Teymur Alıyev-“20 yanvar faciə deyil Qəhramanlıq Salnaməsidir” Azərbaycandan bir məmur gəlib mənə deyir ki, ölkədəki rüşvəti, yalanı görmə, eşitmə, danışma AVROPA PARLAMENTİ AZƏRBAYCAN ƏLEYHİNƏ SƏRT QƏTNAMƏ QƏBUL ETDİ “Təbiətin sirləri” kitabının 2-ci hissəsi işıq üzü görüb
Azərbaycanda "Wonderful" nar sortu var - Ona tələbat niyə çoxdur? Yanvarda Bakıya qar yağacaq? - Sinoptiklərin AÇIQLAMASI “Sətir-sətir oxu məni” adlı şeirlər kitabı işıq üzü görüb “Tarxin izində ” başlıqlı təlimin yekun tədbiri keçirilib
QHT-lər Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət ünvanlayıblar Ümummilli lider Heydər Əliyevin mənəvi dəyərlərə baxışı AZƏRBAYCANIN ƏN “ƏZƏLƏLİ QIZLARI”: “BİZİM KİŞİLƏR ÇILPAQ BƏDƏN GÖRƏNDƏ…” – VİDEO- MÜSAHİBƏ Bakıda məşhur “avtoş”u kim öldürdü? - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - FOTO



» » MÜSTƏQİLLİK GÜNÜ QEYD EDİLDİ


MÜSTƏQİLLİK GÜNÜ QEYD EDİLDİ

18-10-2018, 20:44
Oxunma sayı: 119
MÜSTƏQİLLİK GÜNÜ QEYD EDİLDİ



Ucar rayon İcra Hakimiyyəti və Ucar rayon Gənclər və İdman idarəsi birgə təşkilatçılığı ilə, Gənclər Mərkəzində 18 oktyabr – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü münasibəti ilə gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində aparılan işlərin səmərəsinin artırılması və Dövlət Müstəqilliyi gününün qeyd olunması məqsədi ilə “Azərbaycanın müstəqillik yolu”mövzusunda elmi-praktiki konfrans keçirildi. İlk öncə tədbir iştirakçıları, rayon gənclərinin nümayəndələri müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevə minnətdarlıq hisslərini onun əzəmətli abidəsi önünə gül dəstələri qoymaqla yad etdilər, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər. Tədbirdə Gənclər və İdman idarəsinin, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, müəllimlər və fəal gəncləri iştirak ediblər. Dövlət Himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan Gənclər və İdman idarəsinin rəisi Əhliman İbrahimov çıxış edərək Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etdiyi tarixi dövrdən, ulu öndər Heydər Əliyevin xidmətlərindən, 1991-ci il oktyabrın 18-də müstəqillik haqqında konstitusiya aktının qəbul olunmasından danışdı.
Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva çıxış edərək tədbir iştirakçılarını müstəqillik günü münasibəti ilə təbrik etdi. O, 27 il əvvəl bərpa edilən müstəqilliyin qorunmasından, ötən müddətdə ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlardan söhbət açmışdır. Müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi çətinliklərdən, bu çətinliklərin aradan qaldırılması, Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlərin davam etdirilməsi sahəsində görülən işlərdən danışdı.
Tədbirdə Qazıqumlaq 2 saylı tam orta məktəbin tarix müəllimi Tağı Nəbiyev, Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Nuru Piriyev, Rəstəcə kənd tam orta məktəbin direktoru “Odlar Yurdu” hərbi-vətənpərvərlik klubunun sədri Rahib Rəsulov və digər çıxış edənlər də dövlət müstəqilliyimizin sarsılmaz köklərə dayandığını vurğuladılar. Qeyd edilib ki, müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir, müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Bu gün də müstəqilliyimiz ulu öndərin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən qorunub saxlanılır. Sonda Müstəqil Azərbaycan və ölkədə baş verən quruculuq işlərini özündə əks etdirən video-çarx auditoriyaya nümayiş etdirildi.

Məhəmməd FƏXRƏDDİN.

MÜSTƏQİLLİK GÜNÜ QEYD EDİLDİ

MÜSTƏQİLLİK GÜNÜ QEYD EDİLDİ
MÜSTƏQİLLİK GÜNÜ QEYD EDİLDİ
Sosial şəbəkələrdə paylaş: