Tovuzda gənc qızlara "İnsan alverinin qurbanı olmayaq"adlı maarifləndirici tədbir keçirilib Şəmkirdə “Regionlarda gənclər arasında könüllülüyün təşviqi"layihəsi çərçivəsində təlim keçirilib Layihə çərçivəsində Bərdə, Ağdam və Mingəçevirdə Beynəlxalq Qızlar Gününü qeyd edilib Azərbaycan Vətəndaş Hərəkatının üzvləri Dərbənd şəhərinə səfər ediblər.
"Regionlarda gənclər arasında könüllülüyün təşviqi" layihəsi çərçivəsində növbəti təlim keçirildi Qazaxda gənc qızlara "İnsan alverinin qurbanı olmayaq"adlı maarifləndirici tədbir keçirilib “Qarabağ Azərbaycandır!” beynəlxalq ictimai dəstək kampaniyası başladıldı Məkdəbdaxili idarəetməyə dəstək adlı layihənin icrası davam edir
Region qadınlarının bələdiyyə seçkilərində fəal iştirakının təmin edilməsi üçün seminarlar davam edir Regionlarda gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək göstəriləcək Qazaxda ”Regionlarda gənclər arasında könüllülüyün təşviqi” layihəsi çərçivəsində tədbir keçirilib Layihə icrasına başladı



» » “Təbiətin sirləri” kitabının 2-ci hissəsi işıq üzü görüb


“Təbiətin sirləri” kitabının 2-ci hissəsi işıq üzü görüb

5-01-2019, 08:18
Oxunma sayı: 502
“Təbiətin sirləri”  kitabının 2-ci hissəsi işıq üzü görüb

“Ecoprint” nəşriyyatında “Təbiətin sirləri” adlı elmi və bədii-publisistik kitabın 2-ci hissəsi işıq üzü görüb.
Respublika.info xəbər verir ki, kitabın müəllifləri unudulmaz təbiətşünas alim, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki, biologiya elmləri doktoru, “Şöhrət” ordenli professor, uzun illər Bakı Dövlət Universitetinin kafedra müdiri işləmiş mərhum Qara Mustafayev və onun yetirməsi, Bakı Dövlət Universitetinin dosenti, şair-publisist Аnar Məmmədovdur. Bu kitab Qara müəllimin öz yetirməsi ilə yarımçıq qalmış nəşrlərindəndir və kitaba uzun illər ərzində müəlliflərə verilmiş sualların cavabları daxil edilib. Sualların çoxu əhaliyə və ətraf mühitə aiddir. Təbiətlə cəmiyyət arasında mövcud olan bəzi sirrlər sual-cavab əsasında izah edilir.
Kitabın redaktorları kimya elmləri doktoru, professor Əyyub Əzizov, coğrafiya elmləri doktoru. professor Şövqi Göyçaylı, geologiya-minerologiya elmləri doktoru, professor-şair Hikmət Mahmud və biologiya elmləri doktoru, professor Canbaxış Nəcəfovdur. Kitabın rəyçiləri isə tanınmış jurnalistlər Rövşən Ramazanlı və Ötərxan Eltacdır.
Qeyd edək ki, Allah, təbiət, insan, elm və poeziyanın vəhdətindən yaranan bu kitab ümumi oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Sosial şəbəkələrdə paylaş: