Murmanskda "Rusiya bayrağı günü" tədbiri keçirilib - Fotolar Zərdabda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda təlim keçirilib. “Vikipediya”da Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb Vilayət Eyvazov Mübariz Şahbazovu işdən çıxardı
İran xəbərdarlıq etdi: Savaş olacaq... ABŞ səfirliyi Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - VİDEO Türkiyəyə S-400 komplekslərinin ikinci partiyası avqust-sentyabrda gətiriləcək Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
Qurban bayramında avtoqəzaya düşənlərin faciəvi statistikası Zərif Trampla görüşdən imtina edib? - Şok ssenari NATO Rusiyadakı oyunlara niyə qatılmadı? - Şoyqu Felgenhauer: ABŞ Moskvanı 2-3 dəqiqəyə vura biləcək



» » AZƏRBAYCANIN ƏN “ƏZƏLƏLİ QIZLARI”: “BİZİM KİŞİLƏR ÇILPAQ BƏDƏN GÖRƏNDƏ…” – VİDEO- MÜSAHİBƏ


AZƏRBAYCANIN ƏN “ƏZƏLƏLİ QIZLARI”: “BİZİM KİŞİLƏR ÇILPAQ BƏDƏN GÖRƏNDƏ…” – VİDEO- MÜSAHİBƏ

19-11-2018, 09:49
Oxunma sayı: 319
AZƏRBAYCANIN ƏN “ƏZƏLƏLİ QIZLARI”: “BİZİM KİŞİLƏR ÇILPAQ BƏDƏN GÖRƏNDƏ…” – VİDEO- MÜSAHİBƏ

Bikini-Fitness üzrə Azərbaycan Çempionatının qızıl medalçısı Lalə Cəfərova və gümüş medal sahibi Gülər İsmayılova A24.Az saytına müsahibə verib.

Respublika.info həmin müsahibəni təqdim edir:

– Qızlar, necə oldu ki, bu idman növü ilə məşğul olmağa qərar verdiniz?

– Mən Lalə, 22 yaşım var. 18 yaşımda bu idman növü ilə məşğul olmağa başladım. Məqsəd ilk başda sadəcə çəki atmaq idi. Sonradan çəki itirdikcə, həvəsləndim və bu idman növü ilə peşəkar səviyyədə məşğul olmağa başladım.

– Mən Gülər, 22 yaşım var. 3 il öncə başlamışam. Əsasən Yoqa və pilateslə məşğul olurdum. Sonra özümü fitnesdə tapdım.

– Bu idman növü ilə məşğul olmağınız sizə ailənizlə problem yaratmadı ki?

– Lalə: Mən özüm Cənub zonasındanam. 2 ildir ailəmi və özümü psixoloji olaraq yarışa çıxacağıma hazırlayırdım. Qohumlarımın çoxunun bundan xəbəri yoxdur. Hər kəs elə açıq-saçıq tərzdə cürət edib səhnəyə çıxa bilmir. Amma az da olsa, bu cür xanımlarımız var ki, bədənini yox, səhnədə zəhmətinin bəhrəsini göstərməyə cəsarət edir. Qardaşım və atam buna görə məni çox danladılar, amma yenə də geri çəkilmədim. Bu idman növünün digər idman növlərindən fərqi odur ki, bütün bədən əzələlərini hərəkət etdirirsən. Səhnədə biz əzələlərimizi nümayiş etdiririk. Bağlı geyinsək, o əzələləri necə göstərə bilərik?

– Gülər: Mən səhnəyə çıxanda, elə hiss etdim ki, sanki illərdir bu səhnəyə çıxıram. Heç həyəcanım yox idi. Bizdə səhnə pozası çox önəmlidir. Əsas qiymət ona verilir. Bu idman növündə makiyaj, qadın kimi gözəl olmaq, səhnə pozaları çox vacibdir. Mən o qədər məşq etmişdim ki, sadəcə gülümsəyib hərəkət edirdim. Bizi çox qınayırlar. Bu idmanı tamam başqa yerlərə qoyurlar. Bəs onda idmançı kim olsun?. O səhnəyə çıxana qədər biz çox əziyyət çəkirik. Göz yaşı, əsəb, bütün bunları kəlimlərlə izah etmək olmur.

– Bu cür əzələyə sahib olmaq yəqin ki, çox çətindir. Bəs qidalanmağınıza necə nəzarət edirsiniz?

– Lalə: Biz yarışa iki ay qalmış çox əziyyət çəkirik. Hətta bir həftə qalmış demək olar ki, su içmirik. Quru düyünü susuz yemək çox çətindir. Bu qədər əziyyətdən sonra səhnədə heçnə olmamış kimi çox rahat görünmək vacibdir. Bu qədər əziyyətdən sonra bu idman növünə bu ölkədə hörmət etməlidirlər.

– Gülər: yarışa iki ay qalmış biz heç bir restorana gedə bilmirik. Restoranlarda qaynamış, duzsuz toyuq olmur. Pəhriz yeməkləri də bu dövrdə düzgün hesab olunmur. Çox az miqdarda qidalanırıq.

– Ailə qurmağı düşünürsünüz?

– Lalə: Sevgilim idmançı olduğu üçün məni anlayışla qarşılayır. Onun üzərimdə çox böyük əziyyəti var. Sevdiyim insanın dəstəyi olmasaydı, mən bacarmazdım. Qismət olsa, ailə qurmağı planlaşdırırıq.

– Gülər: Mən yarışlara hazırlaşanda, gördüm ki, ağır rejimdə insanların çox xətrinə dəyməli olursan. İnsan ən çox öz sevdiyinə ziyan verir. Hiss edirsən ki, ən çox öz sevdiyin insandan anlayış gözləyirsən. Buna görə də münasibət qurmaq istəmədim. Gün ərzində mənim bir saat boş vaxtım olmur.

– Heç idmançı olmağınızdan, gücünüzdən istifadə etmisinizmi? Yəni kimisə döymüsünüz?

– Gülər: Mən kimisə vurmağa, dava etməyə qarşı insanam. Sözlə başa salmağa üstünlük verirəm.

– Lalə: Bir dəfə 28 May metrosunda belə hadisə baş verib. Bir qız bacımı vurmuşdu. Mən də özümü saxlaya bilməyib, onunla əlbəyaxa olmuşdum.

– Bu idman növündə ən çox nəyi sevmirsiniz?

– Lalə – Yarışa kişilərin çoxu ona görə gəlir ki, çılpaq qızlar səhnəyə çıxacaq, onlara baxsınlar. Bu, məni çox qıcıqlandırır. Bizi instaqramda çılpaq bədənini nümayiş etdirən qızlardan ayırmağı bacarsınlar. Biz zəhmətimizin bəhrəsini göstəririk. Bunlar tamamilə fərqli şeylərdir. Bizim oğlanlar çılpaq bədən görəndə, onalara maraqlı olmur ki, bu əzələdir, yoxsa damardır? Əsas odur ki, çılpaqdırlar.

-Gülər: Mən bütün tanışlarıma demişdim ki, biz səhnəyə elə vəziyyətdə çıxacağıq ki, heç cazibədar görünməyəcəyik. Hər yerimiz əzələdən ibarətdir. Orada cəlb ediləcək görüntü yoxdur.


Sosial şəbəkələrdə paylaş: