Layihə çərçivəsində Bərdə, Ağdam və Mingəçevirdə Beynəlxalq Qızlar Gününü qeyd edilib Azərbaycan Vətəndaş Hərəkatının üzvləri Dərbənd şəhərinə səfər ediblər. "Regionlarda gənclər arasında könüllülüyün təşviqi" layihəsi çərçivəsində növbəti təlim keçirildi Qazaxda gənc qızlara "İnsan alverinin qurbanı olmayaq"adlı maarifləndirici tədbir keçirilib
“Qarabağ Azərbaycandır!” beynəlxalq ictimai dəstək kampaniyası başladıldı Məkdəbdaxili idarəetməyə dəstək adlı layihənin icrası davam edir Region qadınlarının bələdiyyə seçkilərində fəal iştirakının təmin edilməsi üçün seminarlar davam edir Regionlarda gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək göstəriləcək
Qazaxda ”Regionlarda gənclər arasında könüllülüyün təşviqi” layihəsi çərçivəsində tədbir keçirilib Layihə icrasına başladı Dünya Türklərinin Həmrəylik Günü qeyd olundu “Cəbhəyanı bölgələrdə yaşayan məcburi köçkün ailələrinin sosial problemlərinin həllinə ictimai dəstəyin artırılması” layihəsi həyata keçirilmişdir



» » Səfir: Təxribat xarakterli bəyanatlara inanmamağı təkidlə xahiş edirik


Səfir: Təxribat xarakterli bəyanatlara inanmamağı təkidlə xahiş edirik

16-02-2019, 22:27
Oxunma sayı: 173
Səfir: Təxribat xarakterli bəyanatlara inanmamağı təkidlə xahiş edirik2019-cu il fevralın 16-da Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun, Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndəsi, polis general-mayoru Əkbər Yusifovun bir qədər əvvəl baş vermiş və geniş əks-səda doğurmuş insidentlərlə əlaqədar olaraq Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin rəisi, polis general-leytenantı Oleq Baranovla görüşü olub.

Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən "Report"a bildiriblər ki, görüşdə yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb, münaqişənin eskalasiyasının qarşısının alınması üzrə tədbirlər müzakirə edilib.

Səfir Polad Bülbüloğlu Azərbaycan və çeçen xalqlarını birləşdirən dostluq və mehriban qonşuluq münasibətləri, çoxmillətli Moskva məkanında belə insidentlərin yolverilməzliyi, onların böyüyərək idarə oluna bilməyən həddə çatmasının qarşısının alınması üçün təxirəsalınmaz addımlar tələb olunduğu barədə Rusiya DİN-in Baş İdarə rəisini məlumatlandırıb. General-leytenant Oleq Baranov bildirib ki, hər iki insidentə dair operativ iş aparılır, o cümlədən Moskvada “Neolit” kafesinə hücum faktı üzrə yaxın saatlarda ittihamlar irəli sürüləcək, habelə taksi sürücüsünün qətli ilə əlaqədar intensiv araşdırma aparılır, cinayətkarların şəxsiyyəti müəyyən ediləcək.

Hər iki iş məhkəməyə veriləcək və ictimaiyyət bu barədə məlumatlandırılacaq. Oleq Baranov Polad Bülbüloğlunu əmin edib ki, vəziyyət tam nəzarətə götürülüb və bütün zəruri tədbirlər görüləcək.

Görüşdə bildirilib ki, internetdə 4-6 nəfərin həlak olması barədə informasiya yayılır. Bu informasiya həqiqətə uyğun deyil. Sosial şəbəkələrdə yayılan və yalnız bir məqsəd - düşmənçilik və ədavət mühitinin yaradılması məqsədini güdən belə provokasiyaların təsiri altına düşməmək xahişi təkidlə səslənib.

Dünən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bəyanat verib. O bildirib ki, bu insident Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan və tarixin bütün sınaqlarından layiqincə çıxan dostluq və qardaşlıq münasibətlərinə ziyan vura bilməz.

Səfir Polad Bülbüloğlu bu məsələnin həllinə bilavasitə cəlb olunmuş azərbaycanlılarla dünən və bu gün bir sıra görüşlər keçirib. Bununla əlaqədar olaraq səfirlik jurnalistlərə, habelə bu məsələdə düzgün mövqe tutmuş bütün şəxslərə təşəkkür edir.

Səfirliyin məlumatında deyilir: “Feyk xəbərlərə və təxribat xarakterli bəyanatlara inanmamağı təkidlə xahiş edirik. Səfirlik bu problemlə bilavasitə məşğul olur və ictimaiyyəti hadisələrin sonrakı gedişatı barədə məlumatlandıracaq”.
Sosial şəbəkələrdə paylaş: