Tovuzda gənc qızlara "İnsan alverinin qurbanı olmayaq"adlı maarifləndirici tədbir keçirilib Şəmkirdə “Regionlarda gənclər arasında könüllülüyün təşviqi"layihəsi çərçivəsində təlim keçirilib Layihə çərçivəsində Bərdə, Ağdam və Mingəçevirdə Beynəlxalq Qızlar Gününü qeyd edilib Azərbaycan Vətəndaş Hərəkatının üzvləri Dərbənd şəhərinə səfər ediblər.
"Regionlarda gənclər arasında könüllülüyün təşviqi" layihəsi çərçivəsində növbəti təlim keçirildi Qazaxda gənc qızlara "İnsan alverinin qurbanı olmayaq"adlı maarifləndirici tədbir keçirilib “Qarabağ Azərbaycandır!” beynəlxalq ictimai dəstək kampaniyası başladıldı Məkdəbdaxili idarəetməyə dəstək adlı layihənin icrası davam edir
Region qadınlarının bələdiyyə seçkilərində fəal iştirakının təmin edilməsi üçün seminarlar davam edir Regionlarda gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək göstəriləcək Qazaxda ”Regionlarda gənclər arasında könüllülüyün təşviqi” layihəsi çərçivəsində tədbir keçirilib Layihə icrasına başladı



» » Bir neçə ay sonra dolların "taleyi" necə olacaq?


Bir neçə ay sonra dolların "taleyi" necə olacaq?

13-11-2018, 10:25
Oxunma sayı: 331
Bir neçə ay sonra dolların "taleyi" necə olacaq?


ABŞ valyutasının yaxın beş ayda ucuzlaşmasını proqnozlaşdırmaq düzgün deyil.

Respublika.info oxu.az-a istinadən bildirir ki, belə qənaətə "Bloomberg" agentliyinin sorğu ünvanladığı analitiklər gəliblər.

Ekspertlər hesab edirlər ki, dollar 2019-cu ildə ucuzlaşacaq, lakin bu, ilin ilk kvartalında baş verməyəcək.

Analitiklər əmindirlər ki, ABŞ valyutasına ABŞ Federal Ehtiyat Sistemi (FES) və əmək bazarındakı yüksək göstəricilər dəstək olacaq. Qeyd olunur ki, "Bloomberg"in dollar indeksi son 18 ayda ən yüksək həddə çatıb.

"Dollar ən yüksək göstəricilərə yaxındır. Lakin perspektivdə 6-12 ay ərzində hər şey əksinə ola bilər", - "Credit Agricole" şirkətinin analitiki Valentin Marinov hesab edir. Onun fikrincə, dolların əsas dəstək amili ABŞ FES-in pul siyasətidir.

"Societe Generale" şirkətinin analitiki Kit Yukes də ABŞ FES-in siyasəti və məşğulluğun yüksək göstəricisinin dolları dəstəkləyən əsas amillərdən hesab edir. Onun fikrincə, ABŞ valyutasının ucuzlaşması 2019-cu ildə baş verəcək.

Analoji mövqeyə "Bank of America"nın mütəxəssisi Ben Rendol malikdir. O hesab edir ki, ABŞ iqtisadiyyatının artım tempinin yavaşlaması dolların ucuzlaşmasına səbəb olacaq. Bununla belə, onun fikrincə, Avropadakı problemlər və Brexit ABŞ valyutasının möhkəmlənməsinə kömək edəcək.
Sosial şəbəkələrdə paylaş: