Xalqın xilaskarı mövzusunda elmi-praktik konfrans keçirilib. Sağlam gələcək sağlam qidadan başlayır Ucar rayonunda “Dini radikalizmə və ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans keçirilib Rusiya Azərbaycanlıları İttifaqı: ”Soydaşlarımızı bu faciəvi gündə Azərbaycan dövlətçiliyi ətrafında daha da sıx birləşməyə çağırırıq”
Etna vulkanı yenidən püskürüb Fəaliyyətə başladılar 24media.az SON DƏQİQƏ Hərbi qulluqçumuz şəhid oldu Rusiyada 28 may Respublika Günü möhtəşəm qeyd edilib
Ufuk Aydın: ”Azərbaycan Xalq Cümhuriyyəti türk tarixinin şanlı səhifəsidir” Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq "Siyasi fahişələr" - KÖŞƏ Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumuna qeydiyyat başladı



» » Azərbaycanın “biznesmen” nazirləri – Onların “rəhbəri olduğu” şirkətlər…


Azərbaycanın “biznesmen” nazirləri – Onların “rəhbəri olduğu” şirkətlər…

15-02-2019, 15:53
Oxunma sayı: 251
Azərbaycanın “biznesmen” nazirləri – Onların “rəhbəri olduğu” şirkətlər…
Hazırda Nazirlər Kabinetinin tərkibində 32 qurum yer alır ki, onlardan 17-si nazirlik, 8-i dövlət komitəsi, 7-i dövlət xidmətləridir və dövlət agentlikləridir. Nazirlər Kabinetinin tərkibində fəaliyyət göstərən nazirlik və qurumların rəhbərləri arasında vaxtilə müxtəlif sahələrdə çalışmış, eyni zamanda öz şəxsi biznesi olan məmurlar az deyil.

AZXEBER.COM yüksək vəzifə təyinatına qədər sahibkarlıq fəaliyyəti göstərmiş və müxtəlif şirkətlərə rəhbərlik edən nazirlərlə bağlı araşdırma aparıb.

Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində biznes fəaliyyəti ilə məşğul olub. Mətbuata açıqlaması zamanı bunu inkar etməyən nazir bildirib ki, həmin şirkət "M-Gilan” adlanıb və əsasən Mərkəzi Asiya ölkələrində fəaliyyət göstərib.

Təhsil naziri Ceyhun Bayramov "Omni” hüquq şirkətinin rəhbəri olub. Nə az-nə çox, düz 11 il bu şirkətə rəhbərlik edən C.Bayramovun şirkəti bank və maliyyə qurumlarına hüquq xidmətləri göstərib.

Gənclər və İdman naziri Azad Rəhimov "İtaldizayn” şirkətinin baş direktoru olub. Bu şirkət Avropa istehsalı olan mebellərin idxalı və satışı ilə məşğul olub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev müxtəlif özəl şirkətlərdə yüksək vəzifələr tutub. Marketinq araşdırmaları aparan şirkətə rəhbərlik edib.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli özəl səhiyyə sektorunda tanınmış sima olub. Paytaxtdakı "Nəbz” Tibb mərkəzinin və "Medeks” MMC-nin baş direktor işləyib.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev "Paşa İnşaat” və "Bakı Dəmir-Beton-8” şirkətlərinin baş direktoru işləyib. Biznes sahəsində böyük təcrübəyə malik agentlik rəhbərinin son iş yeri Milli Turizm Təbliğat Bürosu direktoru vəzifəsi olub.

Qeyd edək ki, adıçəkilən fəaliyyətləri haqda nazirlərin rəsmi "vikipedia" səhifələrində və mətbuatda məlumat yer alıb.
Sosial şəbəkələrdə paylaş: