“Bura Vətəndir” devizli gənc həvəskar fotoqrafların yay düşərgəsinin açılış mərasimi keçirildi Soydaşlarımız Alim Nəbiyevə dəstək üçün Parisə gedirlər Ramil Usubov və Mədət Quliyev vəzifələrindən azad edildi- YENİ TƏYİNATLAR ADTGT Bosniya və Herseqovinada Dağlıq Qarabağla bağlı rəsmi görüşlərə başladı
Rusiya Azərbaycanlıları İttifaqının növbədənkənar iclası keçirilib Xalqın xilaskarı mövzusunda elmi-praktik konfrans keçirilib. Sağlam gələcək sağlam qidadan başlayır Ucar rayonunda “Dini radikalizmə və ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans keçirilib
Rusiya Azərbaycanlıları İttifaqı: ”Soydaşlarımızı bu faciəvi gündə Azərbaycan dövlətçiliyi ətrafında daha da sıx birləşməyə çağırırıq” Etna vulkanı yenidən püskürüb Fəaliyyətə başladılar 24media.az SON DƏQİQƏ Hərbi qulluqçumuz şəhid oldu



» » QHT yeni layihənin icrasına başlayıb.


QHT yeni layihənin icrasına başlayıb.

26-09-2018, 21:42
Oxunma sayı: 627
QHT yeni layihənin icrasına başlayıb.


Cəmiyyətimizdə sağlam həyat tərzinin təbliği, insanları həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə nəzərdə tutulmuş işlər çərçivəsində sentyabrın 20,21,25-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Gələcək” İntellektual İnkişafa Yardım İctimai Birliyinin təşkilatçılığı ilə “Narkomaniyaya qarşı təbliğat tədbirlərinin keçirilməsi” adlı layihənin növbəti təlimlərini Ucar şəhər 3 və 4 nömrəli və Qaradağlı kənd tam orta məktəblərdə keçirib. Layihənin məqsədi Ucar rayonu gəncləri arasında narkomaniya bəlasinin nəticə və fəsadlarını gənclərə izah etmək, məlumatlandirmaq, narkomaniyanın “ağ ölüm” olduğunu, gənclərin mütəxəsislər, peşəkarlar tərəfindən maarifləndirilməsini təşkil etmək, həmçinin narkomaniya ilə mübarizə, mübarizlik ideologiyasının gənclər arasında təbliği və hər bir gənci bu işə cəlb etmək, informasiya çatışmazlığının aradan qaldırılması, narkomaniyaya qarşı mübarizədə gənclərin, əhalinin, icma üzvlərinin, yerli hakimiyyət orqanlarnın, regiondakı vətəndaş cəmiyyəti institutlarının, KİV-lərin, özəl sektorun səylərinin birləşdirilməsinə töfhə verməkdən ibarətdir. Vurğulanmışdır ki, yalnız birgə səmərəli fəaliyyət bu dəhşətli bəlanın qarşısının alınmasına ciddi təsir göstərə bilər. Tədbirdə GİİYİB sədri Kazım Məmmədov auditoriyaya müraciət edərək dedi: – Siz gənclər əyani surətdə anlayır və görürsünüz ki, dövlətimiz daim sizin gələcək taleyiniz, həyatda tutacağınız mövqe barədə düşünür. Əsl insan kimi formalaşmağın yolu isə təhsildən, nümunəvi əxlaqdan, yeniyetmə yaşlarından düzgün həyat yolu seçməkdən başlayır. Bunun üçün ölkəmizdə hər cür imkan və şərait vardır. Odur ki, əlaqədar qurumlar bu istiqamətdə əməkdaşlığı daha da genişləndirməli, qabaqlayıcı və maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə diqqəti artırmalıdırlar. Layihə Təlimçisi Cəlil Vəliməmmədov bildirmişdir ki, bəşəriyyət üçün çox ciddi problemə çevrilmiş narkomanlığın yayılmasına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyi önə çəkilmişdir. Bu işdə valideyn və müəllimlərin, əmək kollektivlərinin üzərinə böyük vəzifələr düşür. Narkomaniyaya qarşı mübarizə daim diqqət mərkəzində saxlanılmalıdır. Tədbirdə şagirdləri maraqlandıran çoxsaylı suallar cavablandırıldı. Keçirilmiş tədbiri məktəbin müəllimləri yekunlaşdıraraq gənc nəslin sağlam böyüməsində, onların hərbi vətənpərvərlik ruhunda tərbiyə almasında, ən nəhayət, müstəqil respublikamıza layiq əsl vətəndaş kimi formalaşmasında bu görüşlərin böyük əhəmiyyəti olduğunu vurğuladı və tədbirin təşkilatçılarına pedaqoji kollektiv adından minnətdarlığını bildirdi.

Məhəmməd MƏMMƏDOV


QHT yeni layihənin icrasına başlayıb.
QHT yeni layihənin icrasına başlayıb.
QHT yeni layihənin icrasına başlayıb.

QHT yeni layihənin icrasına başlayıb.
Sosial şəbəkələrdə paylaş: