Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək 17 yaşlı fenomen GƏNCLİYİN UĞUR SİMVOLU Marsda “pinqvin” tapıldı - FOTO Kəramət Böyükçölü Bakıda kafedə döydülər
İslam Abbasov erməni dünya çempionunu məğlub etdi Məhsəti məlahətli səsi ilə diqqət mərkəzində “Kitab xülasələri” layihəsi başa çatıb Ucarda dəhşətli yanğın:
Rusiya “kor edən” yeni silahını sınaqdan keçirdi ATƏT-dən İlham Əliyev-Paşinyan görüşü barədə - BƏYANAT Prezidentə verilən məktublarda nə yazılıb? Azərbaycanla-İran sərhəddində nə baş verir?



» » İspaniya növbədənkənar seçkiyə gedir


İspaniya növbədənkənar seçkiyə gedir

15-02-2019, 15:37
Oxunma sayı: 50
İspaniya növbədənkənar seçkiyə gedir


İspaniya növbədənkənar parlament seçkisinə gedir. Novator.az-ın məlumatına görə, baş nazir Pedro Sançes fevralın 15-də seçkinin aprelin 28-də keçiriləcəyini bəyan edib. Hökumətin növbədənkənar seçki qərarı 2019-cu ilin dövlət büdcəsinin parlamentin aşağı palatasında qəbul edilməməsindən irəli gəlir.

Aşağı palata Sosialist Partiyasının sədri Pedro Sançesi ötən il iyunun 1-də baş nazir seçib. Pedro Sançes bu postda Xalq Partiyasının sədri Mariano Rahoyu əvəzləyib. Mariano Rahoy hakim partiyanın adının korrupsiya qalmaqalında hallanmasına görə istefaya göndərilib.

Sosialistlər 350 nəfərlik parlamentdə 84 nəfərlə təmsil olunduqları üçün qərarların qəbulunda çətinlik çəkirlər.

İspaniyada parlament seçkisi 2020-ci ildə keçirilməli idi.
Sosial şəbəkələrdə paylaş: