Xalqın xilaskarı mövzusunda elmi-praktik konfrans keçirilib. Sağlam gələcək sağlam qidadan başlayır Ucar rayonunda “Dini radikalizmə və ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans keçirilib Rusiya Azərbaycanlıları İttifaqı: ”Soydaşlarımızı bu faciəvi gündə Azərbaycan dövlətçiliyi ətrafında daha da sıx birləşməyə çağırırıq”
Etna vulkanı yenidən püskürüb Fəaliyyətə başladılar 24media.az SON DƏQİQƏ Hərbi qulluqçumuz şəhid oldu Rusiyada 28 may Respublika Günü möhtəşəm qeyd edilib
Ufuk Aydın: ”Azərbaycan Xalq Cümhuriyyəti türk tarixinin şanlı səhifəsidir” Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq "Siyasi fahişələr" - KÖŞƏ Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumuna qeydiyyat başladı



» » Xəzər rayonunda özbaşınalıq hökm sürür - Təzə başçının nəzərinə...


Xəzər rayonunda özbaşınalıq hökm sürür - Təzə başçının nəzərinə...

15-02-2019, 15:49
Oxunma sayı: 109
Xəzər rayonunda özbaşınalıq hökm sürür - Təzə başçının nəzərinə...
Bakı şəhəhər Xəzər raynunun Binə qəsəbəsinin adlarının açıqlanmasını istəməyən sakinləri #7GUN.az-a məlumat verərək "Donuzçuluq sovxozu" deyilən ərazidə 5 hektar əkin üçün yararlı torpaq sahəsində qəsəbənin bəzi sakinləri tərəfindən qanunsuz tikinti işlərinin aparıldığını bildiirmişlər.
Müraciətlə bağlı araşdırma aparıb, faktların doğru olduğunu aşkarladıq.

Xəzər rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Ərəstun Əlisoy 7GUN.az-a şifahi açıqlamasında əkin üçün yararlı torpaq sahəsində aparılan tikintilərə görə hansı təşkilat tərəfindən göstəriş və ya sərəncam verildiyi barədə məlumatsız olduqlarını bildirmişdir.

Binə qəsəbəsinin Bələdiyyə sədri Habil Həmidov da 7GUN.az-a şifahi açıqlamasında "Donuzçuluq sovxozu" deyilən ərazinin bələdiyyə mülkiyyətində olmadığını, buna görə də ərazidə aparılan tikinti işləri ilə maraqlanmadığını demişdir.

Onların açıqlamasından Binə qəsəbəsində ərazi nümayəndəliyinin və bələdiyyənin əhalini narahat edən problemlərə seyirçi münasibət göstərmələri qənaətinə gəlmək olar. Qəsəbənin idarəçiliyinin nəsuliyyətini daşıyan bu iki qurum kənar müşahidəçi rolunda çıxış edirlər. Necə olur ki, onların nəzarətindən kənar və ya razılığları olmadan əkin üçün yararlı torpaq sahəsində qanunsuz tikinti işləri aparılır.

Öyrəndik ki, "Donuzçuluq sovxozu" ərazisindəki əkin üçün yararlı torpaq sahələri 2000-2015-ci illər arasında Binə qəsəbəsinin sakinlərinə təssərrüfatla məşğul olmaqdan ötrü icarəyə verilib. Həmin ərazidə tikinti işlərinin aparılması üçün aidiyyatı dövlət orqanlarının rəsmi qərar və sərəncamları yoxdur.

Qəsəbə sakinlərinin 7GUN.az-a verdikləri məlumatlara görə tikinti ərazidə qanunsuz tikinti işləri aparan sakinlər Xəzər rayon İcra Hakimiyyəti Başçısının aparatından şifahi razılıq almışlar.

Qarşı tərəfin fikirlərini dinləyib yayınlamağa hazırıq!
Sosial şəbəkələrdə paylaş: