Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək 17 yaşlı fenomen GƏNCLİYİN UĞUR SİMVOLU Marsda “pinqvin” tapıldı - FOTO Kəramət Böyükçölü Bakıda kafedə döydülər
İslam Abbasov erməni dünya çempionunu məğlub etdi Məhsəti məlahətli səsi ilə diqqət mərkəzində “Kitab xülasələri” layihəsi başa çatıb Ucarda dəhşətli yanğın:
Rusiya “kor edən” yeni silahını sınaqdan keçirdi ATƏT-dən İlham Əliyev-Paşinyan görüşü barədə - BƏYANAT Prezidentə verilən məktublarda nə yazılıb? Azərbaycanla-İran sərhəddində nə baş verir?



» » ABŞ-KXDR sammitinin keçirilməsində Seul Vaşinqtona yardım edəcək


ABŞ-KXDR sammitinin keçirilməsində Seul Vaşinqtona yardım edəcək

15-02-2019, 15:41
Oxunma sayı: 63
ABŞ-KXDR sammitinin keçirilməsində Seul Vaşinqtona yardım edəcəkKoreya Respublikasının xarici işlər naziri Kan Kyun-hva və ABŞ-ın dövlət katibi Mayk Pompeo ikinci Amerika-KXDR sammitinin uğurla keçirilməsinə nail olmaq üçün səylərin koordinasiyası barədə razılığa gəliblər.

TASS xəbər verir ki, razılaşma iki ölkənin xarici siyasət idarələri rəhbərlərinin Yaxın Şərq üzrə nazirlərin görüşü çərçivəsində fevralın 14-də Varşavada baş tutan danışıqlarında əldə olunub.

Danışıqların gedişində Mayk Pompeo ABŞ və KXDR liderlərinin ikinci görüşünün uğurlu alınması üçün Amerika tərəfinin maksimum səy göstərəcəyini bildirib. Kan Kyun-hva isə öz növbəsində bu məqsədlə istənilən yardımı əsirgəməməyi vəd edib. Tərəflər, həmçinin KXDR-in nüvəsizləşdirmə istiqamətində atdığı konkret addımlar və ABŞ-ın cavab tədbirləri barədə məsələlərə də toxunublar.

ABŞ və KXDR arasında ilk sammit iyulun 12-də Sinqapurda baş tutmuşdu. Donald Tramp və Kim Çen In sammitin nəticələrinə əsasən, birgə bəyanat imzalamışdılar. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, Birləşmiş Ştatlar isə buna cavab olaraq KXDR-ə təhlükəsizlik zəmanəti vəd etmişdi.

Xatırladaq ki, ikinci Amerika-KXDR sammiti fevralın 27-28-də Vyetnamın paytaxtı Hanoy şəhərində keçiriləcək.
Sosial şəbəkələrdə paylaş: