Xalqın xilaskarı mövzusunda elmi-praktik konfrans keçirilib. Sağlam gələcək sağlam qidadan başlayır Ucar rayonunda “Dini radikalizmə və ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans keçirilib Rusiya Azərbaycanlıları İttifaqı: ”Soydaşlarımızı bu faciəvi gündə Azərbaycan dövlətçiliyi ətrafında daha da sıx birləşməyə çağırırıq”
Etna vulkanı yenidən püskürüb Fəaliyyətə başladılar 24media.az SON DƏQİQƏ Hərbi qulluqçumuz şəhid oldu Rusiyada 28 may Respublika Günü möhtəşəm qeyd edilib
Ufuk Aydın: ”Azərbaycan Xalq Cümhuriyyəti türk tarixinin şanlı səhifəsidir” Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq "Siyasi fahişələr" - KÖŞƏ Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumuna qeydiyyat başladı



» » Bakıda məşhur “avtoş”u kim öldürdü? - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - FOTO


Bakıda məşhur “avtoş”u kim öldürdü? - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - FOTO

19-11-2018, 09:37
Oxunma sayı: 189
Bakıda məşhur “avtoş”u kim öldürdü? - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - FOTO

Bakı şəhərinin Şüvəlan qəsəbəsində 2 nəfər güllələnib.

Respublika.info Publika-ya istinadən xəbər verir ki, dünən günorta saatlarında Şərifov Vüqar Bəxtiyar oğlu qəsəbə sakini Babayev Cabir Yaşar oğlunu güllələyərək öldürüb. O, polisə gələrək könüllü şəkildə təslim olub.

Bildirilir ki, qətlə yetirilən Cabir Babayev Bakının məşhur "avtoş"larından olub və "Cabir-012" adı ilə tanınıb. Onun ölümü isə təsadüf nəticəsində baş verib. Belə ki, Cabirin dostu Vüqarın qardaşının üzünə "şram" atıb. O, da həmin şəxsi güllələmək istəyib və bu zaman atəş Cabirə tuş gəlib. Hadisə şahidləri Cabiri Vüqarın deyil, onun qardaşının güllələdiyini deyiblər.

Dünən Şüvəlan qəsəbəsinin başqa hissəsində də güllələnmə olub. Qəsəbədəki maşınqayırma pansionatının yaxınlığında 1986-cı il təvəllüdlü Əliyev Qorxmaz Adil oğlu qohumu, 1979-cu il təvəllüdlü Quliyev Sərvər Məmməd oğlunu güllələyib. Ağır xəsarət alan S.Quliyev xəstəxanaya çatdırılıb.

Bildirilir ki, Qorxmaz Əliyev maşınından qəfil silah götürərək atəş açıb, hadisənin səbəbi hələlik məlum deyil.
Sosial şəbəkələrdə paylaş: