Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək 17 yaşlı fenomen GƏNCLİYİN UĞUR SİMVOLU Marsda “pinqvin” tapıldı - FOTO Kəramət Böyükçölü Bakıda kafedə döydülər
İslam Abbasov erməni dünya çempionunu məğlub etdi Məhsəti məlahətli səsi ilə diqqət mərkəzində “Kitab xülasələri” layihəsi başa çatıb Ucarda dəhşətli yanğın:
Rusiya “kor edən” yeni silahını sınaqdan keçirdi ATƏT-dən İlham Əliyev-Paşinyan görüşü barədə - BƏYANAT Prezidentə verilən məktublarda nə yazılıb? Azərbaycanla-İran sərhəddində nə baş verir?



» » Bu gün Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür


Bu gün Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür

15-02-2019, 15:22
Oxunma sayı: 133
Bu gün Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür
Hər il fevral ayının 15-i dünyada Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü kimi qeyd edilir.

Bu gün bütün dünyada onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara və onların ailələrinə kömək edilir və əhali maarifləndirilir.

Bu gün həm də xərçəngdən əziyyət çəkən uşaqlara dünya ictimaiyyətinin diqqətini yönəltmək və onların problemlərinə şərik olmaq üçün şüarlar səslənilir. Bundan başqa bütün dünya xərçəng xəstəliyindən vəfat etmiş uşaqların xatirəsi anılır, xərçəngə qalib gəlmiş uşaqların fədakarlığı qeyd edilir.
Uşaqlar arasında xərçəng xəstəlikləri az olsa da, bütün xərçəng xəstəliklərinin 0.5%-1.5%-ni təşkil edir. Dünyada il ərzində hər 1 milyon uşaqdan 150-200 nəfərində xərçəng xəstəliyi qeydə alınır.

Uşaqlar arasında ən çox rast gəlinən xərçəng xəstəliyi leykemiyadır. Bu qeydə alınan bütün xərçəng xəstəliklərinin 30%-ni təşkil edir. Digər rast gəlinən yayılmış növü isə mərkəzi sinir sisteminin şişləri və limfomalardır.

Statistikaya görə 2013-cü ildən 2017- ci ilə qədər Azərbaycanda 620 uşaq onkoloji xəstəliyə görə qeydiyyata götürülüb. (ölkə.az)
Sosial şəbəkələrdə paylaş: