Layihə çərçivəsində Bərdə, Ağdam və Mingəçevirdə Beynəlxalq Qızlar Gününü qeyd edilib Azərbaycan Vətəndaş Hərəkatının üzvləri Dərbənd şəhərinə səfər ediblər. "Regionlarda gənclər arasında könüllülüyün təşviqi" layihəsi çərçivəsində növbəti təlim keçirildi Qazaxda gənc qızlara "İnsan alverinin qurbanı olmayaq"adlı maarifləndirici tədbir keçirilib
“Qarabağ Azərbaycandır!” beynəlxalq ictimai dəstək kampaniyası başladıldı Məkdəbdaxili idarəetməyə dəstək adlı layihənin icrası davam edir Region qadınlarının bələdiyyə seçkilərində fəal iştirakının təmin edilməsi üçün seminarlar davam edir Regionlarda gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək göstəriləcək
Qazaxda ”Regionlarda gənclər arasında könüllülüyün təşviqi” layihəsi çərçivəsində tədbir keçirilib Layihə icrasına başladı Dünya Türklərinin Həmrəylik Günü qeyd olundu “Cəbhəyanı bölgələrdə yaşayan məcburi köçkün ailələrinin sosial problemlərinin həllinə ictimai dəstəyin artırılması” layihəsi həyata keçirilmişdir



» » Kadırovdan azərbaycanlı-çeçen insidenti ilə bağlı göstəriş


Kadırovdan azərbaycanlı-çeçen insidenti ilə bağlı göstəriş

16-02-2019, 22:29
Oxunma sayı: 194
Kadırovdan azərbaycanlı-çeçen insidenti ilə bağlı göstərişÇeçenistan lideri Ramzan Kadırov Moskvada, “Neolit” restoranında azərbaycanlılarla çeçenlər arasında baş verən insidentlə bağlı göstəriş verib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Real TV-yə açıqlamasında deyib. Səfir bildirib ki, R.Kadırov hazırda ölkədə yoxdur, xaricdə səfərdədir, buna baxmayaraq, hadisə badərə məlumat alan kimi Çeçenistanın Moskvadakı daimi nümayəndəsinə göstəriş verib:

“Həmin daimi nümayəndə ilə biz mütəmadi əlaqədəyik, tez-tez telefonla danışırıq. Çeçenistan nümayəndəliyi də öz tərəflərindən söhbətlər aparır və hamını sakitliyə çağırır”.

P.Bülbüloğlu Azərbaycan mediasına bu məsələdə tutduğu düzgün mövqeyə görə təşəkkür edib.

Səfir bir daha guya məlum insidentdən sonra bir neçə nəfərin qətlə yetirilməsi barədə yayılan məlumatları təkzib edib və yalanlara inanmamağa çağırıb.
Sosial şəbəkələrdə paylaş: