Teymur Alıyev-“20 yanvar faciə deyil Qəhramanlıq Salnaməsidir” Azərbaycandan bir məmur gəlib mənə deyir ki, ölkədəki rüşvəti, yalanı görmə, eşitmə, danışma AVROPA PARLAMENTİ AZƏRBAYCAN ƏLEYHİNƏ SƏRT QƏTNAMƏ QƏBUL ETDİ “Təbiətin sirləri” kitabının 2-ci hissəsi işıq üzü görüb
Azərbaycanda "Wonderful" nar sortu var - Ona tələbat niyə çoxdur? Yanvarda Bakıya qar yağacaq? - Sinoptiklərin AÇIQLAMASI “Sətir-sətir oxu məni” adlı şeirlər kitabı işıq üzü görüb “Tarxin izində ” başlıqlı təlimin yekun tədbiri keçirilib
QHT-lər Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət ünvanlayıblar Ümummilli lider Heydər Əliyevin mənəvi dəyərlərə baxışı AZƏRBAYCANIN ƏN “ƏZƏLƏLİ QIZLARI”: “BİZİM KİŞİLƏR ÇILPAQ BƏDƏN GÖRƏNDƏ…” – VİDEO- MÜSAHİBƏ Bakıda məşhur “avtoş”u kim öldürdü? - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - FOTO



» » Türkiyə səfiri Erkan Özoral Aİİ-ni ziyarət edib


Türkiyə səfiri Erkan Özoral Aİİ-ni ziyarət edib

13-11-2018, 20:51
Oxunma sayı: 241
RESPUBLİKA İNFO xəbər verir ki, Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.
Aİİ-nin rektoru Ceyhun Məmmədov səfiri salamlayaraq, ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. İnstitut haqqında səfirə geniş məlumat verən rektor Aİİ-nin beynəlxalq əlaqələrin qurulmasına, Türkiyə universitetləri ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib.
Aİİ rəhbərliyinə təşəkkürünü bildirən səfir Erkan Özoral səslənən təklifləri müsbət qarşıladığını söyləyib, əlaqələrin qurulması üçün mühüm addımlar atılmasının vacibliyindən danışıb, münasibətlərin daha yüksək səviyyəyə çatması üçün əlindən gələni etməyə hazır olduğunu vurğulayıb.
Daha sonra səfir Aİİ-nin tələbələri ilə görüşüb. Görüş zamanı Aİİ rektoru bildirib ki, hazırda Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi əlaqələr, elm, təhsil, mədəniyyət və digər sahələrdə də əməkdaşlıq yüksək səviyyədədir. İki dövləti, həm də strateji maraqların birləşdirdiyini vurğulayan rektor bu əlaqələrin yüksək səviyyəyə qalxmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərinin olduğunu bildirib. C.Məmmədov qeyd edib ki, Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə ilə münasibətlərin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir.
Səfir Erkan Özoral Türkiyə-Azərbaycan münasibətlərinə toxunaraq Ulu Öndər Heydər Əliyevin “Bir millət – iki dövlət” sözlərini xatırladıb, iki ölkə arasında münasibətlərin yüksələn xəttlə inkişafından məmnunluğunu ifadə edib. Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin inkişafının böyük əhəmiyyətə malik olduğunu, tarixi köklərə söykəndiyini, eyni millətə, eyni dilə, eyni dinə sahib olan iki xalq arasındakı qardaşlıq münasibətinin əsrlər boyu yaşadığını və bu əlaqələrin hazırda daha da zənginləşdiyini, yeni səviyyəyə yüksəldiyini bildirib.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb

Türkiyə səfiri   Erkan Özoral Aİİ-ni ziyarət edibTürkiyə səfiri   Erkan Özoral Aİİ-ni ziyarət edibTürkiyə səfiri   Erkan Özoral Aİİ-ni ziyarət edibTürkiyə səfiri   Erkan Özoral Aİİ-ni ziyarət edib
Sosial şəbəkələrdə paylaş: