Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək 17 yaşlı fenomen GƏNCLİYİN UĞUR SİMVOLU Marsda “pinqvin” tapıldı - FOTO Kəramət Böyükçölü Bakıda kafedə döydülər
İslam Abbasov erməni dünya çempionunu məğlub etdi Məhsəti məlahətli səsi ilə diqqət mərkəzində “Kitab xülasələri” layihəsi başa çatıb Ucarda dəhşətli yanğın:
Rusiya “kor edən” yeni silahını sınaqdan keçirdi ATƏT-dən İlham Əliyev-Paşinyan görüşü barədə - BƏYANAT Prezidentə verilən məktublarda nə yazılıb? Azərbaycanla-İran sərhəddində nə baş verir?



» » Mirtağı Əsədovun həbsi ilə bağl Azərbaycan Prezidentinə müraciət etdildi.


Mirtağı Əsədovun həbsi ilə bağl Azərbaycan Prezidentinə müraciət etdildi.

15-11-2018, 12:45
Oxunma sayı: 182
Mirtağı Əsədovun həbsi ilə bağl Azərbaycan Prezidentinə müraciət etdildi.Ukrayna Qarapapa Türkləri Milli Şurasının (UQTMŞ) Sədri, Gürcüstan Türkləri Konfederasiyası (GTK) Ali Məclisinin üzvü Daşqın Gülməmmədov, 7 noyabr 2018-ci il tarixdə Azərbaycanda həb s edilmiş, Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin Sədri Mirtağı Əsədovun həbs edilməsi bağlı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə rəsmi məktub göndərib.
Qeyd edək ki, Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin Sədri Mirtağı Əsədov 7 noyabr 2018-ci il tarixdə Azərbaycan-Gürcüstan dövlət sərhəddində inzibati xəta törətməkdə təqsirli bilindiyi üçün 8 noyabr 2018-ci il tarixdə, Nərimanov Rayon Məhkəməsi, Mirtağı Əsədova, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi və 535-ci maddəsinin 1-ci bəndinə əsasən inzibati məsuliyyətə cəlb edilib .

Daşqın Gülməmmədovun, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə göndərdiyi məktub mətnin təqdim edirik:

Sizi sonsuz ehtiramla salamlayıram və Nəzərinizə çatdırıram ki, Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin Sədri Mirtağı Əsədov 7 noyabr 2018-ci il tarixində, Azərbaycan-Gürcüstan dövlət sərhəddinin “Sınıq körpü” NBM-də Azərbaycan Respublikası DSX əməkdaşları tərəfindən saxlanılıb, qanunsuz həbs edilərək, Qazax Rayon Polis İdarəsinə aparılıb. Mirtağı Əsəsdovun həbsi zamanı hüquları pozulub, vəkillə təmin edilməyib, onun həbsi barədə Gürcüstanın Azərbaycandakı Baş Konsuluna məlumat verilməyib, həmçinin ailə üzvləri ilə əlaqa yaradılmasının qarşısı alınıb. Daha sonra qanunsuz həbs altında Bakı şəhərinə aparılan Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin Sədri Mirtağı Əsədov saxta və yalan ittihamla şərlənərək, absurd bir inzibati xəta törətməkdə təqsirli bilinib. Nərimanov Rayon Məhkəməsi, Gürcüstan vətəndaşı Mirtağı Əsədova, saxta və yalan ittiham əsasında, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi və 535-ci maddəsinin 1-ci bəndinə əsasən 30 gün müddətinə azadlıqdan mərhum edilib. Mirtağı Əsədov hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəgədi Müvəqqəti saxlama Məntəqəsində həbs altında saxlanılır.
Möhtərəm Prezident, qeyd edirəm ki, Mirtağı Əsədov Gürcüstanda dini liderlərdən biridir, Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin Sədridir, Şeyxdir. Bu insan Gürcüstanda və Azərbaycanda imanlı, əxlaqlı, vətənini sevən və insanpərvər bir şəxs kimi tanıyırlar. Nərimanov Rayon Məhkəməsi qanusuz və əsassiz bir qərar çıxarıb, guya Mirtağı Əsədov küçədə əxlaqsız sözlər söyləyib, bərkdən danışıb və guya ki, polisə qarşı müqavimət göstərib. Bunlar aydın məsələdir ki, uydurmadır və yalandır. Azərbaycan hüquq-müafizə orqanlarındakı bəzi şəxslər insanları Sizə qarşı, yönləndirməyə, Mirtağı Əsədovu həbs etməklə isə, Gürcüstanda və Azərbaycanda yaşayan Borçalı əsilli şəxslər arasında sizə qarşı nifrət hissi yaratmağa çalışırlar.
Möhtərəm Prezident, Sizdən xahiş edirəm ki, Azərbaycan Respublikası Konstitusiyası ilə Sizə verilmiş müstəsna səlahiyyətlərdən istifadə edərək Mirtağı Əsədovun qanunsuz həbs edilməsi məsləsini nəzarətə götürəsiz və onun tezliklə azad edilməsinə təsir edəsiniz.
Mirtağı Əsədovun həbsi ilə bağl Azərbaycan Prezidentinə müraciət etdildi.
Sosial şəbəkələrdə paylaş: