Murmanskda "Rusiya bayrağı günü" tədbiri keçirilib - Fotolar Zərdabda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda təlim keçirilib. “Vikipediya”da Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb Vilayət Eyvazov Mübariz Şahbazovu işdən çıxardı
İran xəbərdarlıq etdi: Savaş olacaq... ABŞ səfirliyi Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - VİDEO Türkiyəyə S-400 komplekslərinin ikinci partiyası avqust-sentyabrda gətiriləcək Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
Qurban bayramında avtoqəzaya düşənlərin faciəvi statistikası Zərif Trampla görüşdən imtina edib? - Şok ssenari NATO Rusiyadakı oyunlara niyə qatılmadı? - Şoyqu Felgenhauer: ABŞ Moskvanı 2-3 dəqiqəyə vura biləcək



» » Tofiq Hüseynzadə


Tofiq Hüseynzadə

17-10-2018, 19:36
Oxunma sayı: 545
Tofiq Hüseynzadə
Tofiq Hüseynzadə 20 sentyabr 1946-cı il tarixdə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Göyçə mahalının Basarkeçər (1969-cu ildən Vardenis) rayonunun Sarıyaqub (keçmiş Zərgərli) kəndində doğulmuşdur. Tarixde Miskin Abdal kimi tanınmış, Şah İsmayıl Xetainin mürşidi, Sefevilerin görkemli ideoloqu, dövlet xadimi ve böyük Övliyası, herbi serkerde, sufi şair, mütefekkir (filosof), Ozandan Aşığa (Haqq Aşiqliyine), qopuzdan saza keçidin banisi, "Baş Divani", "Osmanlı Divanisi" ve sair çoxsaylı sufi-tesevvüf musiqi bestelerinin - Aşıq havalarının müellifi, müqeddes Ocaq-Pir sahibi Seyyid Hüseyn Mehemmed oğlunun (1430-1535) oğlu Şadmanın neslindendir.

Sovet hakimiyyəti illərində Ermənistanda müxtəlif vəzifələrdə vəzifələrdə çalışmışdır. 1988-ci il Ermənistandan azərbaycanlıların kütləvi deportasiyası zamanı ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və fəaliyyətini burada davam etdirmişdir.
Xalq şairi Xəlil Rza Ulutürk ilə yaxın dostluq əlaqələri olmuşdur.
5 övladı və 9 nəvəsi vardır.

Avropa Uroloqlar Assosasiyasının üzvü, uroloq, tibb elmləri doktoru Rafiq Hüseynzadənin atasıdır.
Tofiq Hüseynzadə 2006-cı ilin noyabr ayının 13-də vəfat etmişdir.
T.Hüseynzadə 1970-ci ildən Qazax rayonunun Barxudarlı kəndində müəllimlik fəaliyyətinə başlamış, daha sonra isə Basarkeçər rayonunun Sarıyaqub kəndində müəllimlik fəaliyyətini davam etdirmişdir. 1979-cu ilin noyabr ayından Basarkeçər rayon qəzetində («Vardenis») ədəbi işçi, 1986-cı ilin noyabr ayından isə kənd təsərrüfatı şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1987-ci ildən keçmiş SSRİ Jurnalistlər Birliyinin üzvlüyünə qəbul edilmişdir.
Sonralar isə filologiya sahəsi üzrə AMEA-da işləmişdir.
«Yeni Azərbaycan», «Millət», «Haqq yolu» və sair qəzetlərində jurnalist kimi fəaliyyət göstərmiş, Göyçə folkloru və sair tarixi mövzularda araşdırmaları ilə bağlı çap olunan müxtəlif səpkili məqalələri və şeirləri ilə Azərbaycan mətbuatında yaxşı tanınmış, mərkəzi televiziya və radioda çıxışlar etmişdir

Səfəvilər dövrünün mütəffəkiri, həmçinin də öz ulu babası olan Miskin Abdal irsini araşdırmış, 2005-ci ildə Səfəvilərin böyük övliyası - Miskin Abdal kitabını nəşr etdirmişdir. 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun dissertantı olaraq «Aşıq deyişmələrinin poetikası» mövzusunda dissertasiya işini 2005-ci ildə başa çatdırmış, ölümü həmin işin müdafiəsini etməyə imkan verməmişdir.

Tofiq Məhəmməd oğlu Hüseynzadənin üç cildlik Xəyal cığırı adlı kitabında böyük və zəngin şeriyyət dünyası, hekayələri, hikmətli kəlamları və ulu babası Hüseyn Məhəmməd oğlunun daşıdığı yüksək ilahi-ruhani təsəvvüf məqam və dərəcələrini simvolizə edən “Miskin” və “Abdal” anlayışlarının ədəbiyyatımızda ilk dəfə əsaslandırılmış elmi izahına həsr edilmiş elmi-tədqiqat əsəri “Miskin Abdal – Qeyb Ərəni, Təsəvvüf Piri” əks olunub.

"Səfəvilərin böyük övliyası – Miskin Abdal", Bakı, 2005
Aşıq deyişmələrinin poetikası: monoqrafiya / T.M.Hüseynzadə; elmi red. M.Q.Allahmanlı. — Bakı: Gənclik, 2017. — 312 s. (arxivləşdirilib)
Xəyal cığırı (I cild – şeirlər), Bakı: Zərdabi, 2018. — 600 s. (arxivləşdirilib)
Xəyal cığırı (II cild – şeirlər), Bakı: Zərdabi, 2018. — 600 s.
Xəyal cığırı (III cild – şeirlər və "Miskin Abdal – Qeyb Ərəni, Təsəvvüf Piri" əsəri), Bakı: Zərdabi, 2018. — 600 s.
Əsərləri yazıb yaratmışdır.

istinad: https://az.m.wikipedia.org/wiki/Tofiq_H%C3%BCseynzad%C9%99 Araz Yaquboğlu
Sosial şəbəkələrdə paylaş: