104 il yaşamış qəhrəman... Bu gün "24media.az" 1 yaşını qeyd edir Koronavirusda ikinci dalğa - Həkimlər əhaliyə xəbərdarlıq etdilər Siyəzəndə ehtiyacı olan ailələrə yardım edilir
RAİ Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına qoşuldu AZƏRBAYCAN DÖVLƏT HİMNİ, #EVDƏQAL "Türk Şurası çərçivəsində səhiyyə sahəsində əməkdaşlığı genişləndirmək çox vacibdir" FHN-in avtonəqliyyat vasitələri sahiblərinə müraciəti
Gələcək İntellektual İnkişafa Yardım İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu Koronovirusla mübarizə məqsədilə Şura yanında İctimai Qərargah yaradıldı Karantin dövründə QHT-lər necə işləməlidir? - “Dövlət qurumları ilə əhali arasında vasitəçi olmalıyıq” - Mübariz Göyüşlü "Gənclərin Töhfəsi" İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu



» » Müsabiqənin final mərhələsi keçirildi


Müsabiqənin final mərhələsi keçirildi

26-10-2018, 15:58
Oxunma sayı: 501
Müsabiqənin final mərhələsi keçirildi Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Ucar rayon A.Abdullayev adına Alpı kənd tam orta məktəbin müəllimi Natella Əhmədovanın “Müstəqilliyimiz əbədidir” məktəblilər arasında intelektual müsabiqə” adlı layihəsi çərçivəsində yarışının final mərhələsi keçirilib. Layihənin rəhbəri Natella Əhmədova layihə haqqında məlumat verərək bildirib ki, müsabiqə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunub. Müsabiqənin əsas məqsədi şagirdlərə Azərbaycan Xalq Cumhuriyyət tarixini daha da dərindən öyrətmək, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi elan olunduğu ildə şagirdlərə bu tarixi dövrü daha dərindən mənimsətmək, eyni zamanda şagirdlər arasında milli vətənpərvərlik hissini, intelektual səviyyəni yüksəltmək, məktəblər və şagirdlər arasında sıx əlaqənin qurulmasına nail olmaqdır. Ucar şəhər 3№ li tam orta məktəbdə baş tutan final yarış günündə Təhsil şöbəsinin nümayəndəsi Yeganə Süleymanova, məktəb direktorları, müəllimlər və valideyinlər iştirak ediblər. 4 zonadan final mərhələsinə çıxan 9 məktəb komandası Pirkənd, Qaracallı 1№ li, Alpı, Bərgüşad 2 № li, Qazyan 3№ li, Qazqumlaq 2№ li, Şahlıq kənd məktəbləri və Şəhər 2 № li və 4 № li tam orta məktəblərin komandaları birincilik uğrunda mübarizə aparıblar. Müsabiqənin sonunda Şəhər 4 № li tam orta məktəbin komandası müsabiqənin qalibi olmuşdur. Şəhər 2 № li tam orta məktəbin komandası 2 ci yerə və Alpı kənd tam orta məktəbin komandası müvafiq olaraq 3 yerə laiq görülmüşdür. Sonda iştirakçılar Diplom və hədiyyələrlə mükafatlandırılıb. Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.


Müsabiqənin final mərhələsi keçirildi
Müsabiqənin final mərhələsi keçirildi
Müsabiqənin final mərhələsi keçirildi
Müsabiqənin final mərhələsi keçirildi
Müsabiqənin final mərhələsi keçirildi

Müsabiqənin final mərhələsi keçirildi
Müsabiqənin final mərhələsi keçirildi
Müsabiqənin final mərhələsi keçirildi
Müsabiqənin final mərhələsi keçirildi
Müsabiqənin final mərhələsi keçirildi
Müsabiqənin final mərhələsi keçirildi
Müsabiqənin final mərhələsi keçirildi
Müsabiqənin final mərhələsi keçirildi
Müsabiqənin final mərhələsi keçirildi
Sosial şəbəkələrdə paylaş: