AZƏRBAYCANIN ƏN “ƏZƏLƏLİ QIZLARI”: “BİZİM KİŞİLƏR ÇILPAQ BƏDƏN GÖRƏNDƏ…” – VİDEO- MÜSAHİBƏ Bakıda məşhur “avtoş”u kim öldürdü? - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - FOTO Əmək haqqından tutulmalar necə olacaq? - HESABLAMA NÜMUNƏSİ Bu da xalq artistinin gənc əri - İlk dəfə üzünü göstərdi - FOTO
Bakı küçələrində rəssamlıq edən azərbaycanlı müğənni kimdir? - FOTO Niyə yaşıl çay içməliyik? Mirtağı Əsədovun həbsi ilə bağl Azərbaycan Prezidentinə müraciət etdildi. Zahid Orucdan Zamirə və Cahangir Hacıyevlə bağlı maraqlı təklif
Bərdədə 60 yaşlı kişinin intihar GÖRÜNTÜSÜ yayıldı Nuranın transparan geyimi müzakirə olundu - FOTO Sürücülərin nəzərinə: sabah son gündür Türkiyə səfiri Erkan Özoral Aİİ-ni ziyarət edib



» » Daşqın Gülməmmədov: Gürcüstanda yaşayan azərbaycanlıların əksəriyyəti Salome Zurabişviliyə səs verəcək.


Daşqın Gülməmmədov: Gürcüstanda yaşayan azərbaycanlıların əksəriyyəti Salome Zurabişviliyə səs verəcək.

16-10-2018, 21:49
Oxunma sayı: 305
Gürcüstanda yaşayan qarapapaq türkləri, azərbaycanlılar və digər müsəlman vətəndaşların əksəriyyəti Gürcüstan Prezidentliyinə müstəqil namizəd, xanım Salome Zurabişviliyə səsə verəcək. Bu barədə tanınmış ictimai-siyasi xadim, Gürcüstan Qarapapaq Türkləri Birliyi (GQTB) Rəyasət Heyətinin üzvü Daşqın Gülməmmədov açıqlama verib.
Daşqın Gülməmmədov qeyd edib ki, Gürcüstanda türkdilli əhalinin: azərbaycanlıların və qarapapaq türklərinin kompakt yaşadığı bölgələrdə, Kevmo Kartli (Borçalı) və Kaxetidə seçicilərin əksəriyyətinin müstəqil namizəd Salome Zurabişvilini dəstəklədiyi açıq-aydın görünür.

28 oktyabrda soydaşlarımızın Salome Zurabişviliyə səs verəcəyi şübhəsizdir. Ümumiyyətlə seçkidə xanım Salome Zurabişvili qalib gələcək və Gürcüstan prezidenti seçiləcək. Bunun bir neçə ciddi səbəbi var. Birincisi muxalifət namizədləri “Avropalı Gürcüstan” Partiyasının nümayəndəsi David Bakradze və birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze seçki kompaniyasını çox zəif aparırlar. Əsəs səbəb isə hər iki namizədin seçkidə ayrı-ayrı iştirakı müxalifətin səslərini ciddi şəkildə parçalayır. İndidən bu iki namizədin tərəfdarları arasında media və sosial mediada təhqir, söyüş kompaniyası başlayıb. Açığı bir-birilərini yeyirlər. Xanım Salome Zurabişvilinin seçkidə dəstəyi çox böyük olacaq. İqdar partiyası olan “Gürcü Arzsu”nun tərəfdarları xanım Salome Zurabişviliyə səs verəcəklər. Həmçinin eks-prezident Mixeil Saakaşvilinin tərəfdarı olmayan neytral elektorat da xanım namizədə səs verəcək. Gürcüstanda yaşayan soydaşlarımız Salome xanımı dəstəkləyir. Müxalifət qorxusundan Borçalıda heç sosioloji sorğu belə keçirmədi. Çünki həqiqət ortaya çıxacaqdı. Mən proqnozlaşdırıram ki, Xanım Salome Zurabişvili Marneuli, Bolnisi, Qardabani, Tetriçkaro, Çalqa, Saqaredjo və Axmeta rayonlarında, həmçinin Rustavi şəhərində seçicilərin səsinin 55 faizi qazanacaq.
Salome Zurabişvilinin 28 oktyabrda Gürcüstan prezidenti seçəcəyik, buna heç kimin şübhəsi olmasın, deyə Daşqın Gülməmmədov bildirmişdir.
Daşqın Gülməmmədov: Gürcüstanda yaşayan azərbaycanlıların əksəriyyəti Salome Zurabişviliyə səs verəcək.
Sosial şəbəkələrdə paylaş: