Ucar Pambıq emalı zavodun da nələr baş verir? Arzu Rəhimovun bundan xəbəri varmı? - FOTO Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının yaradılmasının 26 illiyi iə bağlı tədbir keçirilib. “Gənclər siyasəti haqqında” qanuna dəyişikliklər 2-ci oxunuşda qəbul edildi
Heç bir qüvvə Azərbaycan xalqının milli iradəsini sarsıda, bu iradənin ifadəçisi olan Lideri yolundan döndərə bilməz. Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefi hazırlandı İlham Əliyev Moskvadakı təxribatı nəzarətə götürdü Kadırovdan azərbaycanlı-çeçen insidenti ilə bağlı göstəriş
Səfir: Təxribat xarakterli bəyanatlara inanmamağı təkidlə xahiş edirik Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi Siyavuş Novruzovdan YAP-çı deputatlara ilginc xəbərdarlıq Qərbi Kaspi Universitetində tələbə mühiti



» » AVROPA PARLAMENTİ AZƏRBAYCAN ƏLEYHİNƏ SƏRT QƏTNAMƏ QƏBUL ETDİ


AVROPA PARLAMENTİ AZƏRBAYCAN ƏLEYHİNƏ SƏRT QƏTNAMƏ QƏBUL ETDİ

17-01-2019, 19:44
Oxunma sayı: 350
AVROPA PARLAMENTİ AZƏRBAYCAN ƏLEYHİNƏ SƏRT QƏTNAMƏ QƏBUL ETDİ
Bu gün Avropa Parlamenti “Azərbaycanda insan haqları, demokratiya və qanunun aliliyinin pozulması ilə bağlı qətnamə” təklifinin müzakirəsini keçirərərk, qəbul edib.

RESPUBLİKA İNFO Azadlıq Radiosuna istinadən xəbər verir ki,qətnamədə Azərbaycan hökuməti blogger Mehman Hüseynovu dərhal, qeyd-şərtsiz azad etməyə, ona yeni ittihama xitam verilməsinə çağırılır.

Həmçinin, Azərbaycanda fərqli düşüncə üzərinə hücumların dayandırılması və siyasi məhbus sayılan bütün şəxslərin dərhal, qeyd-şərtsiz azad olması istənilir.

Qətnamənin müzakirəsi zamanı Avropa Parlamentinin deputatları Azərbaycan hökumətini korrupsiya, insan haqları, Avropa İnsan Haqları Konvensiyası üzrə öhdəliklərə əməl edilməməsi ilə bağlı tənqid ediblər.

Parlamentin Böyük Britaniyadan olan deputatı Culi Uord hətta Azərbaycan nazirlərinə sanksiyalar tətbiq etməklə bağlı fikir səsləndirib: «Avropa Birliyi Azərbaycana dair mövqeyini daha da gücləndirməlidir. Bu ölkədə vətəndaş cəmiyyətinə hədsiz düşmənçilik mühiti var, bəzi ictimai təşkilatlar bağlanıb. Müstəqil səslər ya həbs olunur, ya da mühacirətə məcbur edilir… Hörmətli yüksəksəviyyəli nümayəndə, Azərbaycandakı təcili durum sizin Azərbaycan hökumətini Mehman Hüseynovu dərhal və qeyd-şərtsiz azad etməyə çağıran bir bəyanat verməyinizi zəruri edir. Avropa Birliyi hər hansı iqtisadi əlaqələrin olmasından asılı olmayaraq, insan haqları ilə bağlı öhdəlikləri pozan dövlətləri öz adları ilə çağırmalı və qınamalıdır. Mən həmçinin, Avropa Birliyini (AB), üzv ölkələri səsləyirəm ki, indiyədək hədəf seçilməyən prezident və onun nazirlərinə sanksiyalar tətbiq etsinlər».

Ticarət üzrə Avropa komissarı Sesiliya Malmström isə çıxışında deyib ki, Brüssel M. Hüseynovun işi üzrə Bakı ilə daimi dialoq aparır və fevralın 5-də məsləhətləşmələr Bakıda davam etdiriləcək: «Azərbaycanla siyasi dialoq zamanı qanunun aliliyi, insan haqlarına hörmət və fundamental azadlıq məsələləri prioritet olub. Hazırda Azərbaycan və AB arasında müzakirə edilən yeni razılaşmada da demokratik islahatlar, qanunun aliliyi, effektiv idarəetmə, insan haqlarına hörmət məsələləri yer alacaq. Biz inanırıq ki, yalnız dialoq vasitəsilə bu məsələlər müzakirə və həll edilə bilər. Yalnız bu yolla, qarşılıqlı şəkildə etibar və əlaqələrlə Azərbaycanda bu dəyərlərin qorunmasına nail ola bilərik».

Müzakirədən sonra böyük səs çoxluğu ilə qəbul olunan qətnamədə AB və Azərbaycan arasında Yeni Sazişin mühümlüyü bir daha vurğulanır. Lakin qeyd olunur ki, demokratik islahatlar, qanunun aliliyi, yaxşı idarəetmə, insan haqlarına və təməl azadlıqlara ehtiram göstərilməsi Yeni Sazişin özəyini təşkil etməlidir.

Xatırladaq ki, qətnamə 533 səs lehinə, 28 əleyhinə, 36 nəfər bitərəf olmaqla qəbul edilib.

Azərbaycanda iqtidar partiyasının səlahiyyətli nümayəndəsi isə tövsiyə edib ki, Avropa Parlamentinin deputatları “özlərini öz səlahiyyətləri çərçivəsində” aparsınlar. “Bilmək istəyirəm, Avropa Parlamentinin deputatlarına müstəqil bir ölkənin hakimiyyət orqanlarından kiminsə dərhal azadlığa buraxılmasını tələb etmək hüququ varmı? Əgər belə bir hüquq varsa, qoy göstərsinlər, biz də ona əməl edək. Yox, yoxdursa, onda mən istərdim ki, Avropa Parlamentinin deputatları özlərini öz səlahiyyətləri çərçivəsində aparsınlar”, – YAP təmsilçisi Aydın Mirzəzadə deyib.
Sosial şəbəkələrdə paylaş: