keçirilibUcarda “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tədbir keçirilibUcarda “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tədbir keçirilibUcarda “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tədbir keçirilibUcarda “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tədbir keçirilibUcarda “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tədbir keçirilibUcarda “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tədbir keçirilibUcarda “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tədbir keçirilibUcarda “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tədbir keçirilibUcarda “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tədbir keçirilib
Sosial şəbəkələrdə paylaş: