AZƏRBAYCANIN ƏN “ƏZƏLƏLİ QIZLARI”: “BİZİM KİŞİLƏR ÇILPAQ BƏDƏN GÖRƏNDƏ…” – VİDEO- MÜSAHİBƏ Bakıda məşhur “avtoş”u kim öldürdü? - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - FOTO Əmək haqqından tutulmalar necə olacaq? - HESABLAMA NÜMUNƏSİ Bu da xalq artistinin gənc əri - İlk dəfə üzünü göstərdi - FOTO
Bakı küçələrində rəssamlıq edən azərbaycanlı müğənni kimdir? - FOTO Niyə yaşıl çay içməliyik? Mirtağı Əsədovun həbsi ilə bağl Azərbaycan Prezidentinə müraciət etdildi. Zahid Orucdan Zamirə və Cahangir Hacıyevlə bağlı maraqlı təklif
Bərdədə 60 yaşlı kişinin intihar GÖRÜNTÜSÜ yayıldı Nuranın transparan geyimi müzakirə olundu - FOTO Sürücülərin nəzərinə: sabah son gündür Türkiyə səfiri Erkan Özoral Aİİ-ni ziyarət edib



» » GƏNCLƏRİN LİDERİ


GƏNCLƏRİN LİDERİ

17-10-2018, 12:29
Oxunma sayı: 390
GƏNCLƏRİN LİDERİ
Gənclik - elm, təhsil, güc, novatorluq, təşəbbüskarlığa can atmaq, ən başlıcası isə istənilən dövlətin və cəmiyyətin gələcəyi deməkdir. Əminliklə deyə bilərəm ki, yuxarıda sadalanan bütün parametrlərə cavab verən müasir Azərbaycan gəncləri ictimai-siyasi problemlərə sağlam düşüncə tərzi ilə yanaşmasına görə başqa ölkələrin gənclərindən köklü surətdə fərqlənir. Bu, təsadüfi deyildir. Çünki müasir gənclər siyasətinin formalaşmasının təməlində Ulu Öndər Heydər Əliyev kimi dünya miqyaslı dövlət xadimi dayanır. Onun təşəbbüsü ilə yaradılan Gənclər və İdman nazirliyi, ölkədə gənclər forumlarının keçirilməsi, gənclərin qlobal və regional layihələrdə iştirakı Ümummilli Liderimizin uzaqgörən siyasətinin nəticəsidir.
Bu gün biz Azərbaycan gəncləri tam əminliklə deyə bilərik ki, bütün uğur və nəaliyyətlərimizin mənbəyi Dahi Öndər Heydər Əliyevin alternativi olmayan siyasətidir ki, Cənab İlham Əliyev tərəfindən son 15 ildə qloballaşan dünyanın yeni reallıqlarına və çətinliklərinə baxmayaraq, müdrikliklə, məqsədyönlü şəkildə, proqmatik olaraq həyata keçirilir. Onun aforizmə çevrilmiş “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” ifadəsi Cənab İlham Əliyevin real və konkret işlərində öz təcəssümünü tapmışdır. Prezident İlham Əliyevin cəmiyyətin ən fəal təbəqələrindən biri kimi Azərbaycan gənclərinə göstərdiyi diqqət və qayğısı fərəhləndirici haldır. Dövlət proqramlarının qəbulu və uğurla həyata keçirilməsi, gənclərin dövlət idarəçiliyində yeni, modernləşdirilmiş Azərbaycanın qurulmasında iştirak etməsinə cəlb olunmasına geniş imkanların yaradılması, ölkə gənclərinin beynəlxalq sferada respublikamızın bayrağını yüksəltməsi, region gəncləri ilə şəhər gəncləri arasında körpülərin qurulması, sıx əlaqənin formalaşdırılması, onların asudə vaxtlarının səmərəli, maraqlı və məzmunlu təşkil edilməsi, milli adət və ənənələrə bağlılıq ruhunun gücləndirilməsi, dünyəvi və bəşəri irsə yiyələnmələri üçün önəmli islahatların aparılması, dünya standartlarına uyğun layihələrin həyata keçirilməsi üçün hərtərəfli şəraitin yaradılması Prezidentimizin diqqət və qayğısının parlaq sübutudur.
Ölkəmiz regionda yeganə dövlətdir ki, müharibə şəraitində yaşasa da iqtisadi və sosial inkişafı ilə bir çox dünya dövlətlərini üstələyir. Aparılan düzgün daxili siyasət nəticəsində təhsil ocaqlarının inşası, bərpası və yenidənqulması prosesi hər il ardıcıl olaraq davam etdirirlir. Ölkəmizdə yeniyetmələrin, gənclərin sağlamlığı üçün ən müasir avadanlıqlarla təmin olunmuş müasir olimpiya kompleksləri istifadə verilir və beləliklə də, yeni nəslin idmana olan marağı daha da artmiş olur.

Gənclərin Azərbaycandan kənarda təhsil almalarını təmin edən Dövlət Proqramının həyata keçirilməsi beynəlxalq səviyyədə formalaşan Azərbaycan gəncliyinin dünya birliyinə inteqrasiyasının sürətlənməsini təmin edən başlıca amildir. Bu gün xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər bir neçə ildən sonra Azərbaycanın ictimai həyatında çalışaraq respublika iqtisadiyyatının qüdrətlənməsinə, nüfuzunun yüksəlməsinə öz layiqli töhfələrini verəcək, xalqımızın qürur mənbəyinə çevriləcəklər. Həmin gənclər məskunlaşdıqları ölkələrdə Azərbaycanı təmsil edən diaspor təşkilatları kimi respublika həqiqətlərinin dünya xalqlarına çatdırılması istiqamətində çalışırlar. Azərbaycan vətəndaşları arasında çoxluq təşkil edən, inkişaf perspektivləri böyük olan biz gənclər bizlərə göstərilən belə yüksək diqqət və qayğı üçün Prezident İlham Əliyevə minnətdarlığımızı təhsildə, ictimai həyatda göstərdiyimiz fəallıqla bildirir, möhtərəm Prezidentimizin daxili və xarici siyasətini birlik və həmrəylik ilə dəstəkləyirik.
Bir sözlə, Cənab İlham Əliyev – bizim Prezidentimiz gənclərin fəxridir və biz gənclər hər zaman Prezidentimizə arxalanaraq, müstəqil Azərbaycanın və xalqımızın rifahı naminə möhtəşəm işlərin həyata keçirilməsində İlham Əliyev cənablarına hər zaman dəstəyik.

Murad Cənnətov
Sosial şəbəkələrdə paylaş: