AZƏRBAYCANIN ƏN “ƏZƏLƏLİ QIZLARI”: “BİZİM KİŞİLƏR ÇILPAQ BƏDƏN GÖRƏNDƏ…” – VİDEO- MÜSAHİBƏ Bakıda məşhur “avtoş”u kim öldürdü? - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - FOTO Əmək haqqından tutulmalar necə olacaq? - HESABLAMA NÜMUNƏSİ Bu da xalq artistinin gənc əri - İlk dəfə üzünü göstərdi - FOTO
Bakı küçələrində rəssamlıq edən azərbaycanlı müğənni kimdir? - FOTO Niyə yaşıl çay içməliyik? Mirtağı Əsədovun həbsi ilə bağl Azərbaycan Prezidentinə müraciət etdildi. Zahid Orucdan Zamirə və Cahangir Hacıyevlə bağlı maraqlı təklif
Bərdədə 60 yaşlı kişinin intihar GÖRÜNTÜSÜ yayıldı Nuranın transparan geyimi müzakirə olundu - FOTO Sürücülərin nəzərinə: sabah son gündür Türkiyə səfiri Erkan Özoral Aİİ-ni ziyarət edib



» » Bölgələrin sosial iqtisadi inkişafı ilə bağlı prezidentin imzaladığı dövlət proqramı rayonların inkişafına necə təsir göstərir?


Bölgələrin sosial iqtisadi inkişafı ilə bağlı prezidentin imzaladığı dövlət proqramı rayonların inkişafına necə təsir göstərir?

12-10-2018, 19:29
Oxunma sayı: 293
Bölgələrin sosial iqtisadi inkişafı ilə bağlı prezidentin imzaladığı dövlət proqramı rayonların inkişafına necə təsir göstərir?
Bölgələrin sosial iqtisadi inkişafı ilə bağlı prezidentin imzaladığı dövlət proqramı rayonların inkişafına necə təsir göstərir?


Regionların inkişafı ölkədə uğurlu həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların davamlı və tarazlı inkişafına nail olunması ölkənin sosial-iqtisadi tərəqqisini təmin edən ən başlıca amillərdən biridir.
Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı ilk gündən qarşıya qoyduğu əsas tapşırıqlardan biri - "Elə etməliyik ki, Azərbaycan iqtisadiyyatı uzun müddətli, gələcəkdə dayanıqlı iqtisadiyyat kimi özünü göstərsin, neftdən, qazdan asılılıq daha da aşağı düşsün və qeyri-neft sektorunun inkişafı sürətlə davam etdirilsin". Bu məqsədə nail olmaq üçün son 15 ildə bölgələrin sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı qəbul olunub. Artıq 3-cü Proqramın icrası bu il başa çatır.
Regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin, prioritet istiqamətlərindən biri kimi daim xüsusi diqqət mərkəzində saxlanılır və Prezident İlham Əliyev bu məqsədlə ölkənin bütün şəhər və rayonlarına müntəzəm səfərlər edir, görülən işlərlə şəxsən maraqlanır, tapşırıq və tövsiyyələrini verir. Cari ilin 9 ayında dövlət başçısı respublikanın 13 (Naxçıvan Muxtar Respublikası, Xacmaz, Xızı, Bərdə, Mingəçevir, Qusar, Sumqayıt, Goranboy, Navtalan, İsmayıllı, Şamaxı, Masallı, Biləsuvar) şəhər və rayonlarına səfər edərək verdiyi tapşırıqların və göstərişlərin icrası ilə yerində maraqlanıb, eləcədə mühüm sosial-iaşə abyektlərinin, mədəniyyət mərkəzlərinin, müəssisə və zavodların açılışı, avtomobil yollarının yenidən qurulması işləri ilə tanış olub, aqrar sektorun inkişafına dair respublika müşavirəsi keçirilib.
2004-cü ildən başlanan regional inkişaf proqramların icrası nəticəsində ölkəmizdə qeyri-neft sektoru yüksəliş dövrünə qədəm qoyub. Bütün bölgələrdə yeni istehsal və xidmət müəssisələri fəaliyyətə başlayıb, quruculuq və abadlıq işləri geniş vüsət alıb. Regional inkişaf proqramları sosial sahədə qarşıda duran problemlərin həllində mühüm əhəmiyyət kəsb edib. Yeni müəsisələrin yaradılması tarazlı inkişafla bərabər, əhalinin məşğulluq probleminin həllində, yeni iş yerlərinin açılmasında əsaslı rol oynayıb.
Qəbul olunmuş Dövlət Proqramları əsasında bölgələrdə infrastruktur layihələri həyata keçirilmiş, əhalinin komunal xidmətlərdə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin, mədəniyyət və idman obyektlərinin tikintisi, sosial vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bölgələri əhatə edən magistral və kənd yolları müasir standartlara uyğunlaşdırılıb və hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir.
Bütün bunlar bölgələrin simasının kökündən dəyişməsinə səbəb olub. Qəbul olunmuş 3 Dövlət Proqramında Ucar rayonu üçün nəzərdə tutulmuş müdəalar uğurla yerinə yetirilmişdir. Son 15 ildə rayonumuzda xeyli abadlıq, quruculuq işləri görülmüş, Ucar şəhərinin və kənd yaşayış ərazilərinin görkəmi və siması tamamilə dəyişmiş və yenilənmişdir. Qeyd olunan dövrləri əhatə edən müddətdə cənab İlham Əliyev 2006-cı ilin iyun ayında, 2011 və 2015-ci illərin oktyabr ayında rayonumuza səfər etmiş, görülmüş işlərlə tanış olumuş, bir sıra obyektlərin açılışında iştirak etmişdir. Bu müddətdə rayonda 18 məktəb binası, rayon mərkəzi xəstəxanası, Uşaq xəstəxanası üçün binalar, Heydər Əliyev Mərkəzi, Ucar Gənclər Mərkəzi, Tarix Diyarşunaslıq Muzeyi, Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatı, Ucar Dövlət Aqrar İnkişaf Mərkəzi, Ucar rayon Polis şöbəsi, Ucar rayonu üzrə Maliyyə İdarəsi və sair idarələr üşün bunlar tikilib istifadəyə verilmişdir. Bu müddətdə Ucar şəhərinin və 15 kəndin su təchizatının yaxşılaşması üçün Ağsu rayonunun Kulullu kəndində su xətti çəkilmiş, rayonun 30 yaşayış məntəqələrindən 26-sı qazla təmin edilmiş, hazırda 3 kənddə işlər davam etdirlir, əhalinin elektrik enerjisi ilə təminatı yaxşılaşdırılmışdır. Ötən müddətdə Qarabağ əlilləri və şəhid ailələri üçün 32 və 16 mənzilli yaşayış binaları tikilib istifadəyə verilmiş, Ucar şəhərində və kəndlərdə yolların yenidən qurulması, yol tikintisi istiqamətində lazımi işlər görülmüşdür. Dövlət Proqramının icrasına uyğun olaraq Müsüslü - Bərguşad - Boyat - Qazyan, Küçəkənd - Türkəci, Yuxarı Çiyni - Bərguşad, Qaradağlı - Çiyni, Qazqumlaq - Məlikballı, Ucar - Gəraybəyli, Rəstəcə kəndarası avtomobil yolları yenidən qurularaq istifadəyə verilmiş hazırda Ucar - Alpout - Lək - Qazyan - Qarabörk avtomobil yolunun tikintisi davam etdirilir.

Dövlət proqramı sayəsində kənd təsərrüfatı sahəsində aparılan dəyişiklik və inkişaf?

90-cı illərin ortalarında Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş aqrar islahatlar nəticəsində torpaqların xüsusi mülkiyyətə verilməsi ilə ölkədə fermer təsərrüfatları təşəkkül tapmış və kənddə yeni iqtisadi münasibətlərin əsası qoyulmuşdur.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan postsovet məkanında aqrar sektorda bazar islahatlarının uğurla həyata keçirildiyi ilk ölkə olub. Həyata keçirilən aqrar islahatlar nəticəsində qısa müddət ərzində torpağın kəndlilərin şəxsi mülkiyyətinə verilməsi və aqrar sektorda bazar prinsiplərinin formalaşdırılması təmin edilib. Bununla da keçmiş SSRİ dövründə formal olaraq “kooperativ” modelinə əsaslanan, reallıqda isə bütünlüklə dövlət idarəetməsi əsasında fəaliyyət göstərən kolxozların, habelə rəsmi şəkildə dövlət müəssisələri olan sovxozların mülkiyyətindəki torpaqların, əmlakın və kənd təsərrüfatı heyvanlarının əhalinin şəxsi mülkiyyətinə verilməsi ilə ölkəmizdə tarixi ədalət bərpa olunub, insanların bazar iqtisadiyyatı şəraitində müxtəlif kooperasiya formalarında könüllü birləşmələri üçün başlıca zəmin yaranıb.
Hələ 1996-cı il iyunun 24-də “Respublikada aqrar islahatların gedişi vəziyyətinə və torpaq islahatı haqqında qanun layihəsinin müzakirəsinə həsr olunmuş müşavirə”də Ulu Öndər demişdi: “Torpaq islahatından sonra bir proses - təmərküzləşmə prosesi gedəcəkdir. Bəli, bu proses, şübhəsiz, gedəcəkdir. O şəxslər, o mülkiyyətçilər, yaxud torpağa bağlı olacaq, torpaqdan səmərəli istifadə edə biləcək ailələr bu işlə məşğul olacaqlar və onların ətrafında o xırda torpaq sahibləri də bəlkə birləşəcəklər. Amma bu, prosesin ikinci mərhələsidir. Bu, artıq təbii, obyektiv proses olacaqdır”.
Ulu Öndərin uzaqgörənliklə söylədiyi bu fikirlər zamanla öz təsdiqini taparaq, ölkənin sosial-iqtisadi inkişafının müasir mərhələsində obyektiv reallığa çevrilib. Belə ki, torpaq üzərində özəl mülkiyyət hüququ bərqərar olduqdan sonra ölkədə kənd təsərrüfatı məhsulları istehsalını bütünlüklə təmin edən fermerlər, ailə-kəndli təsərrüfatları, bir sözlə, aqrar sahədə fəaliyyət göstərən özəl sahibkarlar tərəfindən artıq kooperasiyaya əsaslanan biznes modelinə keçid səmərəli fəaliyyət üçün zəruri şərt kimi qəbul olunmağa başlanılıb.
Belə ki, dövlətimizin başçısının müvafiq tapşırıqlarının icrası çərçivəsində Azərbaycanda dayanıqlı əsaslara malik kənd yerlərinin inkişafı və ərzaq təhlükəsizliyi sisteminin təmin edilməsi siyasəti çərçivəsində bütövlükdə kənd təsərrüfatı kooperasiyasının inkişafı, o cümlədən kənd təsərrüfatı kooperativləri şəbəkəsinin formalaşdırılması baxımından əlverişli biznes mühitinin yaradılması istiqamətində kompleks islahatların aparılmasına başlanılıb.
“Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli Fərmanına əsasən, “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu hazırlanaraq 2016-cı il iyunun 14-də qəbul edilib. Həmçinin bu Qanunun tətbiqi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış 2016-cı il 18 iyul tarixli Fərmanla verilmiş tapşırığa əsasən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən, aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla, “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” hazırlanıb.
Dövlətimizin başçısının 2017-ci il 14 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş bu Dövlət Proqramı hökumətin kənd təsərrüfatında kooperasiyanın inkişafı ilə bağlı həyata keçirəcəyi tədbirləri, ümumiyyətlə, bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini və prinsiplərini əhatəli şəkildə özündə əks etdirir. Belə ki, Dövlət Proqramının məqsədi bir tərəfdən kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə təsərrüfatçılıq fəaliyyətini təşviq etmək, könüllülük əsasında kənd təsərrüfatı kooperativlərinin təşkilinə əlverişli şərait yaratmaq və kooperativlərin dayanıqlı fəaliyyətini təmin etməklə yanaşı, digər tərəfdən, ümumilikdə, aqrar sahədə kooperasiyanın formalaşmasına və inkişafına dəstək verməkdir.
Pambıqçılığın inkişafı rekord templərlə gedir. 2015-ci il ilə 2017-ci ili müqayisə etsək görərik ki, 2015-ci ildə 35 min ton, 2017-ci ildə isə 207 min ton pambıq tədarük edilib. Pambıqçılıqla məşğul olan zəhmətkeşlərin sayı 200 minə çatıbdır. Bu, məşğulluq deməkdir. Hər gün bu insanlar halal zəhmətlə pul qazanıb evlərinə aparırlar. Ona görə mən bir daha demək istəyirəm ki, pambıqçılığın inkişafının çox böyük sosial tutumu var. Əlbəttə, bu, ixrac üçün də çox gəlirli bir sahədir.
Baramaçılıq da sürətlə inkişaf edir. Burada da müqayisələr aparmaq olar. 2015-ci ildə 236 kiloqram barama tədarük olunmuşdusa, keçən il bu rəqəm 244 tona çatıb. Bu il təqribən 400 ton barama tədarük edilməlidir. Beləliklə, Şəki ipək kombinatı daha böyük güclə işləyəcək, daha çox insan cəlb ediləcək. Əminəm ki, 1-2 ilə Şəki ipək kombinatı tam - sovet vaxtındakı gücü ilə işləyə bilər.
Tut tinglərinin əkilməsi prosesi uğurla gedir. Bizim mövcud tinglərimizin sayı 2 milyon 200 mindir. 2016-2017-ci illərdə 1 milyon 800 min ting əkilmişdir. 2018-ci ildə isə 3 milyon tingin əkilməsi nəzərdə tutulub. Bu da bizim kümçülərə olan dəstəyimizdir. Baramaçılıq indi geniş vüsət alır. Ailələr qısa müddət ərzində yaxşı pul qazanırlar, əlbəttə ki, dövlətin dəstəyi ilə.
Fındıqçılıq sürətlə inkişaf edir. 2016-2017-ci illərdə 30 minə yaxın hektarda yeni fındıq bağları salınıb. Bizim ümumi fındıq bağlarının sahəsi 67 min hektardır. Yəni, biz iki il ərzində bağların sahəsini təxminən iki dəfə artırmışıq və bu da son hədd deyil. Fındıq bağlarının sahəsi 80 min hektara çatmalıdır. Təbii ki, biz indikindən iki, bəlkə üç dəfə çox məhsul götürməliyik. Onu da qeyd etməliyəm ki, fındıq pöhrələrinin alınmasını dövlət öz üzərinə götürüb. Fındığın ixracı da artır. Keçən il 114 milyon dollar həcmində fındıq ixrac etmişik.
Tütünçülük də sürətlə artır. 2016-cı ildə 3 min 500 ton, 2017-ci ildə isə 5 min 200 ton quru tütün tədarük edilibdir. Bir il ərzində istehsal 1,5 dəfə artmışdır. İndi qurutma kameraları da alınacaq, bu məhsul ölkəmizdə də istehsal olunacaq. Dekabr ayında yeni siqaret fabrikinin tikintisinə start verildi. Ümid edirəm ki, bu siqaret fabriki bu il işə düşəcək və beləliklə, xaricdən asılılıq azalacaq, ixrac potensialı yaranacaq.
Bu il yeni qoz bağlarının salınması nəzərdə tutulur, yerlər müəyyən edilib. Özəl sektor bu işə çox böyük maraq göstərir və təqribən 10 minə yaxın hektarda yeni qoz bağları salınacaq. Bir neçə ildən sonra bu da çox böyük gəlir gətirən ixrac sahəsi olacaq. 2016-2017-ci illərdə bizim tövsiyəmiz əsasında 200 hektarda yeni badam bağları salınıb. Məsələni təhlil etməyə başlayanda mən gördüm ki, Azərbaycanda cəmi 1000 hektarda badam bağları vardır, onların da təqribən 900 hektarı Naxçıvan Muxtar Respublikasındadır. Abşeronda, Bakıətrafı yerlərdə, Xızı, Siyəzən, Şabran zonalarında badam yetişdirilməsi üçün çox gözəl təbii şərait var, ona görə belə bir tövsiyə verdik, çağırış etdik. İki ildə 200 hektarda badam bağları salınıb.
Son iki ildə 300 hektarda yeni zeytun bağları salınıb. Bu il və gələn il Bakıətrafı bölgələrdə, qəsəbələrdə minimum 3 min hektarda yeni zeytun bağları salınacaqdır. Yeni zeytun yağı fabrikləri yaradılacaq ki, onların istehsal gücü ildə 3000–4000 ton olacaq. Görün, bizdə nə qədər böyük zeytun yağı ixracı gözlənilir. Bizim zeytunumuz çox keyfiyyətlidir, sadəcə olaraq, əvvəlki illərdə səmərəsiz istifadə olunurdu.
Bu gün qida məhsulları üzrə ixracla bağlı birinci yerdə pomidor dayanır – 2016-cı ildə 94 milyon dollar, 2017-ci ildə 151 milyon dollar. Fındıq - 2016-cı ildə 105 milyon dollar, 2017-ci ildə 114 milyon dollar. Xurma - 2016-cı ildə 69 milyon dollar, 2017-ci ildə 91 milyon dollar. Alma - 2016-cı ildə 23 milyon dollar, 2017-ci ildə 31 milyon dollar. Kartof - 2016-cı ildə 16 milyon dollar, 2017-ci ildə 26 milyon dollar. Albalı və gilas eyni səviyyədədir – 23 milyon dollar. Soğan 2016-cı ildə ixrac demək olar ki, olmayıb, 2017-ci ildə 15 milyon dollar. Bitki yağları - 2016-cı ildə 10 milyon dollar, 2017-ci ildə 14,5 milyon dollar. Yəni, bu rəqəmlər onu göstərir ki, ixracda müsbət dinamika və meyillər var. Sadaladığım layihələr icra olunduqda bu dinamika daha da sürətlə gedəcək.
Beləliklə, aqrar islahatların müasir mərhələsində ölkəmizdə kənd təsərrüfatı kooperasiyasının inkişafı üçün yeni imkanlar yaranır ki, bu da öz növbəsində islahatların uğurla davam etdirilməsinə şərait yaradan daha bir amildir.

Bölgələrdə aparılan yenidənqurma işləri turizmin inkişafına hansı dəstəyi verdi?

Ölkənin davamlı inkişafının bir hissəsi olan turizm sahəsinə, dövlət tərəfindən ayrılan diqqət və qayğının nəticəsi olaraq, bu sahənin inkişafına əlverişli şərait yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin turizmin inkişafı ilə bağlı imzaladığı çoxsaylı fərman və sərəncamlar qeyri-neft sektorunun prioritet sahələrindən olan turizm sektorunun inkişafına ciddi təkan verib. Ötən 15 il ərzində Azərbaycanda turizm sənayesinin inkişafı üçün görülən işlər davamlı olaraq həayat keçirilir. Regionlarda daxili turizm inkişafı, infrastrukturun yaxşılaşdırılması, yay və qış turizminin inkişafı ölkəmizə gələn turistlərin sayında nəzərəçarpacaq dərəcədə artımına gətrib çıxarır.
Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına əsasən Azərbaycan əlverişli yeni beynəlxalq uçuşlara cəlb olunub, turizm üzrə ilk peşə-ixtisas təhsilli müəssisələri, yeni turizm və rekreasiya zonaları yaradılıb, sərhəd-buraxılış məntəqələrində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidinin təmin edilməsi və sair həllini tapıb.
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı isə ölkəmizə turist axınının sürətləndirilməsi məqsədi daşıyır.
Azərbaycanda turizm sənayesinin inkişafı üçün kifayət qədər potensial var. Ölkəmizdə ekoloji turizm, sağlamlıq turizmi ilə yanaşı Xəzərin Azərbaycan sahil zonasının da böyük turizm imkanları vardır. Yer küərsinin ən böyük gölü olan Xəzər dənizinin sahil zonasının təbii mühiti insan istirahəti və müalicəsi baxımından çox yaralıdır. Bolluca günəş radiasiyası, uzu və geniş çimərliklərdəki narın qumlar və sair. burada istirahər imkanlarının Qafqazın məşhur Qara dəniz sahillərindən üstünlüyünə əsaslanan faktlardır. Hazırda Xəzər dənizi sahilləri vətəndaşların əsas istirahət zonalarıdır.
Hesab edirəm ki, turizmin inkişafı ilə bağlı bölgələrdə yeni otellərin tikilməsinə ehtiyac var. Bunu əlbəttə ki, özəl sektor etməlidir. Özəl sektor əlbəttə ki, hər şeyi yaxşı bilir. Ancaq rəqəmlər də kifayət qədər yaxşı mənzərə yaradır. Təkcə keçən il gələn turistlərin sayı beş minə yaxın artmışdır. Əminəm ki, bu il də artım olacaqdır. Ona görə turistlər də gözəl yollardan, aeroportlardan istifadə edirlər. İndi sürətli qatarlarımız olacaq, onlardan istifadə edəcəklər. Bölgələrə daha da çox turist gələcək. Ona görə hesab edirəm ki, bölgələrdə otellərin tikilməsi üçün yaxşı biznes imkanları var və bunu özəl sektor öz üzərinə götürməlidir.

Azərbaycan iqtisadiyyatının bu inkişafı onu dünya ölkələrinə necə tanıdır?

Son 15 il ərzində Azərbaycan böyük və şərəfli yol keçmişdir. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Azərbaycanın beynəlxalq nüfuzu artdı, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir. Sabitliyin mənbəyi isə Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir.
Ölkəmizdə köklü iqtisadi islahatlar icra edilmişdir. Bölgələrdə infrastruktur layihələri icra edilmişdir. İnfrastruktur layihələri həm ölkəmizin ümumi inkişafına böyük təkan verdi, eyni zamanda, bizim nəhəng transmilli infrastruktur layihələrimiz Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişdi.
Ancaq, eyni zamanda, gündəlik fəaliyyətimizdə Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli-praktiki addımlar atılmışdır. Mən demək istəyirəm ki, Cənab İlham Əliyevin siyasətinin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır. Eyni zamanda, bizim əsas strateji məqsədimiz, hədəfimiz ölkəmizi daha da gücləndirməkdir, Azərbaycan dövlətinin qüdrətini artırmaqdır, müstəqilliyimizi möhkəmləndirməkdir.
Bu gün isə bizim valyuta ehtiyatlarımız 45 milyard dollara bərabərdir. Ötən illər ərzində biz valyuta ehtiyatlarımızı 23 dəfə artırmışıq. Həm böyük investisiya layihələrinə, infrastruktur layihələrinə, neft-qaz kəmərlərinin tikintisinə vəsait qoymuşuq. Bunlar çox vəsait aparan layihələrdir. Eyni zamanda, öz valyuta ehtiyatlarımızı 23 dəfə artırmışıq və adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Bizim valyuta ehtiyatlarımız ölkəmizin ümumi daxili məhsuluna bərabərdir. İqtisadçılar yaxşı bilirlər ki, bu göstərici nəyi əks etdirir.
Ötən illər ərzində əhalimiz 1,5 milyon nəfər artıb. Bu, çox gözəl göstəricidir. Bu, onu göstərir ki, əhalimiz artır, ölkəmiz güclənir. Əlbəttə ki, bu artımın ümumi iqtisadi inkişafımızla sıx əlaqəsi var. Hesab edirəm ki, biz bu göstəriciyə görə fəxr edə bilərik. Əlbəttə ki, əhali artımı hər bir ölkə üçün önəmli amildir. Eyni zamanda, bu, bizi daha da fəal işləməyə sövq etməlidir. Çünki artan əhali, eyni zamanda, bizdən buna adekvat iqtisadi inkişaf tələb edir. Biz 14 il ərzində ölkəmizdə 1,9 milyon iş yeri yaratmışıq ki, onlardan 1,4 milyonu daimi iş yeridir. Ancaq əhali 1,5 milyon nəfər artıb. Bəli, bu vətəndaşlar hələ ki, yeniyetmə və uşaqdırlar, ancaq bir neçə ildən sonra onlar işlə təmin olunmalıdırlar.
Ona görə iş yerlərinin yaradılması Azərbaycanda daimi proses olmalıdır. İndi dünyada texnoloji inkişafın çox sürətlə getdiyini və bunun iş yerlərinin ixtisarına gətirib çıxardığını nəzərə alsaq, biz bu sahəyə çox böyük diqqət verməliyik ki, Azərbaycanda işsizlik daim aşağı səviyyədə olsun. Necə ki, görülən işlər nəticəsində bu gün Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Biz birinci proqramın icrasına başlayanda yoxsulluğun səviyyəsi 50 faiz idi, indi isə 5,4 faizdir.

Bax, budur, bizim əsas iqtisadi göstəricilərimiz. Eyni zamanda, sosial sahəyə çox böyük diqqət göstərilmişdir. Maaşlar 14 il ərzində beş dəfədən çox, pensiyalar səkkiz dəfədən çox artıb və bir çox önəmli sosial layihələr icra edilib.

Biz sosial infrastrukturla bağlı böyük işlər görmüşük, 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilmiş, yaxud təmir edilmişdir, 43 Olimpiya İdman Kompleksi inşa olunmuşdur. Bu da böyük vəsait tələb edən layihələrdir. Ancaq bu layihələr sosialyönümlü layihələrdir, ona görə investisiya proqramımızda daim bu layihələr var. Bu ilin investisiya proqramına əsasən də kifayət qədər sosial layihələr icra ediləcəkdir.

Biznesin inkişafı üçün şəraitin yaradılması istiqamətində ciddi addımlar atılmışdır. Sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilmişdir.
Son illər ərzində ictimai xidmətlər sahəsində inqilabi dönüş baş verdi. "ASAN xidmət" mərkəzlərinin yaradılması bu sahədə inqilabi dönüş etdi. Son beş il ərzində bu mərkəzlərdə 20 milyona yaxın müraciət qəbul edilmişdir və "ASAN xidmət" mərkəzlərini bəyənmə əmsalı 100 faizə yaxındır.

Bu gün Azərbaycan iqtisadiyyatının inkişafı ölkəmizin beynəlxalq aləmdə tanıdılması 2 istiqamətdə özünü ehtiva edir.
"Birincisi Azərbaycan iqtisadiyyatının gücü ölkənin beynəlxalq arenada söz sahibi olmasını şərtləndirir. Ötən illər ərzində Azərbaycan xeyli sayda beynəlxalq miqyaslı təbirlərə ev sahibliyi edib. Digər tərəfdən isə ölkəmiz müxtəlif beynəlxalq tədbirlərdə yüksək səviyyədə təmsil olunur.
İkinci istiqamət ondan ibarədir ki, bu gün ölkəmizdə istehsal olunan müxtəlif məhsullar "Made in Azerbaijan" brendi adı altında dünyanın müxtəlif ölkələrində istehlakçılara təqdim olunur. Bu məhsullar yüksək keyfiyyəti və təbii olması ilə seçilir. Bu gün Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında iqtisadi gücün təsiri danılmazdır".
Dünyanın qabaqcıl dövlətləri Azərbaycanın maraqlarına hörmətlə yanaşır ki, bu da ölkəmizin iqtisadi qüdrətindən irəli gələn məsələdir. İqtisadiyyatın bütün sahələri üzrə illərlə qəbul edilib və icra olunan Dövlət proqramları iqtisadi gücümüzün artmasına səbəb olmuşdur. Artıq Azərbaycan investisiya cəlb edən ölkədən investisiya yatıran ölkəyə çevrilmişdir. Ölkəmiz dünyanın qabaqcıl ölkələrində bır sıra iri layihələrin icrasında yaxından iştirak edir. Həmçinin SOCAR-in dünya dövlətlərindəki yatırımları və iri layihələrin təşəbbüskarlarından biri olması deyilənlərin ən gözəl nümunəsidir.

Sosial şəbəkələrdə paylaş: