Ucar Pambıq emalı zavodun da nələr baş verir? Arzu Rəhimovun bundan xəbəri varmı? - FOTO Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının yaradılmasının 26 illiyi iə bağlı tədbir keçirilib. “Gənclər siyasəti haqqında” qanuna dəyişikliklər 2-ci oxunuşda qəbul edildi
Heç bir qüvvə Azərbaycan xalqının milli iradəsini sarsıda, bu iradənin ifadəçisi olan Lideri yolundan döndərə bilməz. Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefi hazırlandı İlham Əliyev Moskvadakı təxribatı nəzarətə götürdü Kadırovdan azərbaycanlı-çeçen insidenti ilə bağlı göstəriş
Səfir: Təxribat xarakterli bəyanatlara inanmamağı təkidlə xahiş edirik Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi Siyavuş Novruzovdan YAP-çı deputatlara ilginc xəbərdarlıq Qərbi Kaspi Universitetində tələbə mühiti



» » İşlədiyi mağazanı soyan gənc saxlanıldı – VİDEO


İşlədiyi mağazanı soyan gənc saxlanıldı – VİDEO

2-02-2019, 13:43
Oxunma sayı: 162
İşlədiyi mağazanı soyan gənc saxlanıldı – VİDEO RESPUBLİKA İNFO Musavat.com saytına istinadən xəbər veriri ki, Yanvarın 31-dən fevralın 1-nə keçən gecə Şəmkir şəhərində fəaliyyət göstərən avtomobil ehtiyat hissələri satılan mağazada oğurluq hadisəsi baş verib.

ARB TV xəbər verir ki, çağrılmamış qonaq mağazanın pəncərəsini sındırmaq yolu ilə içəri daxil olaraq təhlükəsizlik kamerasını zərərsizləşdirib. Daha sonra kassada olan xeyli miqdarda pulu oğurlayıb.

Zərərçəkən tərəfindən polisə məlumat verildikdən sonra hadisə yerinə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları gəliblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, cinayəti həmin mağazada avtomobil təmiri ilə məşğul olan, Düyərli kənd sakini 20 yaşlı Abbasəli Hümbətli törədib.

İlkin dindirmə zamanı o, törətdiyi hadisəni etiraf edib və əldə etdiyi pulun bir qismini xərclədiyini, yaddaş qurğusunu isə yaxınlıqdan keçən su kanalına atdığını deyib. Pulun qalan hissəsi və təhlükəsizlik kamerasının yaddaş qurğusu tapılaraq maddi sübut kimi istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Sosial şəbəkələrdə paylaş: