Ucar Pambıq emalı zavodun da nələr baş verir? Arzu Rəhimovun bundan xəbəri varmı? - FOTO Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının yaradılmasının 26 illiyi iə bağlı tədbir keçirilib. “Gənclər siyasəti haqqında” qanuna dəyişikliklər 2-ci oxunuşda qəbul edildi
Heç bir qüvvə Azərbaycan xalqının milli iradəsini sarsıda, bu iradənin ifadəçisi olan Lideri yolundan döndərə bilməz. Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefi hazırlandı İlham Əliyev Moskvadakı təxribatı nəzarətə götürdü Kadırovdan azərbaycanlı-çeçen insidenti ilə bağlı göstəriş
Səfir: Təxribat xarakterli bəyanatlara inanmamağı təkidlə xahiş edirik Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi Siyavuş Novruzovdan YAP-çı deputatlara ilginc xəbərdarlıq Qərbi Kaspi Universitetində tələbə mühiti



» » Borçalıda öz millətinə divan tutmuş azərbaycanlı mer: Teymur Abazov


Borçalıda öz millətinə divan tutmuş azərbaycanlı mer: Teymur Abazov

3-02-2019, 15:56
Oxunma sayı: 1333
Borçalıda öz millətinə divan tutmuş azərbaycanlı mer: Teymur Abazov
Borçalıda öz millətinə divan tutmuş azərbaycanlı mer: Teymur Abazov
Marneulinin azərbaycanlı meri Teymur Abazov haqqında dosye

Gürcüstan Daxili İşlər Nazirliyinin eks-əməkdaşı, hazırda haqqında girovla azad edilərək, heç yerə getməmək qətimkan tədbiri seçilmiş, məhkəmə istintaqı altında olan Teymur Abaz oğlu Abazov 2 dekabr 1982-ci ildə Gürcüstan SSR Msxeta rayonun Perma kəndində Gürcüstan SSR Daxili İşlər Nazirliyinin milis əməkdaşı Abaz Abzovun ailəsində dünyaya göz açıb. Atası Abaz Abazov 1977-1991-ci illərdə Gürcüstan SSR Daxili İşlər Nazirliyində, 1991-2012-ci illərdə isə Gücüstan DİN-də polis zabiti olaraq çalışıb. 2012-ci ildə polis polkovniki rütbəsində təqaüdə göndərilib.
Temur Abazov 2003-cü ildə Gürcüstan DİN Polis Akademiyasını bitirib. Təhsil alarkən atasının əlaqələri hesabına imtahanları verib, bəzən isə rüşvət verməklə imtahanlarını yazdırıb. Bu faktı onun bəzi tələbə yoldaşları təsdiq edirlər. Daha sonra isə Gürcüstan DİN Beynəlxalq Əməkdaşlıq Departamentinin göndərişi əsasında Türkiyə Elmi Təhlükəsizlik Akademiyasında profil kurs keçib. Ankarda təhsil aldığı bəzi tələbə yoldaşları sonradan Türkiyə Milli İstihbarat Təşkilatında (MİT) vəzifəyə təyin ediliblər. Türkiyədə təhsil alarkən Teymur Abazovun Türkiyə MİT əməkdaşları ilə müəyyən təmaslarının olması istisna edilmir. Çünki Teymur Abazovun 2006-2007-ci illərdə Türkiyə “Anadolu” Dövlət İnformasiya Agentliyinin Gürcüstandakı nümayəndəsi vəzifəsini tutması çox maraqlı məqamdır.

Polis oğlunun polis karyerası və bəzi maraqlı məqamlar.

Teymur Abazov Gürcüstan Polis Akademiyasını bitirdikdən sonra, atası Abaz Abazovun əlaqələri hesabına Gürcüstan DİN Mərkəzi aparatında dövlət qulluğuna alınır, və polis leytenantı rütbəsində xidmətə başlayır. 2004-cü ildə Gürcüstan Daxili İşlər Nazirliyində Xüsusi İşlər üzrə İstintaq Departamentində, xüsusi işlər üzrə polis müfəttişi vəzifəsinə keçirilir.
2005-ci ildə Gürcüstan DİN Cinayət İstintaqı Baş İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Xidmətinin 3-cü Şöbəsinin polis xüsusi müfəttişi vəzifəsinə təyin edilir.
Gürcüstan DİN Mərkəzi Apartında çalışmasına baxmayaraq, Teymur Abazov, Gürcüstan “Polis haqqında” orqanik qanunun və DİN Əsasnaməsinin tələblərini pozaraq rəsmi biznes fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, Teymur Abazov"JTI" MMC-nin, Azərbaycanda təmsilçisi olmuşdur.
2006-2007-ci illərdə
Teymur Abazov 2006-ci ildə Gürcüstan DİN-də M.Saakaşvili hökümətinin apardığı təmizləmədən qurtula bilmir və onu Daxili İşlər Nazirliyindən bayıra atırlar. Bundan sonra o, 2006-cı ildə Gürcüstan Parlamentinin kadr məsələləri Departamentində çalışır.

Türkiyədəki “dostları” onu unutmur və 2006-2007-ci illərdə "Anadolu" Dövlət İnformasiya Agentliyinin Gürcüstandakı nümayəndəsi təyin etdirilər.
M.Saakaşvili dövründə Gürcüstan DİN sistemindən tam uzaqlaşdırılan T.Abazov biznes şəbəkəsi qurmağa başlayır. Bəzi məlumatlar təsdiq edir ki, T.Abazov, əvvəlçə Marneuli rayonu Qaçağan Polis Şöbəsinin və daha sonra Sadaxlı Polis Şöbəsinin rəisi işləyən atası Abaz Abazovun mənimsıdiyi külli miqdarda qeyri-leqal pulları öz bizneslərinə yönəldərək böyük biznes şəbəkəsi qurmuşdur. Şəxsi biznes şəbəkəsi yardan T. Abazov 2007-2011-ci illərdə "Elita Bürc" MMC-də Marketinq Xidmətinin Meneceri, 2011-2015-ci illərdə isə Marketinq Xidmətinin Rəhbəri olaraq çalışmışdır. Daha sonra isə 2012-ci ildə "Qlobal Kontrakt Konsaltinq" MMC-də Layihə Rəhbərinin Müşaviri vəzifəsni tutmuşdur.

Teymur Abazovun siyasi karyerasının başlanğıcı

2012-ci ildə Gürcüstanda hakimiyyət dəyişikliyi T.Abazovun ailəvi münasibətləri olan Bidzina İvanişvilinin Baş nazir postuna gəlməsi ilə nəticələndi. Bu məqamdan istifadə edən atası Abaz Abazov oğlunun siyasi karyerasının inkişaf etməsi üçün dəridən-qabıqdan çıxır. Nəticədə Teymur Abazovu 2013-cü ildə "Gürcü Arzusu" Koalisiyasının Marneuli Seçki Qərargahının rəhbəri təyin edirlər. Halbu ki, belə bir vəzifəni məhz Marneulidən olan yerli adam tutmalıydı.

Saakaşvili dövründə qovulan T.Abazovu İvanişvili DİN-ə qaytardı

2015-ci ildə T.Abazov “Gürcü Arzusu” Siyasi partiyasının lideri Bidzina İvanişvilinin dəstəyi ilə yenidən Daxili İşlər Nazirliyinə xidmətə bərpa edilir və DİN Mərkəzi Kriminal Polisi Departamentində Xüsusi Əməliyyatlar İdarəsin Təminat Şöbəsində polis baş mütəxəssisi vəzifəsində çalışırr. Bir az sonra isə Gürücstan DİN-nin Azərbaycan Respublikasında Daxili İşlər Ataşşesi təyin olunur və 2017-ci ilə qədər bu yarım diplomatik vəzifəni icra edir.

Teymur Abazovun Bakıdakı korrupsiya əlaqələri

2015-ci ildə Gürücstan DİN-nin Azərbaycan Respublikasında Daxili İşlər Ataşşesi təyin edilən Teymur Abazov, Gürcüstanda müxtəlif korrupsiya və Azərbaycandan gətirilən qeyri-leqal puların yuma mexanizmlərinə bağlı olan, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Prezidenti Rövnəq Abdullayev və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovla yaxın əlaqalər yaradır. Hətta bəzi gizli məslələrin həllində onlara yardımçı olr. Teymur Abzovun Bidzina İvanişvili ailəsi yaxın münasibətlərdə olması həm Rövnəq Abdullayevin həm də Ramiz Həsənovun işinə yarayır. 2017-ci ildə Gürcüstanda Bələdiyyə seçkiləri öncəsi Rövnəq Abdullayev və Ramiz Həsənov Marneuli rayonunda mövqelərini möhkəmlətmək üçün Teymur Abazovla ayrı ayrılıqda görüşərək onun Marneuli Meri vəzifəsinə seçilməsi üçün ciddi dəstəkləyəcəklərinə ümidləndirirlər. Nəticədə T. Abazov Azərbaycandakı Daxili İşlər Attaşesi vəzifəsindən istefa verərək, Bələdiyyə seçkilrində iqtidarda olan “Gürcü Arzusu” Partiyasından Marneuli meri vəzifəsinə namizədliyini qeydiyyata aldırır.

Marneulinin öz millətinə divan tutan azərbaycanlı meri Teymur Abazov

2017-ci il oktyabrın 21-də Gürcüstanda keçirilmiş yerli özünüidarəetmə orqanlarına seçkilərdə, iqtidar “Gürcü Arzusu” Partiyasının namizədi olaraq T.Abazov səslərin 69,71 faizni əldə edərək Marneuli meri seçildi. Seçki prosesinin şəffaf olmadığı, saxtalaşdırma faktlarının olduğu, adminstrativ resusrlardan total istifadə, müaxlifətin seçkini tanınmaması məlum məsələdir. Bəzi xoşagəlməz faktlar mövcuddur.
Teymur Abazov Marneuli meri kreslosuna oturan kimi, öz millətinə, yerli azərbaycanlılara divan tutmağa başladı. Sanki azərbaycanlılara nifrət edən, cəhənnəmdən bir düşmən gəlmişdi. Mer T.Abazovun mer kimi ilk işi Marneuli Meriyasə və Bələdiyyəsinin mərkəzi aparatını və rayonun əsas aparıcı dövlət-idarəetmə vəzifələrindən milliyətcə azərbaycanlıların təmizləməsi oldu. Borçalı tarixində ilk dəfə idi ki, bütün rayon üzrəazərbaycanlılara qarşı total etnik təmizləmə aparılrıdı. 1990-1992-ci illərdə Zviad Qamsaxurdiya hakimiyyəti zamanında millətçi-şovinizmin rəsmi dövlət siyasətinə çevrildiyi bir dövrdə, rayondakı rəhbər vəzifələrdə azərbaycanlılara qarşı etnik təmişləmə heç aparılmamışdı. 1931-1938-ci illərdə Lavrenti Beriya Gürcüstan KP MK 1-ci katibi olarkən Borçalı uyezdində azərbaycanlı kadrlarla bağlı etnik təmizləmə siyasəti həyata keçirilməmişdi. Düzdür bir çöx azərbaycanlı partiya və dövlət işçiləri həbs edilir, hətta güllələnirdilər. Ancaq onların yerinə milliyətcə gürcü yox, məhz azərbaycanlı kadrlar təyin edilirdilər. Fakt göz qabağındadır və bu faktı heç kim inkar edə bilməz. T.Abazov Marneuli meri vəzifəsinin icrasına başladıqdan dərhal sonra rayonun bütü rəhbər vəzifələrindən azərbaycanlıları kənarlaşdırdı. Yəni belə bir siyasət nə L. Beriya, nə də Z.Qamsaxurdiya dövründə həyata keçirlməmişdi.

Teymur Abazovun Marneulidə azərbaycanlı kadrlara qarşı apardığı etnik təmizləmə siyasəti

Marneuli əhalisi, əasən də azərbaycanlılar T.Abazov mer seçiləndə ümidlənmişdilər ki, azərbayacnlı mer, öz millətindən olan vəzifəli şəxs onlara sahib çıxacaq. Ancaq heç kəsin gözləmədiyi hadisələr baş verdi.
T.Abazovun Marneulidə azərbaycanlı kadrlara qarşı apardığı etnik təmizləmə siyasəti nəticəsində, onu seçki kompaniyasına güclü dəstək vermiş azərbaycanlı şəxslər heç bir səbəb olmadan, heç bir xidməti pozuntuları aşkar edilmədiyi halda kütləvi halda, tutduqları vəzifələrindən kənarlaşdırıldılar. Nəticədə Marneuli Merinin müavini Akif Əliyev, Alqet (Qanlı Gorarxı) mer nümayəndəsi Mahir Balakişiev, Şulaveri mer nümayəndəsi Arif Məmmədov, Qacağan mer nümayəndəsi Dilan Bayramov, Meriyanın mülkiyyət idarəsinin rəisi Tariyel Musayev heç bir səbəb olmadan vəzifələrindən kənarlaşdırıldılar.
T.Abazov vəzifəsinin icrasına başladıqdan dərhal sonra Meriyanın etnik təmizləmə apararaq 8 idarə rəisinin 7-ni gürcü, 1-ni isə azərbaycanlı təyin etdi. 2018-ci ildə həbs olunmasaydı mütləq halda bir nəfəri də milliyətcə gürcü şəxslə əvəz edəcəkdi
Marneuli Bələdiyyəsində 25 şöbədən rəislərin yalniz 1 azərbaycanlıd qaldı, digərlərinə milliyətcə gürcü şəxslər tyin edildilər. Məsələn ermənilər yaşan Axalkaliki və Ninotsminda rayonlarında meriya və bələdiyyədə kadrların 95 faizi milliyıtcə ermənidir. Həmin erməni kadrları isə milliyətcə mer erməni təyin edib.
Marneuli Meriyasinda və Bələdiyyəsində 300-dən ştat vahidi var və 300 işci dövlət qulluğundadır. Əhalisinin etnik tərkibi 83.77 faiz azərbaycanlı, 8.58 faiz gürcü və 6.99 faiz erməni olan Marneuli rayonun Meriyası və Bələdiyyə Məclisində (Sakrebulo) 300-dən ştat vahidi var və 300 işci dövlət qulluğundadır. Teymur Abzovun həyata keçirdiyi anti-azərbaycanlı etnik təmizləmə nəticəsində 300 işçidən yalnız 12 nəfəri azərbaycanlı qaldı, qalan vəzifələrə gürcü və erməniləri təyin etdi. Bütün bunlar danılmaz faktdır və dövlət sənədlərində, aktlarda qeydə alınıb.
Məhz mer T.Abazovun etnik təmizləməsi, öz millətinə nifrət etməsi nəticəsində Marneuli Bələdiyyə Məclisində (Sakrebuloda) miliyətcə azərbaycanlı vəzifəli şəxs yoxdur, Məclisdə nə azərbaycanlı sədr, nə müavin, nə komisiya sədri, nədəki fraksiya sədri yoxud.
T.Abazov mer vəzifəsini icra etdiyi dövrdə xalqın, əsasən də azərbaycanlıların hec bir problemini həll etməib. Kabinetinə gələn azərbaycanlıları dəfələrlə təhqir edib, meriyada kabinetindən qovub. Kücədə alverlə məşqul olan azərbaycanlıları cərimələtdirib. Həmin siyahıda milliyətcə azərbaycanlı qəssablar da var. Hökümətin büdcədən azərbaycanlılar yaşayan kəndlərə infrastruktur ücün ayrılmış pullarını qaytarıb gürcülər yaşayan zonalara xərcləyib.
T.Abazov məhz milliyətcə gürcü kadrlar üçün meriyada vəzifə ştatlarını süni artıraraq bir çox gürcü ailələrindən 2 nəfəri bəzisində isə bir ailədən 3 nəfəri yüksək maaşlı işlə təmin edib. Bu Marneuli tarixində heç zaman həyata keçirilməmiş bir etnik təmişləmə siyasət idi.

Vəşi metodla heyif alan merin həbsxanaya gedən yolu

2018-ci ilin iyun ayında Tiflisdə Hökümətə qarşı müxalif Vahid Milli Hərəkat partiyasının etiraz aksiyasında, Milli Hərakatın üzvü, Marneuli rayonu Qızılhacılı kınd sakini Elçin Allahverdiyev "Facebook" üzərindən canlı yayım edərək T.Abazov və "Gürcü Arzusu" Partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz ifadələr işlədmişdir. Bundan əsəbləşən T.Abazov huquqi metodları inkar edərək, küçə qanunları ilə heyif almağa üstünlük verdi. Halbuki ona sillə vuran, başına stəkan çırpan milliyətcə gürcü şəxslərə qarşı cıqqırını belə çıxara bilmirdi. T.Abazovu vəzifəli gürcülərin bir neçə dəfə döydüyü və başına stəkan çırpdığı faktları Marneuli sakinlərinə sirr deyil.


11 iyun 2018-ci il tarixdə T.Abazovun adamları, Parlamentin deputatı Azər Süleymanovun restoranında, Marneuli rayonun Qızılhacılı kənd sakini, kasıb şəxs olan Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldığı hərəkətlər edərək videoya çəkiblər. E.Allahverdiyevi öz sidiyi ilə üzünü yumağa və öz arvadını söyməyə məcbur ediblər və bütün bunları videoya çəkiblər. Daha sonra isə T.Abazovun göstərişi ilə sosial şəbəkələrdə paylaşıblar. Bu hadisə etiraza səbəb olduqdan dərhal sonra Gürcüstan Baş Prokurorluğu Marneuli şəhərinin meri Temur Abazovu, bir şəxsə qarşı qrup halında alçaldıcı və ya qeyri-insani münasibəti törətməkdə günahlandıraraq cinayət işinə başladı.
Vətəndaşa qarşı zorkaı və alçaldıcı insidentin iştirakçıları: Temur Abazova Gürcüstan Cinayət Məcəlləsinin 144.3-cü maddəsinin 2-ci hissəsinin "A" bəndi və 25 maddə, 157.1 maddəsinin birinci və ikinci hissələri üzrə cinayət işi, A.Allahverdiyev, Parlametin deputatı Azər Süleymanov və E.Quliyevə qarşı isə Gürcüstan CM-nin 126-cı maddəsinin 1-ci hissəsinin “B” bəndi ilə cinayət işi başladıldı.
13 iyunda Gürcüstan Baş Prokurorluğu T.Abazovun həbs edilməsi barədə həbs qətimkan tədbiri müəyyən etdi. 7 ay həbsdə saxlanılan T.Abazov Gürcüstan Prezident seçkilərinin ikinci turu öncəsi, 13 dekabr 2018-ci il tarixdə həbsdən azad edildi və barəsində heç yerə getməmək qətimkan tədbiri seçildi. Hələlik eks-mer məhkəmə istintaqı altındadır. Onu azad edilmsində SOCAR Preizdenti R.Abdullayevin və Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini R.Həsənov xüsusi rolunun olması xəbərləri heç də təkzib edilmir. Bunula yanaşı T.Abazovun məhkəmədə bərat alması istiqamətində iş gedir. Plan budur ki, T.Abazov mıhkəmədə bərat alsın və dərhal sonra səlahiyyəti dayandırılmış mer vəzifəsinə geri dönsün. Bu istiqamətdə də geniş iş gedir.
Ancaq onun geri Marneuli meri vəzifəsinə dönməsinin hansı fəsadlar törədəcəyi hələlik məlum deyil.

Araşdırmamız davam edir.

Miradil Seyidnəbiyev
Sosial şəbəkələrdə paylaş: