Teymur Alıyev-“20 yanvar faciə deyil Qəhramanlıq Salnaməsidir” Azərbaycandan bir məmur gəlib mənə deyir ki, ölkədəki rüşvəti, yalanı görmə, eşitmə, danışma AVROPA PARLAMENTİ AZƏRBAYCAN ƏLEYHİNƏ SƏRT QƏTNAMƏ QƏBUL ETDİ “Təbiətin sirləri” kitabının 2-ci hissəsi işıq üzü görüb
Azərbaycanda "Wonderful" nar sortu var - Ona tələbat niyə çoxdur? Yanvarda Bakıya qar yağacaq? - Sinoptiklərin AÇIQLAMASI “Sətir-sətir oxu məni” adlı şeirlər kitabı işıq üzü görüb “Tarxin izində ” başlıqlı təlimin yekun tədbiri keçirilib
QHT-lər Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət ünvanlayıblar Ümummilli lider Heydər Əliyevin mənəvi dəyərlərə baxışı AZƏRBAYCANIN ƏN “ƏZƏLƏLİ QIZLARI”: “BİZİM KİŞİLƏR ÇILPAQ BƏDƏN GÖRƏNDƏ…” – VİDEO- MÜSAHİBƏ Bakıda məşhur “avtoş”u kim öldürdü? - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - FOTO



» » Azərbaycanda "Wonderful" nar sortu var - Ona tələbat niyə çoxdur?


Azərbaycanda "Wonderful" nar sortu var - Ona tələbat niyə çoxdur?

4-01-2019, 16:22
Oxunma sayı: 78
Azərbaycanda "Wonderful" nar sortu var - Ona tələbat niyə çoxdur?

Azərbaycan 2019-cu ildə xarici ölkələrə nar ixracını artırmaq niyyətindədir.

Respublika.info xəbər verir ki, bunu Trend-ə Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib. Assosiasiya sədrinin sözlərinə görə, bu meyvə hazırda MDB ölkələrinə daha çox ixrac olunur:

"Azərbaycanda yetişdirilən nar sortlarından əsasları "Gülöyşə", "Bala mürsəl", "Qırmızıqabıq" və "Viləş"dir. Bu sortlar arasında həm soyuducuda qalma, həm də zədələnməyə davamlılıq baxımından ixrac üçün ən əlverişli olanı "Viləş"dir. Dünya praktikasında bu sorta "wonderful" (gözəl) adı da verilib. Onun qabığı qalın, dənələri isə turşaşirin olduğuna görə xarici ölkələrdə bu sorta daha çox tələbat var".

F.Qaraşov bildirib ki, nardan emal edilmiş Azərbaycan məhsulları dünyanın bir çöx ölkələrində satılır:

"Assosiasiyanın üzvləri olan "Gilan Holding", "Azərsun", "AzNar" və "AzGranata" kimi şirkətlər Avropanın bir çox ölkələrinə, o cümlədən Kanada və ABŞ-a nardan hazırlanmış məhsullar ixrac edirlər. Bu gün Azərbaycan narı Rusiya, Gürcüstan və Ukraynaya geniş şəkildə ixrac edilir. Avropaya ixrac isə aşağı səviyyədədir, ancaq 2019-cu ildə bu rəqəmləri artırmaq niyyətindəyik".
Sosial şəbəkələrdə paylaş: