Ucar Pambıq emalı zavodun da nələr baş verir? Arzu Rəhimovun bundan xəbəri varmı? - FOTO Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının yaradılmasının 26 illiyi iə bağlı tədbir keçirilib. “Gənclər siyasəti haqqında” qanuna dəyişikliklər 2-ci oxunuşda qəbul edildi
Heç bir qüvvə Azərbaycan xalqının milli iradəsini sarsıda, bu iradənin ifadəçisi olan Lideri yolundan döndərə bilməz. Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefi hazırlandı İlham Əliyev Moskvadakı təxribatı nəzarətə götürdü Kadırovdan azərbaycanlı-çeçen insidenti ilə bağlı göstəriş
Səfir: Təxribat xarakterli bəyanatlara inanmamağı təkidlə xahiş edirik Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi Siyavuş Novruzovdan YAP-çı deputatlara ilginc xəbərdarlıq Qərbi Kaspi Universitetində tələbə mühiti



» » Azərbaycandan bir məmur gəlib mənə deyir ki, ölkədəki rüşvəti, yalanı görmə, eşitmə, danışma


Azərbaycandan bir məmur gəlib mənə deyir ki, ölkədəki rüşvəti, yalanı görmə, eşitmə, danışma

17-01-2019, 23:26
Oxunma sayı: 717
Azərbaycandan bir məmur gəlib mənə deyir ki, ölkədəki rüşvəti, yalanı görmə, eşitmə, danışmaMübariz Mənsimov son vaxtlar Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə görə yerli məmurlar tərəfindən ona edilən xəbərdarlıq nəsihətlərinə sərt cavab verib.

Azərbaycan 24 onun fikirlərini olduğu kimi təqdim edirik:

”Bu gün bir azərbaycanlı məmur yanıma gəlmişdi. Sözünün məğzi bu idi ki, rüşvəti, yalanı görməyin, danışmayın. Yəni, görmə, duyma, danışma. Bu günə qədər olmayıb, ancaq bu yazdıqların sənə Azərbaycanda düşmən qazandıracaq.

Dedim ki, üzərimə topla gəlsəniz, nə olacaq? Gülüb, keçəcəm. Sözlərinə çox gülməklə bərabər bir şeyi anladım ki, Allah birisinin bəsirətini bağlayanda ancaq belə olur. Şərəfli həyat varkən, sırf kreslonu qorumaq naminə edilənlərə göz yumursansa, bu qorxaq həyatı yaşamağın nə mənası var? Mən 90-cı illərdə “Palmali”ni qurarkən də çox belələrinə rast gəldim. Onların gözü qorxa bilər, ancaq dənizçilər fırtınadan qorxmaz. Biz qorxmadıq və bu gün alnıaçəq, üzüağ millətimizin xidmətindəyik.
Dünən nə demişiksə, bu gün də eyni mövqedəyik. Dünən də açıq dənizlərdən, okeanlardan qorxmadıq, sabah da qorxmadan haqqı deməyə davam edəcəyik.


Hər kəs öləcək, kimsə bu dünyadan yapışıb qalmayacaq. Ancaq öldükdən sonra kimisinin arxasından lənət, kimisinə isə rəhmət oxuyacaqlar. Çalışaq, hər birimizin arxasından rəhmət oxunsun.

O məmurun məsləhəti mənə İmadəddin Nəsiminin bu beytini xatırlatdı:

Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar,
Gör bu miskin aşiqi sərpa soyarlar ağrımaz..

Məncə, kimsə haqqdan qaçmamalıdır. Çünki hər birimizin bir gün Haqq günü olacaqdır.
Sosial şəbəkələrdə paylaş: