“Bura Vətəndir” devizli gənc həvəskar fotoqrafların yay düşərgəsinin açılış mərasimi keçirildi Soydaşlarımız Alim Nəbiyevə dəstək üçün Parisə gedirlər Ramil Usubov və Mədət Quliyev vəzifələrindən azad edildi- YENİ TƏYİNATLAR ADTGT Bosniya və Herseqovinada Dağlıq Qarabağla bağlı rəsmi görüşlərə başladı
Rusiya Azərbaycanlıları İttifaqının növbədənkənar iclası keçirilib Xalqın xilaskarı mövzusunda elmi-praktik konfrans keçirilib. Sağlam gələcək sağlam qidadan başlayır Ucar rayonunda “Dini radikalizmə və ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans keçirilib
Rusiya Azərbaycanlıları İttifaqı: ”Soydaşlarımızı bu faciəvi gündə Azərbaycan dövlətçiliyi ətrafında daha da sıx birləşməyə çağırırıq” Etna vulkanı yenidən püskürüb Fəaliyyətə başladılar 24media.az SON DƏQİQƏ Hərbi qulluqçumuz şəhid oldu



» » “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İordaniya səfirliyində davam etdi.


“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İordaniya səfirliyində davam etdi.

10-10-2018, 17:38
Oxunma sayı: 180
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İordaniya səfirliyində davam etdi.Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyi “Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla “Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələrin aparılması” layihəsində nəzərdə tutulmuş növbəti görüş, 09.09.2018-ci il tarixdə, İordaniya Haşimilər Kralliğinin Azərbayçandaki fövgalədə və səlahətli səfiri çənab H.Emr. Nssan İ. Habashneh, layihənin rəhbəri Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyi sədri Tahirə Məmmədovanın iştirakı ilə keçirilərək “Qarabağ dünən və bu gün” layihəsi müzkirə oldu.
Tahirə Məmmədova səfirə həyata keçirilən layihənin məqsədi haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas məqsədi, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, sosial-iqtisadi problemləri və Azərbaycanın ərazilərində qanunsuz məskunlaşma, təbii sərvətlərin qanunsuz istismarı, tarixi abidələrin dağıdılması, yer adlarının qanunsuz dəyişdirilməsi, ətraf mühitə vurulan ziyan barəsində, Azərbaycanda fəaliyyə göstərən xarici dövlətlərin diplomatik korpusların, beynəlxalq təşkilatların nümayəndəlikləri arasında təbliğat–təşviqat işləri apararaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ və tarixi həqiqətlərimiz beynəlxalq ictimaiyyətinə çatdırmaqdır.
Sonra Tahirə Məmmədova səfirə Dağlıq Qarabağda Ermənilərin törətdikləri vəşiliklər haqqında ətraflı məlmat verdi və səfirə layihə çərçivəsində çap olunmuş “Qarabağ dünən və bu gün” kitabını təqdim etddi.
İordaniya Haşimilər Kralliğinin Azərbayçandaki fövgalədə və səlahətli səfiri çənab H.Emr. Nssan İ. Habashneh Qarabağ mövzusunda maraqlı faktlarla və fikirləri qeyd edərək, İordaniya dövlətinin və xalqının Qarabağ münaqişəsi haqqında məlumatları olduğunu və İordaniya dövlətinin Azərbaycanın ərazi bütöylüyünü tanıdığını səmimi şəkildə ifadə edərək bildirdi.
Səfir çənab H.Emr. Nssan İ. Habashneh öz çıxışınında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ hərbi münaqişəsi nəticəsində çoxsaylı insan ölümünün olmasından təsüfləndiyinin bildirərək həlak olanlara Allahdan rəhmət dilədi. Sonra o, iki dost ölkənin münasibətlərinin qorunub saxlanması və gələcəkdə bütün sahəlrdə inkişafı üçün əllərindən gələni edəcəklərini vurğuladı.
Layihənin rəhbəri, Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyi sədri Tahirə Məmmədova İordaniya səfirliyində yüksək səviyyədə qarşılanaraq təkil olunan görüşə və “Qarabağ dünən və bu gün” layihəsini dəstəklədiyləri üçün, səlahətli səfiri çənab H.Emr. Nssan İ. Habashnehiyə öz minnətdarliğinı bildiri.

“Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyinin Mətbuat Mərkəzi.

Sosial şəbəkələrdə paylaş: