Ucar Pambıq emalı zavodun da nələr baş verir? Arzu Rəhimovun bundan xəbəri varmı? - FOTO Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının yaradılmasının 26 illiyi iə bağlı tədbir keçirilib. “Gənclər siyasəti haqqında” qanuna dəyişikliklər 2-ci oxunuşda qəbul edildi
Heç bir qüvvə Azərbaycan xalqının milli iradəsini sarsıda, bu iradənin ifadəçisi olan Lideri yolundan döndərə bilməz. Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefi hazırlandı İlham Əliyev Moskvadakı təxribatı nəzarətə götürdü Kadırovdan azərbaycanlı-çeçen insidenti ilə bağlı göstəriş
Səfir: Təxribat xarakterli bəyanatlara inanmamağı təkidlə xahiş edirik Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi Siyavuş Novruzovdan YAP-çı deputatlara ilginc xəbərdarlıq Qərbi Kaspi Universitetində tələbə mühiti



» » Teymur Alıyev-“20 yanvar faciə deyil Qəhramanlıq Salnaməsidir”


Teymur Alıyev-“20 yanvar faciə deyil Qəhramanlıq Salnaməsidir”

19-01-2019, 21:21
Oxunma sayı: 162
Teymur Alıyev-“20 yanvar faciə deyil Qəhramanlıq Salnaməsidir”XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü 1990-cı ildə 20 yanvar faciəsi kimi meydana çıxdı.
Azərbaycan xalqının milli azadlıq ruhunu boğmağa çalışan sovet ordusu dinc əhaliyə qarşı silahlı təcavüzü günahsız insanların ölümünə səbəb olsa da totalitan reyinin süqutu ərəfəsində azərbaycanlıların vəhşiliklə öldürülməsinə , Bakının ən hündür yerində Şəhidlər xiyabanını salınmasına səbəb olsa da müstəqilliyimizi qazanmağımıza mane ola bilmədi.
Həmin hadisələr haqqında oxuyanda , araşdıranda insanın gözünə batan kobud konstitusiya pozuntularını görəndə, eyni zamanda bu hadisələrlə bağlı ekspert araşdırmaları ilə tanış olanda hadisənin təsadüfi olmadığını anlayırsan.

Azərbaycan xalqının dahi oğlu , ümummilli lideri Heydər Əliyevin daha bir əvəzolunmaz xidməti bu hadisələrə siyasi qiymətin verilməsidir.
Belə ki, yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonar 1990 –cı ilin qanlı faciəsinə dövlət səviyyəsində tam siyasi – hüquqi qiymət verildi.
Lakin qeyd etməliyəm ki, bu faciə nə qədər qanlı olsa da bir qəhramanlıq salnaməsidir.
Azərbaycan tarixinin parlaq səhifəsinin açılışı, müstəqilliyin açarıdır.20 yanvar hadisələrindən 29 il ötür. “Şəhidlər xiyabanın” da 29 il əvvəl basdırılmış oğullar, qızlar bu günümüzün azadlığının qurbanlarıdır.
İtirdiyimiz canlar sayəsində azadlığımıza qovuşduğumuza görə bu faciə deyil bir qəhramanlıq salnaməsidir.
Sosial şəbəkələrdə paylaş: