Murmanskda "Rusiya bayrağı günü" tədbiri keçirilib - Fotolar Zərdabda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda təlim keçirilib. “Vikipediya”da Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb Vilayət Eyvazov Mübariz Şahbazovu işdən çıxardı
İran xəbərdarlıq etdi: Savaş olacaq... ABŞ səfirliyi Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - VİDEO Türkiyəyə S-400 komplekslərinin ikinci partiyası avqust-sentyabrda gətiriləcək Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
Qurban bayramında avtoqəzaya düşənlərin faciəvi statistikası Zərif Trampla görüşdən imtina edib? - Şok ssenari NATO Rusiyadakı oyunlara niyə qatılmadı? - Şoyqu Felgenhauer: ABŞ Moskvanı 2-3 dəqiqəyə vura biləcək



» » “Mənə fəxri ad vermək üçün rüşvət istəyirlər…” Maestro Niyazinin fotoqrafı…


“Mənə fəxri ad vermək üçün rüşvət istəyirlər…” Maestro Niyazinin fotoqrafı…

15-02-2019, 15:19
Oxunma sayı: 186
“Mənə fəxri ad vermək üçün rüşvət istəyirlər…” Maestro Niyazinin fotoqrafı…
Bu gün Maestro Niyazinin fotoqrafı kimi tanınan, qocaman fotoqraf Tahir Cəfərovun doğum günüdür. T.Cəfərov 1948-ci il fevralın 15-də Bakıda anadan olub. O, Qanlı Yanvar faciəsi və bir çox tarixi hadisələrlə bağlı çəkdiyi fotolara görə məşhurdur. Onun yetişdirdiyi tələbələr dünyanın bir çox ölkələrində çalışır.

T.Cəfərov Moderator.az-a açıqlamasında doğum günüylə bağlı gileyli danışıb:

“Təbrikiniz üçün çox sağ olun. Bu gün 71 yaşım tamam olur. Doğum günümü elə özüm üçün ailəmlə birlikdə keçirirəm. Bu qədər xidmətlərim olub, amma dəyərləndirən yoxdur. Mənə ad vermək üçün rüşvət istəyirlər. Lakin bunlara fikir vermirəm. Əsas odur ki, hər şey qaydasındadır. Mənim sənətimə bələd olanların sayı çoxdur. Bu günə kimi yüzlərlə tələbələr yetişdirmişəm”.


Xatırladaq ki, T.Cəfərovun tanınmış fotoqraf olmasına səbəb ona gənc bir dostunun fotokamera hədiyyə etməsi ilə başlayıb. Bununla da fotoqrafçılığa başlayan T.Cəfərov “Azərbaycan pioneri”, “Bakinskiy Raboçiy”, “Bakı”, “Mənim Bakım” qəzetlərində çalışıb. O, bir müddət sonra Maestro Niyazinin xüsusi fotoqrafı kimi fəaliyyətini davam etdirib. T.Cəfərov Qara Yanvar hadisəsi zamanı yanvarın 19-dan 23-nə qədər fasiləsiz olaraq 300-dən çox foto çəkib.

Vasif Əlihüseyn
Sosial şəbəkələrdə paylaş: