Layihə çərçivəsində Bərdə, Ağdam və Mingəçevirdə Beynəlxalq Qızlar Gününü qeyd edilib Azərbaycan Vətəndaş Hərəkatının üzvləri Dərbənd şəhərinə səfər ediblər. "Regionlarda gənclər arasında könüllülüyün təşviqi" layihəsi çərçivəsində növbəti təlim keçirildi Qazaxda gənc qızlara "İnsan alverinin qurbanı olmayaq"adlı maarifləndirici tədbir keçirilib
“Qarabağ Azərbaycandır!” beynəlxalq ictimai dəstək kampaniyası başladıldı Məkdəbdaxili idarəetməyə dəstək adlı layihənin icrası davam edir Region qadınlarının bələdiyyə seçkilərində fəal iştirakının təmin edilməsi üçün seminarlar davam edir Regionlarda gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək göstəriləcək
Qazaxda ”Regionlarda gənclər arasında könüllülüyün təşviqi” layihəsi çərçivəsində tədbir keçirilib Layihə icrasına başladı Dünya Türklərinin Həmrəylik Günü qeyd olundu “Cəbhəyanı bölgələrdə yaşayan məcburi köçkün ailələrinin sosial problemlərinin həllinə ictimai dəstəyin artırılması” layihəsi həyata keçirilmişdir



» » Sumqayıtda başçıya qarşı hərəkətlənmə var - İDDİA


Sumqayıtda başçıya qarşı hərəkətlənmə var - İDDİA

15-02-2019, 15:51
Oxunma sayı: 317
Sumqayıtda başçıya qarşı hərəkətlənmə var - İDDİA
Sumqayıtda icra başçısı Zakir Fərəcova üzdə dost görünüb, arxada əleyhinə işlər çevirən vəzifəli şəxslər var”. Bu sözləri rubrika.az-a Sumqayıtdakı mənbəmiz söyləyib. Onun sözlərinə görə, şəhərdəki tikintilərə nəzarət edən xüsusi qrup artıq heç kimlə hesablaşmaq niyyətində deyil, fəaliyyətlərinə maneə kimi gördükləri hər kəsi isə zərərsizləşdirməyə çalışırlar.
Mənbəmiz bildirir ki, hazırda şəhərdə müxtəlif təyinatlı tikinti işlərinin aparılması ən çətin işlərdən sayılır. Çünki Sumqayıtın memarlıq və şəhərsalma siyasətini həyata keçirən qrup “mexanizm”-ni elə qurub ki, pul vermədən daşı daş üstə qoymaq mümkün deyil. Bu sistemdə "kilid adam" kimi rəsmən Sumqayıt Şəhər İcra Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi vəzifəsində çalışsa da, şəhərdə bütün tikinti işlərinə nəzarət edən Adil Xudadatovun adı keçir. Yəni, tikinti həyata keçirmək istəyən şəxs ya Adil Xudadatovu, ya da onun Mürvət adlı "köməkçisi"ni görməlidir. İşlərin isə əsasən həmin Mürvət adlı şəxsin əli ilə həyata keçirildiyi vurğulanır. Belə ki, tikintiyə icazə almaq məqsədi ilə müraciət edən vətəndaşlarla bir qayda olaraq Mürvət görüşür, qiyməti də o müəyyənləşdirir. Ev tikmək istəyənler təyin olunmuş “tass”ın hesabını verməsə, tikintini həyata keçirə bilməz, əgər bunu etsə, Mürvətin fitvası, A.Xudadatovun əmri ilə həmin tikinti sökülür. Təbii ki, bütün bunlar sakinləri kifayət qədər kasıb olan şəhərdə ciddi narzılıqlara səbəb olur.
Rubrika.az-a daxil olan məlumatda həmçinin vurğulanır ki, Mürvət adlı bu şəxs Sumqayıt şəhərində qeyri-qanuni tikinti aparmaq istəyən jurnalist “dostlarına” dabro verir. Bunun müqabilində həmən jurnalist Mürvət müəllimin sifarişli yazısını dərc etməlidir. Belə ki, qeyri-qanuni tikinti aparmaq istəyən şəxslərdən alınan “dövlət rüsumu” Zakir Fərəcovun adı ilə bağlanır və icra başçısı məqsədli şəkildə hədəfə gətirilir. Guya, alınan pulların bir qismi icra başçısına ötürülür.
Sosial şəbəkələrdə paylaş: