AZƏRBAYCANIN ƏN “ƏZƏLƏLİ QIZLARI”: “BİZİM KİŞİLƏR ÇILPAQ BƏDƏN GÖRƏNDƏ…” – VİDEO- MÜSAHİBƏ Bakıda məşhur “avtoş”u kim öldürdü? - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - FOTO Əmək haqqından tutulmalar necə olacaq? - HESABLAMA NÜMUNƏSİ Bu da xalq artistinin gənc əri - İlk dəfə üzünü göstərdi - FOTO
Bakı küçələrində rəssamlıq edən azərbaycanlı müğənni kimdir? - FOTO Niyə yaşıl çay içməliyik? Mirtağı Əsədovun həbsi ilə bağl Azərbaycan Prezidentinə müraciət etdildi. Zahid Orucdan Zamirə və Cahangir Hacıyevlə bağlı maraqlı təklif
Bərdədə 60 yaşlı kişinin intihar GÖRÜNTÜSÜ yayıldı Nuranın transparan geyimi müzakirə olundu - FOTO Sürücülərin nəzərinə: sabah son gündür Türkiyə səfiri Erkan Özoral Aİİ-ni ziyarət edib



» » Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar” üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində“Məktəblilər üçün kimya cədvəl, sxem və şəkillərdə” layihəsinin bağlanış mərasimi keçirildi.


Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar” üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində“Məktəblilər üçün kimya cədvəl, sxem və şəkillərdə” layihəsinin bağlanış mərasimi keçirildi.

25-09-2018, 21:55
Oxunma sayı: 414
Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar”  üzrə 2-ci  qrant müsabiqəsi çərçivəsində“Məktəblilər üçün kimya cədvəl, sxem və şəkillərdə”   layihəsinin bağlanış mərasimi keçirildi.Azərbaycan Resbublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar” üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində Kimya-Biologiya Təmayüllü Respublika Liseyində “Məktəblilər üçün kimya cədvəl, sxem və şəkillərdə” layihəsinin bağlanış mərasimi keçirildi. Qeyd edək ki, müsabiqə dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdi. Müsabiqəyə ümumi təhsil müəssisələri və fərdi kateqoriya üzrə ümumilikdə 850 layihə təklifi daxil olub.
Ümumi təhsil müəssisələri kateqoriyası üzrə 41, fərdi kateqoriya üzrə 125 layihənin dəstəklənməsi məqsədəuyğun sayılıb. Müsbət qərar verilən 166 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə, 45 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllim qalib gəlib. Qalib layihələri olan ən fəal rayon və şəhərlər Bakı, Gəncə, Sumqayıt, Beyləqan, Quba, Balakən, İsmayıllı, Lənkəran və Şəmkirdir.
Liseyin kimya müəllimi Elmira Teyyub qızı Nağıyevanın təqdim etdiyi layihənin məqsədi kimya dərslərinin tədrisində əyaniliyin artırılması məqsədi ilə orta məktəb proqramlarında əks olunmuş mövzular üzrə cədvəl, sxem və şəkillərin hazırlanması idi.
Layihə rəhbəri Elmira Nağıyeva çıxışında qeyd edib ki, texnologiyanın sürətlə inkişaf etdiyi, informasiyanın bol və hamı üçün əlçatan olduğu müasir dünyada şagirdlərin elmi bilikləri kitablarla yanaşı, əyani vəsaitlərdən əldə etməsi daha da aktuallaşır. Şagirdlər hansısa elmi nəzəriyyəni kitabdan oxuyub öyrənməkdə çətinliklərlə qarşılaşırlar. Xüsusilə də, kimya fənninin tədrisi zamanı bu cür problemlər aşkar nəzərə çarpır. Respublikamızda orta məktəb şagirdləri üçün artıq VII-XI siniflərdə kimya fənni üzrə yeni kurikulum əsasında dərsliklər çap olunub şagird və müəlimlərin istifadəsinə verilsə də müəllim və şagirdlərlə aparılmış sorğulara əsasən kimya dərsliklərində mövzuların tədrisi zamanı sxem, cədvəl və şəkillərdən az istifadə olunduğu məlum olur. Praktik işlərlə, təcrübələrlə mənimsənilməsi vacib olan fənnin tədrisi zamanı texniki avadanlıqların çox hallarda lazımi vəziyyətdə olmaması nəticəsində şagirdlərin müşahidə etməli olduqları kimyəvi prosesləri yalnız kitabdan oxumaqla və ya müəllimin şifahi izahı şəklində öyrənmək məcburiyyətində qalması tədris olunan mövzunun orijinallığını itirir, bu üsul şagirdə uzunmüddətli bilik vermir. Bu isə şagirdlərin kimyanı dərindən başa düşmələrində çətinliklər yaradır. Bu zaman müəllim sxem və şəkillərlə bu boşluğu qismən doldura bilər. Ona görə də kimya fənnindən orta məktəb kursunu əhatə edən mövzuların sxem, cədvəl və şəkillər formasında hazırlanmasını vacib hesab edilərək müsahibəyə belə bir layihə ilə müraciət edilmişdir.

İyun-sentyabr aylarını əhatə edən və 3 ay davam edən layihə çərçivəsində MS Office və Chem Office proqramlarından istifadə edilməklə 86 cədvəl, sxem və şəkil hazırlanaraq diskə yazılmışdır. Hazırlanmış disklər müəllimlərin istifadəsi üçün ümumtəhsil məktəblərinə göndəriləcəkdir. Eyni zamanda müəllimlər və şagirdlər hazırlanmış materialların bir qismi ilə layihənin icrası zamanı əməkdaşlıq edilmiş Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin digər qalibi, İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyinin kimya müəllimi Sona Kərimovanın “Məktəblilər üçün elektron formatda kimya trenajorlarının hazırlanması” layihəsi çərçivəsində yaradılmış www.tereqqi-liseyi.az saytının “Cədvəllər” bölməsində tanış ola bilərlər.
Tədbirdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun, direktor müavini Namiq Nağıyev, Təhsil İnstitutunun şöbə müdiri Fuad Qarayev, Bakı şəhərində yerləşən məktəb və liseylərin direktorları, kimya, fizika, riyaziyyat və biologiya müəllimləri iştirak edib.
Tədbirdə Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin direktoru Kamran Rəhimov, İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyin direktoru, professor Nasim Abışov, TİPİİ-in mütəxəssisi, layihənin eksperti Tural Alışov çıxış edərək təqdim olunan layihəni yüksək qiymətləndirmişdirlər.
Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar”  üzrə 2-ci  qrant müsabiqəsi çərçivəsində“Məktəblilər üçün kimya cədvəl, sxem və şəkillərdə”   layihəsinin bağlanış mərasimi keçirildi.Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar”  üzrə 2-ci  qrant müsabiqəsi çərçivəsində“Məktəblilər üçün kimya cədvəl, sxem və şəkillərdə”   layihəsinin bağlanış mərasimi keçirildi.Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar”  üzrə 2-ci  qrant müsabiqəsi çərçivəsində“Məktəblilər üçün kimya cədvəl, sxem və şəkillərdə”   layihəsinin bağlanış mərasimi keçirildi.Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar”  üzrə 2-ci  qrant müsabiqəsi çərçivəsində“Məktəblilər üçün kimya cədvəl, sxem və şəkillərdə”   layihəsinin bağlanış mərasimi keçirildi.
Sosial şəbəkələrdə paylaş: